10 Sentyabr 2026 12:10
488
CƏMİYYƏT
A- A+
YAP Neftçala rayon təşkilatının XI hesabat konfransı keçirilib

YAP Neftçala rayon təşkilatının XI hesabat konfransı keçirilib


Tədbirdə rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov, Milli Məclisin deputatı, YAP İdarə Heyətinin üzvü Hikmət Babaoğlu, partiyanın mərkəzi aparatının əməkdaşı Əli Axundov və rayon təşkilatının üzvləri, şəhid ailələri, ziyalılar və ictimaiyyət nümayəndələri iştirak ediblər.

İştirakçılar və qonaqlar öncə Ümummilli Lider Heydər Əliyevin Neftçala şəhərinin mərkəzindəki abidəsini ziyarət ediblər.

Konfransda YAP rayon təşkilatının sədri Ülvi Fərzəliyev hesabat məruzəsi ilə çıxış edərək təşkilatın fəaliyyəti, qarşıya qoyulan vəzifələrin icrası barədə məlumat verib. Bildirib ki, Yeni Azərbaycan Partiyası bütün mərhələlərdə dövlətçilik xəttinə uyğun fəaliyyət göstərib.  Müasir Azərbaycanın və Yeni Azərbaycan Partiyasının qurucusu Ulu Öndər Heydər Əliyevin zəngin siyasi irsindən danışan məruzəçi bildirib ki, Ümummilli Liderin müəyyənləşdirdiyi siyasi kursun Prezident, Yeni Azərbaycan Partiyasının Sədri İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində ölkəmiz misilsiz nailiyyətlər əldə edib.

Rayon icra hakimiyyətinin başçısı Mirhəsən Seyidov çıxışında bildirib ki, Ümummilli Lider Heydər Əliyevin banisi olduğu Yeni Azərbaycan Partiyası keçdiyi şərəfli yolda xalqımıza və dövlətimizə sədaqətlə xidmət edərək ölkəmizin aparıcı siyasi qüvvəsinə çevrilib. YAP-ın Azərbaycan dövlətçiliyinin inkişafındakı xidmətlərinin danılmaz olduğunu vurğulayan RİH başçısı partiyanın fəaliyyətinin cəmiyyətimiz tərəfindən yüksək qiymətləndirildiyini diqqətə çatdırıb. Mirhəsən Seyidov Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə əldə olunan sosial-iqtisadi nailiyyətlərdən, regional inkişaf proqramlarının Neftçalada uğurla icra edilməsindən bəhs edib. Qeyd edib ki, ölkəmizdə elan olunan “Şəhərsalma və Memarlıq İli” çərçivəsində rayon ərazisində geniş abadlıq-quruculuq işləri aparılır, yaşayış məntəqələrinin modernləşdirilməsi istiqamətində yeni layihələr reallaşdırılır. RİH başçısı həmçinin agrar sahədə 2026-2030-cu illəri əhatə edən dövlət proqramından irəli gələn vəzifələrin icrasının Neftçalanın yeni inkişaf perspektivləri üçün əsas hədəf kimi qarşıya qoyulduğunu vurğulayıb, partiya fəallarının bu istiqamətdə görülən işlərə mühüm töhfə verdiklərini diqqətə çatdırıb. 

Milli Məclisin deputatı Hikmət Babaoğlu çıxışında  müasir Azərbaycanın siyasi tarixinin mühüm səhifələrindən birini ümumxalq partiyası olan YAP-ın yaradılmasının təşkil etdiyini bildirib. O həmçinin YAP-ın təkcə ölkəmizin deyil, regionun ən nüfuzlu siyasi təşkilatı olduğunu qeyd edərək bildirib ki, xalq öz Prezidentini, onun sədri olduğu partiyanı dəstəkləyir.

Konfransda digər çıxış edənlər - partiya veteranı Valeh Tağıyev,  rayon icra hakimiyyətinin sektor müdiri Vasif Əliyev, “Neftçala-Gündoğar” qəzetinin redaktoru Bədirə Nifatliyeva YAP-ın ölkənin ictimai-siyasi həyatında fəal rolunu, partiyanın qarşıya qoyduğu məqsəd və vəzifələrin həyata keçirilməsində ərazi partiya təşkilatlarının fəaliyyətinin əhəmiyyətini vurğulayıblar.

Konfransda YAP Neftçala rayon təşkilatının hesabat dövrü ərzindəki fəaliyyəti qənaətbəxş qiymətləndirilib və Yeni Azərbaycan Partiyasının VIII qurultayına nümayəndələr seçilib. 


Seyran CAVADOV,

 “Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kəlbəcər və Ordubadın dağlıq ərazilərinə qar yağıb  

12:13
25 Oktyabr

Brüsseldə azərbaycanlı itkin ailələrinin daha bir dinc aksiyası  

12:09
25 Oktyabr

Prezidentin sosial media hesablarında Bakıda keçirilən futbol üzrə U-15 dünya çempionatı ilə bağlı videoçarx paylaşılıb 

12:02
25 Oktyabr

Qubadlıda yaradılan müasir infrastruktur əhalinin dayanıqlı məskunlaşmasına xidmət edir  

11:56
25 Oktyabr

“Turandot” – Heydər Əliyev Sarayında çoxdan gözlənilən premyera

10:44
25 Oktyabr

Qubadlının azad edilməsi dövlət müstəqilliyinə sarsılmaz sədaqətin təntənəsi idi

10:37
25 Oktyabr

Qubadlıya öz sahibləri qayıdıb

09:43
25 Oktyabr

Prezident İlham Əliyev FIFA U-15 dünya çempionatının və festivalının açılış mərasimini izləyib YENİLƏNİB 2

22:55
24 Oktyabr

Bakıda 15 yaşadək futbolçular arasında dünya çempionatı və festivalının açılış mərasimi keçirilib - YENİLƏNİB-1

20:41
24 Oktyabr

Samir Şərifov: FIFA-nın Azərbaycana göstərdiyi etimadı yüksək qiymətləndiririk

19:47
24 Oktyabr

İntellekti yüksək olan cəmiyyət manipulyasiyaya qarşı daha dayanıqlı olur   

18:07
24 Oktyabr

YAP Mərkəzi Aparatında görüş təşkil edilib

17:58
24 Oktyabr

Ukrayna ordusu Oryolda fabrikləri və Yeysk aerodromundakı təyyarəni vurub

15:55
24 Oktyabr

Sabah Bakı və Abşeronda leysan yağacaq - XƏBƏRDARLIQ

14:54
24 Oktyabr

Sabaha gözlənilən hava proqnozu açıqlanıb

13:03
24 Oktyabr

Rusiyanın Bryansk və Belqorod vilayətlərinə hücumlar zamanı iki nəfər ölüb

12:37
24 Oktyabr

BMT qlobal əməkdaşlığın 81-ci ildönümünü qeyd edir

12:01
24 Oktyabr

DİN: Cinayət törətməkdə şübhəli bilinən 50 nəfər saxlanılıb

11:57
24 Oktyabr

Ər-Riyad üzərində husilərə məxsus ballistik raket vurulub

11:01
24 Oktyabr

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Diqqəti cəmləmək qabiliyyətini yaxşılaşdırmaq üçün gündə neçə addım atmaq lazımdır?

10:44
24 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!