13 Avqust 2026 15:00
660
İQTİSADİYYAT
A- A+
Zəngəzur dəhlizi ölkəmizin tranzit imkanlarına əlavə güc qatacaq

Zəngəzur dəhlizi ölkəmizin tranzit imkanlarına əlavə güc qatacaq


Azərbaycanın 44 günlük Vətən müharibəsində qazandığı qələbədən sonra regionumuzada yeni bir geosiyasi vəziyyət yarandı. İllərlə ölkəmizə siyasi təzyiq vasitəsi olan “Qarabağ problemi”nə son qoyuldu. Ərazi bütövlüymüzün bərpası ölkəmizlə daha inamlı xarici siyasət aparmağa imkan verdi.

Yeni şəraitdə yaranan imkanlardan biri də Zəngəzur dəhlizinin açılmasıdır. Prezident İlham Əliyevin apardığı logistika siyasəti sayəsində dəhlizə qlobal güclərin də marağı çoxdur. Xüsusən bu məsələ ilə bağlı ABŞ-la aparılan səmərəli danışıqlar sayəsində ötən ilin avqustunda Vaşinqtonda Zəngəzur dəhlizinin açılması barədə tarixi sənəd imzalandı.

Burada bir məsələyə diqqət yetirmək vacibdir. Biz qonşu ölkənin bu dəhlizin açılmaması üçün atdığı bütün addımlara rəğmən, ölkəmizin ərazisində dəhlizə qədər olan işlərin icrasına başladıq. Hazırda həm dəmir yolu, həm də avtomobil yolu ilə bağlı layihələr tamamlanmaq üzrədir. Hələ bu işin başlanğıcında Prezident İlham Əliyev demişdir ki, Ermənistan istəsə də, istəməsə də Zəngəzur dəhlizi açılacaq. Belə də oldu. Prezident İlham Əliyev öz qətiyyətli mövqeyi ilə sübut etdi ki, güclü dövlətin güclü lideridir.

Prezident İlham Əliyevin Naxçıvanda Azərbaycan televiziyasına verdiyi müsahibəsində Zəngəzur dəhlizinin açılması ilə bağlı demişdir: “Məsələn, bu gün bizim enerji xətlərimiz Rusiya ilə, İranla, Gürcüstanla, Gürcüstan vasitəsilə Türkiyə ilə birləşdirilib. Ona görə Ermənistan ərazisindən Naxçıvana, ondan sonra Türkiyəyə və Avropaya uzanacaq enerji dəhlizi, eyni zamanda Ermənistanın enerjisisteminin ayaqda qalmasına, - əgər böhran yaranarsa, - imkan yaradacaq. Ona görə biz bunu nə qədər tez icra etsək, o qədər yaxşıdır...

Amma Ermənistan təbii ki, özü bunu etməlidir. Ona görə hesab edirəm ki, bu məsələyə tezliklə aydınlıq gətirilməlidir. Bu, Zəngəzur dəhlizinin, TRIPP-in ayrılmaz hissəsi olacaq. Çünki bu layihə təkcə dəmir yolu, avtomobil yolu deyil. Hətta buradan fiber-optik kabel, ondan sonra elektrik xətləri, gələcəkdə əgər ehtiyac olarsa, neft-qaz kəmərləri də keçə bilər”.

Söz düşmüşkən qeyd edək ki, dövlətimizin başçısına Naxçıvanda Zəngəzur dəhlizi ilə bağlı görülən işlər barədə ətraflı məlumat verildi. Bildirildi ki, Naxçıvan dəmir yolu xəttinin layihələndirilməsinə və tikinti işlərinin icrasına ötən ildən başlanılıb. Mövcud xəttin uzunluğu 188 kilometrdir, yeni layihədə isə bu xətt bir qədər artırılaraq 194,2 kilometrə çatdırılıb. Burada 10 stansiyanın və 3 sərnişin dayanacağı platformasının yenidən qurulması planlaşdırılır. Paralel olaraq Naxçıvan dəmir yolu xəttinin Salamməlik stansiyasından Ermənistanla dövlət sərhədinə olan 7 kilometrlik hissəsi üzrə layihələndirmə işləri tamamlanıb. Orada tikinti işlərinin görülməsi TRIPP marşrutu üzrə layihə hazır olduqdan sonra başlanacaq. 

Məlum olduğu kimi, Zəngəzur dəhlizinin fəaliyyətə başlaması Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvana yüklərin daşınması ilə məhdudlaşmayacaq. Bu marşrut açıldıqdan sonra dəhliz  vasitəsi ilə Türkiyə üzərindən Avropa və dünya bazarına tranzit yüklərin daşınması mümkün olacaq.

