07 İyul 2025 14:16
466
CƏMİYYƏT
A- A+
Zaqatalada sel daşqınlarına qarşı tədbirlər görülür  

Zaqatalada sel daşqınlarına qarşı tədbirlər görülür  

Zaqatala ərazisindən 7 dağ çayı axır. Onlardan gur sululuğu ilə seçilənlərdən biri də Tala çayıdır.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, mənbəyini Böyük Qafqaz dağlarından götürən Tala çayının uzunluğu 10 kilometrə yaxındır. Çayın keçdiyi ərazilərdə Zaqatala şəhəri ilə yanaşı, ən iri yaşayış məntəqələrindən olan Yuxarı və Aşağı Tala kəndləri də yerləşir.

Ötən ay yağan güclü leysan yağışlarından sonra Tala çayından iki dəfə sel keçib. Bu zaman çayın axarı da dəyişib. Nəticədə sel Zaqatala şəhəri Nizami Gəncəvi küçəsi yaxınlığında beton bəndin alt qatını yuyub aparıb. Beləcə 80-100 metr məsafədə beton bənd xeyli dərəcədə çaya doğru əyilib. Həmçinin beton bəndin arxasında yarğanlar əmələ gəlib.

Ərazidə bir neçə yerdə ağır texnikalar ötən gündən məcratənzimləmə işləri aparır. Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin Zaqatala Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin bir neçə ağır texnikası çayın müxtəlif istiqamətində işə başlayıb.

Baş mühəndis Ceyhun Mirzəyev son 10 ildə Tala çayından bu qədər güclü sel keçmədiyini bildirir. Davamlı yağışlar və xüsusən də dağlara düşən yağıntılar selin davamlı gəlməsini sürətləndirdiyindən ərazidə iş aparmağın çətin olduğunu qeyd edir. Sözügedən Nizami Gəncəvi küçəsi boyu beton bəndlə bağlı problemə gəldikdə isə bildirib ki, təxminən 1980-ci illərdə mühafizə məqsədilə inşa edilən, istismar müddətini başa vuran daş-beton bəndlərin özülü sel nəticəsində yuyularaq deformasiyaya uğrayıb və şəhər üçün təhlükəli vəziyyət yaranıb. “Hazırda əraziyə ağırtonnajlı texnikalar cəlb olunmaqla, çayda məcratənzimlənmə işləri həyata keçirilir, çayın məcrası dəyişdirilir. Eyni zamanda, sahilbərkitmə işləri aparılmaqla, yaranmış fəsadların aradan qaldırılması istiqamətində işlər görülür. Həmçinin əraziyə aidiyyəti üzrə mütəxəssislər cəlb olunub, yerində baxış keçirilib, qiymətləndirmə aparılıb. Sənədləşmə işləri yekunlaşandan sonra gələcəkdə ərazidə yeni mühafizə bəndinin inşası nəzərdə tutulur”, - deyə o əlavə edib.

Mövcud vəziyyətlə bağlı müvafiq qaydada rəsmi müraciət edilib və 300 paqonometr yeni beton bəndin tikintisi planlaşdırılır. Maliyyə vəsaiti ayrılan kimi dərhal ərazidə yeni bəndin tikintisinə başlanılacaq.

Bununla yanaşı, Tala çayının aşağı axarında, Tala-3 və Yolayrıc kəndlərində mexanizmlər vasitəsilə sahilbərkitmə işləri aparılıb. Rayon ərazisindən axan Muxax, Bəkməz və Qara çaylarında da təhlükəli yerlər müəyyən olunub və həmin ərazilərdə də sahilbərkitmə işləri həyata keçirilib. Ağır texnikalar bir neçə təhlükəli dağ çayında baş verə biləcək fəsadların aradan qaldırılması üçün hazır vəziyyətdə saxlanılır.


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!