22 İyul 2026 08:25
343
İQTİSADİYYAT
A- A+
Yeni məşğulluq strategiyası əhalinin sosial güvənliyini daha etibarlı təmin edəcək

Yeni məşğulluq strategiyası əhalinin sosial güvənliyini daha etibarlı təmin edəcək


Azərbaycanda əhalinin məşğulluğunun təmin edilməsi ən ümdə prioritetlər sırasında olan, bu səbəbdən də gündəmdən düşməyən məsələdir. Bu, Prezident İlham Əliyevin yürütdüyü sosial siyasətin, eləcə də həyata keçirilən sosial islahatların ayrılmaz hissəsini təşkil edir. Ötən iki onillikdən çox vaxt ərzində bu istiqamətdə kompleks tədbirlər həyata keçirilib və yüksək nailiyyətlər əldə olunub.

Ölkəmizdə əmək ehtiyatlarından səmərəli istifadə, əhalinin məşğulluq və sahibkarlıq imkanlarının genişləndirilməsi, layiqli əməyin dəstəklənməsi, işçi qüvvəsinin rəqabətqabiliyyətliliyinin artırılması və əmək məhsuldarlığının yüksəldilməsi hesabına iqtisadi inkişafın təmin olunması milli iqtisadiyyat və iqtisadiyyatın əsas sektorları üzrə strateji yol xəritələrində başlıca məqsədlər kimi müəyyən edilib. Həyata keçirilən çoxşaxəli tədbirlər sayəsində işsizliyin səviyyəsi getdikcə aşağı düşüb və indi 5 faiz civarındadır. Əhalinin məşğulluğunun təmin edilməsi davamlı xarakter daşıyaraq yenə də dövlətin diqqət mərkəzində dayanır. Məşğulluğun artırılması üçün daim yeni yollar axtarılır, ehtiyat mənbələri nəzərdən keçirilir, məsələyə günün tələbləri baxımından yanaşılır. 

Bu il iyulun 20-də Prezident İlham Əliyevin imzaladığı sərəncama əsasən, "Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nın təsdiq edilməsi sözügedən sahədə atılan növbəti mühüm addımdır. Sərəncamda Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, sənəddə nəzərdə tutulmuş tədbirlərin icrasını əlaqələndirsin və nəzərdə tutulmuş tədbirlərin icrasının gedişi barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin. Nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqi və qiymətləndirilməsini Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi əsasında İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.

"Məşğulluq Strategiyasının həyata keçirilməsinə dair 2026-2030-cu illər üçün Tədbirlər Planı"nda 6 prioritet istiqamətdə tədbirlərin görülməsi təmin ediləcək. Belə ki, məşğulluqyönümlü iqtisadi inkişaf siyasəti həyata keçiriləcək, mikro, kiçik və orta sahibkarlıq dəstəklənəcək. Əmək bazarının tənzimlənməsi sahəsində normativ-hüquqi baza və institusional struktur təkmilləşdiriləcək. İşçi qüvvəsinin bacarıqları inkişaf etdiriləcək. Əmək standartları təkmilləşdiriləcək.

Tədbirlər Planına əsasən, eləcə də aktiv məşğulluq tədbirlərinin əhatə dairəsi genişləndirilməli və səmərəliliyi artırılmalı, sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən vətəndaşların əmək bazarına inteqrasiyası gücləndirilməlidir. Həmçinin sosial dialoq inkişaf etdiriləcək və qeyri-formal əmək münasibətlərinin qarşısı alınacaq. Sənədə əmək bazarının monitorinqi və proqnozlaşdırılması sisteminin inkişaf etdirilməsi kimi istiqamətlər də daxildir.

Sənəd regionlarda gənclərin startap layihələrinin dəstəklənməsi, özünüməşğulluq proqramına cəlb olunan şəxslərin biznes subyektləri kimi formalaşdırılmasını təşviq edən yeni mexanizmlərin yaradılmasını nəzərdə tutur. Tədbirlər Planına əsasən, 2026-2030-cu illərdə dayanıqlı iş yerlərinin yaradılması məqsədilə KOB subyektləri üçün keyfiyyətli məsləhət xidmətlərinə çıxış imkanları, aqrar sektorda əmək məhsuldarlığının artırılması məqsədilə müasir texnologiyaların tətbiqi genişləndiriləcək. Xüsusilə kənd yerlərində turizm infrastrukturunun inkişafı sahəsində tədbirlər həyata keçiriləcək. "İşəgötürənlər və sahibkarlar birlikləri haqqında" qanun layihəsi hazırlanacaq, əmək miqrasiyası üzrə qanunvericilik təkmilləşdiriləcək, iş yerində öyrənmə (usta yanında şagirdlik və təcrübəkeçmə) üzrə yeni mexanizmin yaradılması üçün normativ-hüquqi baza yaradılacaq.

Prioritetlərdən birinə nəzər yetirək. Bu prioritetdə regionlarda investisiya fəallığının stimullaşdırılması, istehsal olunan malların və xidmətlərin daxili və xarici bazarlara çıxışının dəstəklənməsi üçün tədbirlər nəzərdə tutulur. Yekun nəticədə KOB subyektlərinin dayanıqlığı gücləndiriləcək, iş yerləri qorunub saxlanılacaq və onların sayı artırılacaq.

