08 Avqust 2025 08:00
1265
SİYASƏT
A- A+
Yeni strateji tərəfdaşlıq modeli

Yeni strateji tərəfdaşlıq modeli


33 ildən artıq tərəfdaşlıq tarixi olan Azərbaycan-ABŞ münasibətlərinin inkişafı hazırda ən yüksək mərhələdədir. Ölkələrimiz arasındakı ikitərəfli əlaqələr məhz Prezident Donald Trampın Ağ Evə hər iki rəhbərliyi dönəmində müsbət istiqamətdə dinamik inkişaf etməyə başlayıb. İki ölkə liderləri İlham Əliyev və Donald Tramp arasındakı səmimi münasibətlərdən bəhrələnərək inkişaf edən bu əlaqələr gündən-günə daha da möhkəmlənir. 

Liderlər səviyyəsində baş tutan səmimi dialoqların, aparılan telefon danışıqlarının, məktublaşmaların regional sabitlik, enerji təhlükəsizliyi, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində ortaq maraqların təmini baxımından böyük rolu danılmazdır. 

25 noyabr 2024-cü ildə Donald Trampı Amerika Birləşmiş Ştatlarının Prezidenti vəzifəsinə yenidən seçilməsi münasibətilə zəng vurub təbrik edən zaman birinci prezidentlik dövründə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında dostluq və əməkdaşlığın möhkəmlənməsinə Donald Trampın xüsusi diqqət ayırdığını deyən Prezident İlham Əliyev ikitərəfli əlaqələrimizin irəli aparılması üçün birgə səylər göstəriləcəyinə ümidvar olduğunu bildirmişdi. 

Prezident İlham Əliyevin bu fikirləri Azərbaycanın ABŞ ilə hərtərəfli əlaqələrin genişləndirilməsini strateji-siyasi xətti hesab etdiyini göstərir. Dövlətimizin başçısı bu mesajı ilə həm də ABŞ-nin yeni administrasiyası ilə qarşılıqlı maraqlara əsaslanan və faydalı tərəfdaşlığın davam etdirilməsinə yönələn münasibətlərin inkişaf etdiriləcəyinə olan inamını ifadə edirdi. 


"Tərəfdaşlığımız bundan sonra da davam edəcək"


Azərbaycanı regional güc kimi qəbul edən ABŞ də ölkəmizlə münasibətlərin inkişafında maraqlıdır. Bunu Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın bu il 28 May Müstəqillik Günü ilə bağlı Prezident İlham Əliyevə ünvanladığı təbrik məktubundan da aydın görmək mümkündür. Məktubda deyilir ki, biz Azərbaycan Respublikası ilə əlaqələrimizi və terrorizmə qarşı mübarizədə, enerji təhlükəsizliyinin inkişafında, qonşunuzla sülhə nail olmaq istiqamətində ABŞ ilə tərəfdaşlığınızı yüksək qiymətləndiririk: "Biz ümidvarıq ki, ikitərəfli prioritetlərimiz, o cümlədən təhlükəsizlik sahəsində əməkdaşlığımız, iqtisadi münasibətlərimiz və enerji inkişafı üzrə tərəfdaşlığımız bundan sonra da davam edəcək".

O da qeyd olunur ki, ABŞ Azərbaycan və Ermənistan arasında möhkəm sülhü dəstəkləməkdə davam edir: "Davamlı sülh Cənubi Qafqaz regionunun daha firavan olmasını təmin edəcək və ABŞ ilə əməkdaşlıq üçün daha geniş imkanlar yaradacaq. İndi sülhə nail olmağın və Cənubi Qafqaz xalqları üçün yeni firavanlıq dövrünə qədəm qoymağın vaxtıdır. Biz qarşıdakı illərdə və onilliklər ərzində daha dərin tərəfdaşlığa ümid edirik".

ABŞ Prezidentinin Azərbaycanla dərin tərəfdaşlığa böyük inam ifadə olunan bu məktubu qarşılıqlı anlaşma və etimada əsaslanan əlaqələrin gələcəkdə daha da inkişaf edəcəyindən xəbər verir. Ələlxüsus, bu, Donald Trampın ikinci prezidentliyi dövründə Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolunun daha da ön plana çıxdığını göstərir. 

