25 İyun 2024 14:23
340
CƏMİYYƏT
A- A+
Zəngilanda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu işini başa çatdırıb YENİLƏNİB

Zəngilanda Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu işini başa çatdırıb YENİLƏNİB

 

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilan rayonundakı Konqres Mərkəzində keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu iyunun 25-də başa çatıb.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, iyunun 24-də işə başlayan və ictimai birliklərdən 200-dək təmsilçinin iştirak etdiyi forumun ikinci günündə “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları” və “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel müzakirələr keçirilib.

“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyinin sədri Ayaz Mirzəyevin moderatorluğu ilə keçən “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları”panelində Ekologiya və Təbii Sərvətlər Nazirliyi yanında İctimai Şuranın sədri, “Environmental Protection First” (EPF) Koalisiyasının həmtəsisçisi Amin Məmmədov, Sahibkarlığa və Bazar İqtisadiyyatının İnkişafına Yardım Fondunun prezidenti Sabit Bağırov, “Azərbaycan Kartoqrafları” İctimai Birliyinin sədri Müqabil Bayramov, Naxçıvan Dövlət Universiteti Tələbə Gənclər Təşkilatının sədri Əziz Qasımov Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları haqqında ətraflı məlumatlar veriblər. Forum iştirakçılarına Ermənistan respublikasının mineral xammal resurslarının – dağ-mədən sənayesinin xəritəsi təqdim olunub. Bildirilib ki, 3 dildə hazırlanan xəritədə Ermənistandan Azərbaycana axan çayların çirkləndirilməsi faktları öz əksini tapıb. Xəritədə istismar olunan və istismarı dayandırılan faydalı qazıntı mənbələri barədə məlumatlar yer alıb və ekologiyanın çirklənməsinə səbəb olan zavodların məkanları öz əksini tapıb. Bildirilib ki, bu zavodlar əsasən Zəngəzur ərazisində yerləşir. Ekologiyanın çirklənməsinə səbəb olan zavodlardan atılan tullantılar Araz çayının qollarına axıdılır. Bundan başqa, müzakirələrdə Ermənistanın Naxçıvanla sərhəddə yerləşən zavodlarının hava qatına və su mənbələrinə, həmçinin bitki örtüyünə vurduğu fəsadlar haqda da danışılıb. Qeyd olunub ki, sadalanan faktlar ekologiya ilə yanaşı, Sədərək rayonunun ərazisində yaşayan 23 min nəfər əhali üçün də ciddi təhlükə sayılır.

Azərbaycan Milli QHT Forumunun İdarə Heyətinin üzvü Azər Allahverənovun moderatorluğu ilə keçən “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” adlı panel müzakirədə isə COP29-un Təşkilat Komitəsinin üzvü, "Smart Nation" platformasının təsisçisi Şəbnəm Məmmədova, COP29-un Təşkilat Komitəsinin üzvü, "Qadın, İnkişaf, Gələcək" İctimai Birliyinin sədri Gülşən Axundova, COP29-un Təşkilat Komitəsinin üzvü, "EkoSfera Sosial Ekoloji Mərkəzinin sədri Firuzə Sultanzadə, COP-lar üzrə ekspert İsa Əliyevin çıxışları dinlənilib. Çıxışlarda iqlim dəyişməsinə təsir edən amillərdən, ekoloji fəsadların aradan qaldırılması üçün görülən tədbirlərdən söhbət açılıb. Bildirilib ki, Azərbaycanın COP29 kimi möhtəşəm bir tədbirə ev sahibliyi etməsi təqdirəlayiq haldır. Panel müzakirədə Qarabağ və Şərqi Zəngəzurda görülən işlərdən də söhbət açılıb. Qeyd edilib ki, işğaldan azad olunan ərazidə yaşıl enerji prioritet məsələ kimi yer alır. Həmçinin müzakirələrdə yaşayış məntəqələrində yeni nəsil texnologiyalardan istifadə olunmasının əhəmiyyəti vurğulanıb.

Panel müzakirələrdən sonra Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları adından Azərbaycan Respublikası Prezidentinə “Yaşıl Dünya Naminə Azərbaycan QHT-lərinin həmrəylik müraciəti” qəbul edilib.

Tədbirin sonunda bədii hissə təqdim olunub.

Bununla da Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu işini başa çatdırıb.

 

10:10

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi və Azərbaycan Milli QHT Forumunun birgə təşkilatçılığı ilə Zəngilan rayonundakı Konqres Mərkəzində keçirilən Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun ikinci gününə start verilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ictimai birliklərin 200-ə yaxın təmsilçisinin iştirak etdiyi forumun ikinci günündə “Ermənistanın dağ-mədən sənayesinin ekoloji fəsadları” və “COP29 və Yaşıl Dünya Naminə Həmrəylik Hərəkatı” mövzularında panel müzakirələr keçiriləcək. Həmçinin “Yaşıl Dünya Naminə Azərbaycan QHT-lərinin Həmrəylik Müraciəti” oxunacaq.

Daha sonra QHT nümayəndələri Zəngilan məscidi ilə tanış olacaqlar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib

21:06
28 Sentyabr

Azərbaycanda daha bir maliyyə piramidası şəbəkəsi ifşa edildi 

20:25
28 Sentyabr

“Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb

20:23
28 Sentyabr

Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli olub

19:46
28 Sentyabr

XİN: Peter Stanonun Aİ-nin Ermənistandakı Missiyasının mandatı barədə səsləndirdiyi fikirlər əsassızdır  

19:41
28 Sentyabr

Azərbaycanda torpağın bir kateqoriyadan digərinə keçirilməsi üçün əsaslar müəyyənləşib

19:40
28 Sentyabr

Azərbaycanda torpağın məqsədli təyinatının dəyişdirilməsi üçün əsaslar müəyyənləşib

19:36
28 Sentyabr

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb

18:33
28 Sentyabr

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

18:30
28 Sentyabr

Dünyanın ən yaxşı 10 qapıçısı - SİYAHI

16:57
28 Sentyabr

"Naxçıvan rəhbərliyindən xahiş edirəm ki, komandanı Naxçıvana qaytarsınlar"

16:52
28 Sentyabr

Çadda saxlanılan rusiyalılar azad ediləcək

16:44
28 Sentyabr

Minifutbol üzrə Azərbaycan çempionatı: Birinci turun oyunları bəlli oldu

16:32
28 Sentyabr

Monteneqroda keçirilən AOK-un 44-cü seminarı öz işini başa vurub

16:06
28 Sentyabr

BRICS onlarla dövləti əhatə edəcək - AÇIQLAMA

15:31
28 Sentyabr

Haiti Fransadan təzminat tələb edir

15:30
28 Sentyabr

Dağıstandakı partlayışda ölü sayı artır   

15:03
28 Sentyabr

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti barədə məlumatlandırılıb

15:01
28 Sentyabr

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə təlim keçirilib

14:25
28 Sentyabr

Özbəkistan Prezidenti: Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu regional inkişafa töhfə verəcək  

14:24
28 Sentyabr

Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü olub

14:22
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!