Azərbaycanın apardığı logistika siyasəti, yeni təşəbbüslərlə çıxış etməsi Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizləri ilə tranzit yüklərin daşınmasının həcmini sürətlə artırır. Bu ilin 7 ayında ölkəmiz üzərindən daşınan tranzit yüklərin həcmi 9,1 milyon tonu keçərək son 5 ilin ən yüksək göstəricisinə çatıb. O cümlədən Orta dəhlizlə daşınan yüklərin həcmi 16,5, Şimal-Cənub istiqaməti üzrə isə 14,3 faiz artıb. Zəngəzur dəhlizinin fəaliyyətə başlaması isə ölkəmizə ildə əlavə 15 milyon ton yükün daşımasına imkan verəcək. Nəqliyyat marşrutlarının şaxələnməsi həm də ölkəmiz üzərindən yüklərin daşınmasına beynəlxalq biznes dairələrinin marağını artıracaq.


Rüstəm KAMAL,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

15 yaşınadək oğlanlar arasında futbol üzrə ilk dünya çempionatı və festivalının keçirilməsi ilə əlaqədar Azərbaycan Respublikasına gələcək əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün viza prosedurlarının sadələşdirilməsi haqqında

03:04
22 Sentyabr

Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında

03:04
22 Sentyabr

İ.C.Cavadovun "Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu" ilə təltif edilməsi haqqında

03:03
22 Sentyabr

Naxçıvan Dövlət Universitetinin yenidən təşkili və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

03:02
22 Sentyabr

“Bakı Biznes Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyinə verilməsi və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2010-cu il 30 noyabr tarixli 228 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”nda və 2014-cü il 17 iyun tarixli 196 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların Siyahısı”nda dəyişiklik edilməsi haqqında

03:01
22 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 8 fevral tarixli 38 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vergi və gömrük sahəsində verilmiş güzəşt və azadolmaların dövlət büdcəsinin gəlirlərinə təsirinin qiymətləndirilməsi metodologiyası və həmin güzəşt və azadolmaların reyestrinin aparılması Qaydası”nda dəyişiklik edilməsi haqqında

03:00
22 Sentyabr

“Azərbaycan Respublikasının Əmək Məcəlləsində, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında” və “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının 2026-cı il 27 fevral tarixli 367-VIIQD nömrəli Qanununun icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

02:59
22 Sentyabr

“Azərbaycan Respublikasının vahid büdcə təsnifatının təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2018-ci il 11 oktyabr tarixli 440 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

02:57
22 Sentyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 17 mart tarixli 96 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət ümumi təhsil müəssisəsi təhsilalanlarının geyim formalarının təsvirləri”ndə dəyişiklik edilməsi haqqında

02:55
22 Sentyabr

“Mehmanxana Şərq” ASC səhmdarlarının nəzərinə!

02:46
22 Sentyabr

“Gülüstan” sarayında “Əsrin müqaviləsi”nin 32-ci ildönümü və Neftçilər Günü qeyd edilib

22:47
21 Sentyabr

"Turan Tovuz"–"Fənərbağça" matçının biletləri satışa çıxarılır

21:26
21 Sentyabr

Moskvada OANA-nın 65 illiyinə həsr olunmuş media forumu başa çatıb

21:22
21 Sentyabr

Milli Məclisin sədri: Uşaq hüquqları təhsildə süni intellektdən istifadənin əsas prinsipi olmalıdır

20:39
21 Sentyabr

Xəzərdə zəlzələ olub

19:14
21 Sentyabr

Azərbaycan şahmatçıları Olimpiadada VI turu qələbə və məğlubiyyətlə başa vurublar

19:01
21 Sentyabr

Dünyanın ilk süni intellekt aktrisası canlı yayım zamanı texniki nasazlıq yaşayıb

18:57
21 Sentyabr

Lənkəran rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:32
21 Sentyabr

Azərbaycan Alban-Udi Dini İcmasının nümayəndələri Gəncəsar Monastır Kompleksini ziyarət edirlər

18:23
21 Sentyabr

Ombudsman: Sülh mədəniyyətinin möhkəmləndirilməsi hər birimizin gündəlik münasibətlərindən başlayır

18:11
21 Sentyabr

DİN-də xidmətə qəbul üçün növbəti sıra baxışı olub

17:37
21 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!