Yeri gəlmişkən bildirək ki, Bayden Adminstrasiyası dövründə uzaq Amerikanın yaxın Şərqlə, Cənubi Qafqazla bağlı yürütdüyü siyasət Azərbaycana xüsusi qərəzlə yadda qaldı. Həmin vaxt 907-ci düzəlişin yenidən canlandırılması və bundan Azərbaycana qarşı təzyiq mexanizmi kimi istifadə edilməyə çalışılması da buna bariz nümunədir. O da var ki, Prezident İlham Əliyevin yürütdüyü qətiyyətli və uzaqgörən diplomatik siyasət sayəsində bu təzyiqlər real nəticələrə gətirib çıxarmadı. Ümumiyyətlə, Bayden Adminstrasiyasının Ağ Evə rəhbərliyi dövrü ABŞ-Azərbaycan münasibətləri üçün itirilmiş illər kimi tarixə düşdü. Azərbaycan-ABŞ münasibətləri Donald Tramp Administrasiyasının rəhbərliyi ilə hazırda dinamik inkişaf edir.

Respublikaçı Donald Trampın ABŞ-yə rəhbərlik etdiyi hər iki dövrdə dünyada gedən proseslərə Vaşinqtondan obyektiv yanaşma, beynəlxalq hüquqa hörmət, sülhə və sabitliyə böyük dəstək və töhfələr gördük. 

Baydenin yürütdüyü qərəzli və riyakar siyasət sayəsində ABŞ-nin daxili və xarici siyasətinə ağır zərbələr vurulmuşdu. İndi həmin ağır nəticələrin aradan qaldırılması da Tramp Adminstrasiyasının üzərinə düşən tarixi vəzifə kimi ön plana çıxır. 

İyulun 19-da III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı Donald Trampın müharibələrə başlamamış yeganə ABŞ Prezidenti olduğuna diqqət çəkən Prezident İlham Əliyev vurğuladı ki, o, beynəlxalq təhlükəsizik üzrə daha qlobal məsələlərlə məşğul olmasına baxmayaraq, Cənubi Qafqazdakı şəraiti də diqqət mərkəzində saxlayır: "Əlbəttə, onun qələbəsi bir sıra səbəblərdən Azərbaycanda bizi çox sevindirir. Təbii olaraq, arzulayırıq ki, o, işini sona çatdırsın, "Vaşinqton bataqlığı"nı dibinə qədər qurutsun". 

ABŞ Prezidenti Donald Tramp özünün "Truth" sosial şəbəkə səhifəsində Prezident İlham Əliyevin Xankəndidə keçirilən III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə onunla bağlı söylədiyi fikirlərdən ibarət çıxışını paylaşmışdı.

 Bütün bunlar iki ölkənin liderlərinin bir-birlərinə səmimi dostluq münasibətini  ortaya qoyan faktlar olmaqla yanaşı, ABŞ-Azərbaycan əlaqələrinin hazırda hansı yüksək səviyyədə olduğunu bir daha nümayiş etdirir. 


ABŞ Azərbaycanın sülh səylərini dəstəkləyir


Azərbaycanın liderliyi ilə başladılan sülh prosesi bölgədə normallaşma istiqamətində mühüm irəliləyişlərin əldə olunmasına gətirib çıxarıb.  Bu ilin iyulunda Birləşmiş Ərəb Əmirliklərinin Əbu-Dabi şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü isə həm ölkə daxilində, həm də beynəlxalq birlik tərəfindən sülh prosesində vacib addım kimi qiymətləndirildi. Həmin görüşdə iki ölkə arasında sülh və normallaşma istiqamətində reallaşdırılacaq məsələlərlə bağlı müzakirələr aparılıb, razılaşmalar əldə edilib.  

Prinsipcə hazırda sülh müqaviləsinin imzalanması üçün elə də həlli mümkünsüz maneələr qalmayıb, sadəcə, İrəvan Bakının beynəlxalq hüquqa dayanan tələblərini yerinə yetirməlidir. Bəlli olduğu kimi, Ermənistan konstitusiyasının preambula hissəsində müstəqillik bəyannaməsinə istinadən ərazi iddiaları yer alıb.

Əbu-Dabidə Ermənistan ilə Azərbaycan liderlərinin ikitərəfli görüşündən dərhal sonra ABŞ tərəfindən bölgədə sülh səylərinin dəstəkləndiyi ilə bağlı açıqlama verildi. Birləşmiş Ştatların Prezidenti Ermənistanla Azərbaycan arasında münaqişənin tezliklə uğurla və birdəfəlik həll olunacağını bildirdi.

