12 Fevral 2026 09:20
235
CƏMİYYƏT
A- A+
10 gün döyüşdü, özünə əbədiyyət qazandı

10 gün döyüşdü, özünə əbədiyyət qazandı


Oğul var evdən, oğul da var eldən gedər. Baş leytenant Telman Ələkbərov eldən gedən oğullardandır. Gənc zabit torpaqlarımızın azadlığı uğrunda alovlanan  döyüşlərdə böyük hünərlə vuruşub, verilən tapşırıqları cəsarətlə yerinə yetirib. Yurdumuza hücum çəkən erməni işğalçılarının qarşısının alınmasında  igidlik göstərib, son nəfəsinədək hərbi anda sadiq qalıb. Ölümün gözünə dik baxaraq şəhid olub, amma tutduğu döyüş mövqeyindən bir addım da olsun geri çəkilməyib.

Baş leytenant Telman Ələkbərov 1991-ci il martın 30-da Bakıda dünyaya göz açıb. 1997-ci ildə 215 nömrəli tam orta məktəbin birinci sinfinə gedib. 2003-cü ilə qədər həmin məktəbdə oxuyub. 2003-cü ildən isə təhsilini Olimpiya İdman Liseyində davam etdirib.  2009-cu ildə Telman həqiqi hərbi xidmətə çağırılıb. İlk günlərdən başlayaraq, hərbi biliklərə, silahla davranmağa dərindən yiyələnib. Əsgəri xidmətini cəbhə bölgəsində yerləşən hərbi hissədə yerinə yetirib. Əldə silah torpaqlarımızın keşiyində dayanıb, yurdumuzu işğalçılardan qoruyub. 

2011-ci ildə hərbi xidmətdən qayıtdıqdan sonra Telman Ələkbərov ali təhsil almağı qarşısına məqsəd qoyub, imtahanlara hazırlaşıb. Arzusuna 2013-cü ildə`çatıb. Həmin il Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasına qəbul olub. Qiyabi oxuduğuna görə əmək fəaliyyətinə başlayıb. 2012-2018-ci illərdə "Azərişıq" ASC-də və "Azərsu" ASC-də mühafizə xidmətində işləyib. 2018-ci ildə ali təhsilini bitirdikdən sonra zabit kimi ordu sıralarında xidmət etmək qərarına gəlib. Arzusuna çatmaq üçün 2019-cu ildə Azərbaycan Ordusunun Təlim və Tədris Mərkəzində təşkil edilən ehtiyat zabit hazırlığı kursunda oxuyub. Motoatıcı taqım komandiri ixtisası üzrə biliklərə yiyələnib. Kursu uğurla başa vuraraq leytenant rütbəsi alıb. Taqım komandiri kimi cəbhə bölgəsində yerləşən hərbi hissədə xidmət etməyə başlayıb. Kursda mənimsədiyi bilikləri təlim-məşqlər zamanı ordu sıralarında ilk addımlarını atan gənc əsgərlərə öyrədib.  

Gənc zabit Telman üzərinə düşən vəzifələri bacarıqla yerinə yetirir, bir-birindən ürəkaçan uğurlar qazanırdı. Onun xidməti komandanlıq tərəfindən həmişə yüksək qiymətləndirilirdi. Xidməti vəzifəsini layiqincə yerinə yetirdiyinə görə hərbi hissə komandiri tərəfindən dəfələrlə fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılırdı. 

Amma ən böyük arzusu Qarabağı erməni işğalçılarından azad etmək idi. Ağdam istiqamətində xidmət etdiyinə görə baş leytenant Telman Ələkbərov ön mövqelərdən düşmən tərəfə baxanda erməni işğalçılarının vəhşicəsinə darmadağın etdiyi yaşayış məntəqələrini görürdü. Bu dəhşətli mənzərələrə ürək ağrısı ilə baxırdı. 

27 sentyabr 2020-ci ildə gənc zabitin gözlədiyi gün gəlib çatdı. Həmin gün erməni işğalçılarının təxribatı nəticəsində Qarabağın azadlığı uğrunda müharibə başladı. Ürəyi erməni işğalçılarına qarşı nifrətlə, qisasla döyünən baş leytenant komandiri olduğu şəxsi heyətlə birlikdə torpaqlarımızın müdafiəsinə atıldı. Telman 44 günlük Vətən müharibəsində həmişə öndə vuruşurdu. Hər addımda da əsgərlərini qorumağa çalışırdı. Lakin düşmən məğlub olub geri çəkilsə də, bəzən ayaq saxlayıb müqavimət göstərir, yeni qurduğu mövqelərdə möhkəmlənməyə çalışırdı. Telmangil isə daim irəli can atır, düşmənin planlarını alt-üst edirdi.  