Digər bir məsələ isə özünüməşğulluq proqramına cəlb olunan şəxslərin biznes subyektləri kimi formalaşdırılmasını təşviq edən yeni mexanizmlərin yaradılmasıdır. Bunun nəticəsində özünüməşğulluq proqramı çərçivəsində yaradılmış biznes subyektlərinin məşğulluğa töhfəsi artırılacaq.

Tədbirlər Planında sosial müdafiəyə xüsusi ehtiyacı olan və işə düzəlməkdə çətinlik çəkən şəxslərə də xüsusi diqqət ayrılıb. Onlar üçün əmək bazarına çıxışının artırılması üçün aktiv məşğulluq tədbirlərinin səmərəliliyi artırılacaq. Nəticədə aktiv məşğulluq tədbirlərinə cəlb olunanların sayı artacaq.

2026-2030-cu illərdə həmçinin məşğulluq sahəsində göstərilən xidmətlərin elektronlaşdırılmasının genişləndirilməsi nəzərdə tutulub. Məşğulluğun təmin edilməsi prosesində süni intellektə əsaslanan xidmətlər yaradılacaq. Peşə hazırlığı mərkəzləri şəbəkəsi genişləndiriləcək. Beynəlxalq təcrübə əsasında çevik iş vaxtı rejimi modelləri yaradılacaq. "Peşələr üzrə elektron atlas" informasiya sistemi fəaliyyət göstərəcək. 

Peşə və kvalifikasiya standartları davamlı olaraq yenilənəcək. "Yaşıl iqtisadiyyat"a keçid kontekstində müasir bacarıqların əldə olunması məqsədilə peşə hazırlığı proqramları təkmilləşdiriləcək. Dual peşə təhsili modelinin əhatə dairəsi genişləndiriləcək. Regionlarda işsiz və işaxtaran şəxslər (xüsusilə gənclər) üçün onlayn və hibrid təlimlər təşkil olunacaq.

Eləcə də "Qeyri-formal məşğulluğa nəzarət" vahid elektron informasiya ehtiyatından istifadə etməklə əmək münasibətlərinin leqallaşdırılması istiqamətində tədbirlər görüləcək.

Dövlətimiz uşaq müəssisələrindən məzun olmuş əməkqabiliyyətli şəxslərin məşğulluğunun dəstəklənməsi üzrə tədbirlərin həyata keçirilməsini də zəruru hesab edib. Belə ki, təhsil müəssisələri tərəfindən məzunların əmək bazarına adaptasiyası vəziyyətinin öyrənilməsi üzrə dövri müayinələr aparılması və s. tədbirlərin görülməsi nəzərdə tutulur.

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Sumqayıt Sənaye Parkında indiyədək 42 sahibkarlıq subyektinə rezident statusu verilib

17:10
27 İyul

“Moody’s” SOCAR-ın kredit reytinqini yenidən təsdiqləyib

16:41
27 İyul

Medianın İnkişafı Agentliyi Bəyanat yayıb

16:39
27 İyul

Bu il SOCAR xarici bazarlara 3,3 milyon tondan çox neft ixrac edib

16:35
27 İyul

Bu ilin ikinci rübündə Azərbaycanda qaz hasilatı artıb

16:17
27 İyul

Ukrayna kəşfiyyatı Rusiya FTX-nin təxribatının qarşısını aldığını açıqlayıb

16:07
27 İyul

Sabah dənizdə dalğanın artacağı gözlənilir, əhaliyə çimərliklərdə ehtiyatlı olmaq tövsiyə edilir

15:59
27 İyul

Oğuz rayonunda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

15:53
27 İyul

Suriya lideri ölkəsinin xarici siyasət prioritetlərini açıqlayıb

15:47
27 İyul

Azərbaycanda taxıl sahələrindən 3 milyon tondan çox məhsul yığılıb

15:01
27 İyul

Bakı ICESCO-nun mühüm tədbirinə ev sahibliyi edir

14:57
27 İyul

Xəzər Boru Kəməri Konsorsiumu neftin qəbulunu bərpa edib

14:48
27 İyul

“Dream Fest – 2026” möhtəşəm konsert proqramı atəşfəşanlıqla başa çatıb

14:01
27 İyul

Prezident İlham Əliyev Azərbaycanda keçiriləcək U-15 dünya çempionatı və festivalı ilə bağlı Sərəncam imzalayıb

13:52
27 İyul

ANAMA: Ötən həftə 212 mina və 753 partlamamış digər hərbi sursat zərərsizləşdirilib

13:46
27 İyul

ŞƏT-in Media Forumunun plenar iclasında mədəni əməkdaşlıq və yeni texnologiyalar diqqət mərkəzindədir

13:21
27 İyul

Dövlət Xidməti: İyul çağırışının uğurla icra edilməsi məqsədilə zəruri işlər görülür

13:17
27 İyul

Rusiyanın müxtəlif regionlarına kütləvi dron hücumunda ölənlər və yaralananlar var

12:59
27 İyul

Aleksandru Qrumaz: Azərbaycan üzərindən keçən enerji marşrutları Rumıniya üçün strateji əhəmiyyət qazanır

12:49
27 İyul

Sabah hava necə olacaq?

12:32
27 İyul

Dövlət büdcəsinin neft-qaz üzrə daxilolmaları proqnozu üstələyib

12:29
27 İyul

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!