04 Oktyabr 2024 08:45
913
Səhiyyə
A- A+
Yaşınız 50-ni keçdisə...

Yaşınız 50-ni keçdisə...


Heyvanların özünü yox, onların yediklərini yemək lazımdır


Düzgün qidalanma sağlam həyat tərzinin əsas tərkib hissəsidir. Yaş artdıqca orqanizmdə faydalı maddələr daha pis sovrulur, enerji xərclənməsi, metabolik proseslər dəyişir və immun sistemi zəifləyir. 

Bədənin qocalması müxtəlif növ toxumaların hüceyrələrinin sayının azalması, onların deqradasiyası ilə əlaqələndirilir. Bu isə orqanizmin özünübərpası üçün lazım olan qida maddələrinin kifayət qədər həzm olunmaması ilə əlaqədardır. Buna görə də insanlar yaşlandıqca mikro və makro elementlərə, zülallara, yağlara, karbohidratlara və liflərə daha çox ehtiyac duyurlar. Tədricən qida rasionundakı heyvan və bitki məhsulları arasındakı nisbət dəyişir.


Hər kəsin keyfiyyətli və sağlam qidalanma siyahısı olmalıdır


Mütəxəssislər xüsusilə 50 yaşdan sonra bitki əsaslı qidalanma tərzinə üstünlük verməyi tövsiyə edirlər. Bu, sağlam yaş almaq üçün olduqca  önəmli faktordur. Demək olar ki, bütün xroniki xəstəliklər, xüsusən də hipertoniya, şəkərli diabet, ürək-damar xəstəliklərindən və piylənmədən əziyyət çəkənlər heyvan mənşəli, xüsusilə işlənmiş qidaların həddindən artıq istehlakından uzaq durmalıdırlar.

Təbii protein mənbəyi olan heyvan ətindən imtina etmək o qədər də asan deyil. Türkiyəli professor Osman Müftüoğlu deyib ki, hər kəsin keyfiyyətli və sağlam qidalanma siyahısı olmalıdır. Siyahını  hazırlayanda  təkcə zövq, istək və iqtisadi imkanlara deyil, həm də sağlamlıq risklərinə, problemlərə diqqət yetirmək lazımdır. Ən vacib məsələ: heyvanların özlərini yox, yediklərini yeməliyik. 

Qidalanma siyahısını tərtib etmədən öncə insulin müqavimətinin olub-olmadığı müəyyən edilməlidir. O.Müftüoğlunun sözlərinə görə, bunun üçün gecə boyu 12 saat ac qaldıqdan sonra səhər tezdən laboratoriyada insulin müqavimət testi verilməlidir. Dərhal sonra "xüsusi hazırlanmış sınaq yeməyi"  qəbul edilməlidir. Qan nümunələri yeməyin ilk dişləməsindən 60 və 120 dəqiqə sonra yenidən götürülməlidir. Bu nümunələrlə yeməkdən sonra qan şəkəri və insulin səviyyəsi müəyyən edilir. Nəticə 405 rəqəminə bölünür. Bu, insulin müqavimət nömrəsidir. İnsulin 5-dən, qan şəkəri isə 100-dən az olmalıdır.


Qida rasionu ədviyyatlarla zənginləşdirilməlidir


Qida rasionunda tərəvəzlərin qəbuluna xüsusi diqqət edilməlidir. Tərəvəzlər çiy və ya müxtəlif üsullarla, vitaminləri qorunaraq bişirilib qəbul edilməlidir. Sağlam və balanslı qidaları müxtəlif faydalı ədviyyatlarla zənginləşdirmək lazımdır. Bunlardan ən öndə gələni sarıkökdür. Ədviyyatların kralı hesab edilən sarıkök sağlamlığı hər cəhətdən dəstəkləyir. Əsrlər boyu ənənəvi tibdə istifadə olunan sarıkökə Asiya mətbəxində çox üstünlük verilir. Güclü antiinflamatuar təsiri olduğu sübut edilən ədviyyat iltihabı azaldır, bədəndəki zərərli sərbəst radikalların sıradan çıxmasına kömək edir, əzələ ağrılarını kəsir. 