Vətən müharibəsinin onuncu günü idi. Baş leytenant döyüşlərdə cəsarətlə vuruşurdu. Uğurla başa çatan döyüşlər nəticəsində ərazilərimiz addım-addım erməni işğalçılarından azad olunurdu. İrəli atılan hər addım onları Şuşaya, Xankəndiyə, Xocalıya, başqa şəhər və kəndlərə aparırdı. Təəssüflər olsun ki, Telmanın həm döyüş, həm də ömür yolu yarımçıq qaldı. 7 oktyabr 2020-ci ildə düşmən gülləsinə tuş gələrək şəhid oldu. Arzularla, istəklərlə dolub-daşan ürəyi əbədi dayandı. 

Doğmalarının, yaxınlarının iştirakı ilə şəhid baş leytenant Hərbi Memorial Məzarlıqda torpağa tapşırıldı. Məzarının üstünə əklillər qoyuldu, gül dəstələri düzüldü. 

Şəhidin anası Səmayə Ələkbərova göz yaşları içində övladı haqqında söz açaraq deyir ki, Telman mərd, cəsur oğul idi: "Qarabağın uzun illər erməni işğalında qalması onu çox narahat edirdi. Həmişə deyirdi ki, ana, hər dəfə Şəhidlər xiyabanına gedəndə göz yaşlarımı saxlaya bilmirəm. Biz nəyin bahasına olursa olsun erməni işğalçılarından şəhidlərin qisasını almalıyıq. Qarabağ bizimdir, bizim olaraq da qalacaq. Düşmənləri əbədi-əzəli torpaqlarımızdan qovub çıxarmalıyıq. Oğlum dediyini elədi, Qarabağ uğrunda döyüşdü. Təəssüflər olsun ki, torpaqlarımızın azad olduğu Şuşada, Xocalıda, Xankəndidə və Qarabağın başqa şəhər və kəndlərində üçrəngli bayrağımızın dalğalandığı günü görmədi. Amma bu gün oğlumun ruhu şaddır. Övlad itirmək ağır, dözülməz dərddir. Yeganə təsəllimiz odur ki, onlar yurdumuzun azadlığı uğrunda gedən döyüşlərdə şəhid olublar". 

Göstərdiyi igidliyə görə Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə baş leytenant Ələkbərov Telman İqdam oğlu ölümündən sonra "Rəşadət" ordeni, "Vətən uğrunda", "Cəsur döyüşçü", Ağdamın azad olunmasına görə" medallarına layiq görülüb. 


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı-Tbilisi-Ceyhan kəməri ilə dünya bazarlarına 620 milyon tona yaxın neft nəql olunub  

13:27
12 Fevral

Ötən il “Azəri-Çıraq-Günəşli”dən hasil olunan neftin həcmi açıqlanıb  

13:13
12 Fevral

DTX dövlət hakimiyyəti əleyhinə cinayət əməlləri törətmiş şəxslərlə bağlı məlumat yaydı

13:10
12 Fevral

İsveçrə Konfederasiyası Federal Parlamenti Kantonlar Şurasının (Senatının) sabiq sədri Filippo Lombardidən  

13:06
12 Fevral

Süni intellekt və rəqəmsallaşma gələcək inkişafı müəyyən edir  

13:04
12 Fevral

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən  

13:01
12 Fevral

Sabah hava əsasən yağmursuz keçəcək, bəzi yerlərdə arabir duman olacaq  

12:53
12 Fevral

"Şahdəniz"in əməliyyat və əsaslı xərcləri açıqlanıb  

12:46
12 Fevral

Matias Romero İnstitutunda Azərbaycanın sülhə və regional rifaha aparan yolundan danışılıb  

12:31
12 Fevral

BMT-nin QAK-ın Mərkəzi Asiya üzrə regional nümayəndəliyinə azərbaycanlı rəhbər təyin edilib  

12:29
12 Fevral

Kiyevdə 107 min ailə işıqsız qalıb

12:24
12 Fevral

Ukraynalı hərbi ekspert: “Starlink”in bloklanması Rusiya ordusunun hücum əməliyyatlarını zəiflədib 

12:15
12 Fevral

Hakan Fidan: ABŞ İranla nüvə məsələsində kompromisə hazırdır

12:03
12 Fevral

Hava yağmursuzdur, bəzi yerlərdə duman müşahidə olunur - FAKTİKİ HAVA

11:43
12 Fevral

“Qarabağ” – “Nyukasl” oyununa biletlərin qiyməti açıqlanıb  

11:37
12 Fevral

Azərbaycan gəmisi Gürcüstanın Poti limanından Moldovanın Curculeşti limanına yük aparıb

11:27
12 Fevral

ABŞ enerji sahəsində Azərbaycan ilə əməkdaşlığı artırmaq niyyətindədir  

11:07
12 Fevral

Ötən gün axtarışda olan 121 nəfər saxlanılıb

10:53
12 Fevral

Macarıstan nümayəndə heyəti “ASAN xidmət”də

10:51
12 Fevral

Dünya bazarında qızıl 9 dollara yaxın ucuzlaşıb 

10:49
12 Fevral

UEFA Millətlər Liqası: Azərbaycan yığmasının rəqibləri bəlli olur 

10:48
12 Fevral

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!