Ağ Ev rəhbərinin Azərbaycanın regionla bağlı sülh səylərini dəstəkləməsi ümumilikdə Cənubi Qafqazda normallaşmaya nail olunmasına böyük ümidlər yaradır. Bu baxımdan Prezident İlham Əliyevin Birləşmiş Ştatların Prezidenti Donald Trampın rəsmi dəvəti ilə ABŞ-yə tarixi səfəri də yalnız ölkələrimiz arasındakı münasibətlərin dərinləşməsi baxımından deyil, həm də regional sabitlik baxımından xüsusi əhəmiyyət daşıyır. 

Prezidentlər arasında yüksəksəviyyəli danışıqlarda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələri üzrə strateji tərəfdaşlığın möhkəmləndirilməsi, eyni zamanda Cənubi Qafqazda sülh prosesinin irəlilədilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir. 

Qeyd edək ki, ABŞ Prezidentinin dəvəti ilə reallaşan bu səfər zamanı Prezident İlham Əliyevin Ermənistanın baş naziri Nikol Paşinyanla görüşü nəzərdə tutulur. 

Siyasi ekspertlər Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda baş tutacaq  görüşünü sülh prosesinin nizamlanması istiqamətində atılmış mühüm addım kimi dəyərləndirirlər. 

Göründüyü kimi, Prezident Donald Trampın rəsmi dəvəti ilə dövlətimizin başçısı İlham Əliyevin Vaşinqtona səfəri strateji əhəmiyyətə malikdir. Bu səfər Azərbaycan-ABŞ arasında siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrinin daha da dərinləşdirilməsində, münasibətlərin keyfiyyətcə yeni mərhələyə keçməsində vacib rol oynayacaq. Digər tərəfdən də tarixi səfər Azərbaycanla Ermənistan arasında davam edən sülh gündəliyinin müzakirəsi baxımından mühümdür. Çünki ABŞ-də tərəflər arasında hər hansı razılıq əldə olunarsa, bununla regional sabitlik və əməkdaşlıq üçün yeni qapılar açılmış olar. 

Prezident İlham Əliyev hakimiyyətdə olduğu iki onillikdən çox müddətdə Azərbaycanın haqq işini bütün mötəbər tribunalardan müdafiə edib, həyata keçirdiyi taktiki hərbi siyasəti ilə milli maraqlarımızı qətiyyətlə təmin edib. Qarabağ Zəfəri ilə regionda yeni reallıqlar yaradan ölkəmizin nüfuzi Cənubi Qafqaz sərhədlərini çoxdan aşaraq dünya arenasına çıxıb. Bu gün Azərbaycan qlobal güc mərkəzi kimi qəbul edilir və dünya nəhəngi ABŞ-nin ölkəmizə yüksək etimadı da bundan xəbər verir. Rəsmi Bakının təşəbbüsü ilə başladılan sülh prosesinin Vaşinqtonun dəstəyi ilə irəlilədilməsi isə Azərbaycanın beynəlxalq nüfuzunu bir daha təsdiqləyir. 


Yasəmən MUSAYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Moskvada Xəzəryanı əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib  

23:27
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

23:26
08 Dekabr

Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB  

22:22
08 Dekabr

İƏT Mədəniyyət Festivalı çərçivəsində növbəti panel müzakirəsi təşkil olunub  

22:20
08 Dekabr

Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib  

22:09
08 Dekabr

Misli Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib  

21:54
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada Devin qəsrində olublar YENİLƏNİB  

21:53
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər  

21:41
08 Dekabr

Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib  

21:19
08 Dekabr

“Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti” mövzusunda fikir mübadiləsi aparılıb 

21:06
08 Dekabr

Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb

20:49
08 Dekabr

Macarıstan Türkiyəyə 600 at satıb

20:29
08 Dekabr

Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib  

20:29
08 Dekabr

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib  

20:23
08 Dekabr

Azərbaycan-İran parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

20:11
08 Dekabr

Ekspert: Orta Dəhliz son illər ərzində heyrətamiz artım nümayiş etdirir  

19:58
08 Dekabr

“İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı” mövzusunda müzakirə aparılıb  

19:39
08 Dekabr

Prezident İlham Əliyev: Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik

19:34
08 Dekabr

Yaponiyada 7,2 bal gücündə zəlzələ olub

19:21
08 Dekabr

Prezident: Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir

19:20
08 Dekabr

Azərbaycan Prezidenti: Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək

19:18
08 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!