Son illər aparılan araşdırmalarda sarıkökün daha çox istifadə edildiyi ölkələrdə xərçəng xəstəliyinə yaxalananların sayının dəfələrlə az olduğu müəyyənləşib. Onun xərçəng hüceyrələrinin böyüməsinə maneə törətdiyi sübut edilib.

Şərqdə qədim zamanlardan müalicəvi vasitə kimi istifadə olunan ədviyyatlardan biri də hildir. O, ürəyin fəaliyyətini yaxşılaşdırır, sinir sistemini möhkəmləndirir, beynin fəaliyyətini və qan dövranını yaxşılaşdırır, depressiya və stresi azaltmağa kömək edir, insanı gümrahlaşdırır, orqanizmin yaşlanmasının qarşısını alır.

Mütəxəssislər bildirirlər ki, tərkibindəki vitaminlər, minerallar, antioksidantlar sayəsində mixək də yaşlı nəslin sağlamlığına yaxşı təsir edir. Yaş artdıqca damar divarının və hüceyrə membranlarının bütövlüyünü qoruyub saxlamaq olduqca önəmlidir. Mixək də damarların möhkəmləndirilməsi üçün faydalıdır. O, təkcə sərbəst radikallara deyil, həm də orqanizmdə iltihaba səbəb ola biləcək digər amillərə qarşı da müqavimət göstərir. Ümumilikdə isə ədviyyatları qəbul etməzdən öncə orqanizmin individual özəlliklərinin nəzərə alınması vacibdir.

 

Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ADA təhsil bilicilərini Qazaxa topladı

09:15
09 Oktyabr

Tovuzlu üzümçülər yerli sortlara üstünlük verirlər

09:10
09 Oktyabr

"Azərbaycan "yaşıl enerji" istehsalı sahəsində Avropa ölkələri ilə rəqabət aparmaq imkanındadır"

09:05
09 Oktyabr

"Axmaq olma, Ermənistan"

09:00
09 Oktyabr

Erməni xalqı müharibə canilərini dəstəkləmir

08:55
09 Oktyabr

O torpaqlar unudulmayıb

08:50
09 Oktyabr

Qərbi Azərbaycana qayıdış onların fundamental haqqıdır

08:45
09 Oktyabr

ABŞ-nin yeni təxribatlarının əsas səbəbi nədir?

08:40
09 Oktyabr

Ağ Evin məkrli ssenarisi

08:35
09 Oktyabr

ABŞ sülhü yox, müharibəni seçir 

08:30
09 Oktyabr

İlham ƏLİYEV: "Artıq status-kvo deyilən məsələ və təmas xətti yoxdur" 

08:25
09 Oktyabr

Daha 16 ailə Şuşaya qayıtdı

08:20
09 Oktyabr

Şuşaya gedən Zəfər yolunun açarı

08:15
09 Oktyabr

Qarabağ, Zəfər... və Polad Həşimov!

08:10
09 Oktyabr

Böyük dövrün böyük hədəfləri

08:05
09 Oktyabr

Milli Məclisdən ABŞ-yə etiraz

08:00
09 Oktyabr

Azərbaycan Respublikası Ali Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

02:43
09 Oktyabr

Z.X.Əliyevin Naxçıvan Muxtar Respublikası Ali Məhkəməsinin hakimi təyin edilməsi haqqında

02:42
09 Oktyabr

Bakı Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

02:42
09 Oktyabr

Gəncə Apellyasiya Məhkəməsi hakimlərinin təyin edilməsi haqqında

02:41
09 Oktyabr

Sumqayıt Apellyasiya Məhkəməsi hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında

02:41
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!