15 İyun 2025 08:42
390
SİYASƏT
A- A+
Xalqın nicat günü, Azərbaycanın qurtuluş tarixi

Xalqın nicat günü, Azərbaycanın qurtuluş tarixi


Tarixin bəzi səhifələri qanla yazılır, bəziləri isə xalqın iradəsi və vətənə sevgisi ilə rənglənir. 15 İyun - Milli Qurtuluş Günü Azərbaycan xalqının yaddaşına məhz ümidin, dirçəlişin, sabaha inamın günü kimi həkk olunub.  Bu gün sadəcə qayıdış deyil, bütöv bir millətin taleyinə yazılmış dönüş nöqtəsinin tarixidir. 

1990-cı illərin əvvəllərində ölkədə xaos, siyasi böhran, iqtisadi çöküş hökm sürür və vətəndaş müharibəsi təhlükəsi baş alıb gedirdi. İnsanlar ümidsizlik içində yaşayır, sabaha olan inam getdikcə sönürdü. Dövlət institutları fəaliyyət göstərmirdi, ordu pərakəndə vəziyyətdə idi. Müstəqilliyini yenicə qazanmış Azərbaycan onu itirmək qorxusu ilə üz-üzə qalmışdı. Bu zaman xalqın içindən bir səs yüksəldi. Bu, millətin inamını yenidən özünə qaytaran bir liderin - Ulu Öndər Heydər Əliyevin səsi idi. Məhz bu səs qaranlıqda yolunu itirmiş millətin ümid çırağına çevrilib ətrafı işıqlandırdı. Ölkə parçalanmaq üzrə ikən  Ulu Öndər zəngin siyasi təcrübəsi, qətiyyəti və dərin dövlətçilik səriştəsi  ilə xalqa nicat yolunu göstərdi. Bir xalqın sonsuz inamına layiq şəxsiyyət olaraq, Azərbaycan dövlətinin tarixində və xalqın qəlbində yeni səhifə açdı. 

Heydər Əliyev bir dövlət adamı kimi xalqın ruhuna bələd olan, ölkənin gələcəyini görən və bu məqsəd uğrunda qətiyyətlə addımlayan şəxsiyyət idi. Azərbaycan xalqı Ulu Öndərin qayıdışını təkcə  xilaskarlıq kimi deyil, bir ümidin təcəssümü olaraq qəbul etdi. 15 İyun günü xalqı öz qaranlıq günlərindən çıxaran və işıqlı yola  qovuşduran  liderin adı isə heç vaxt unudulmayacaq. Ulu Öndər təkcə bir dövlət adamı, siyasətçi və lider deyil, həm də Azərbaycan xalqını dərindən anlayan, onun nə istədiyini bilən şəxsiyyət idi. Onun liderliyi yalnız siyasi bacarıq və strateji düşüncə ilə deyil, xalqın hissləri və arzuları ilə də sıx bağlı idi. Azərbaycanın xilaskarı kimi qayıtdığı isti iyun günləri ölkənin mənəvi və psixoloji vəziyyəti ilə çox bağlı idi. İnsanlar qorxu və narahatlıq içində sabahı açırdılar, gələcəyə dair ümidsizlik hakim idi. Heydər Əliyev bu ümidsizliyi sona yetirən dahi oldu. Ulu Öndər  bütün qorxuları aradan qaldırdı və millətə gələcəyə doğru əmin addımlarla irəliləməyi öyrətdi. Bu, təkcə siyasi zəfər deyil, həm də millətin birliyinin və gücünün təntənəsi idi.

Ümummilli Liderin yenidən hakimiyyətə qayıdışı Azərbaycanın taleyində dönüş nöqtəsi oldu. Dövlətçiliyimizin əsasları məhz onun uzaqgörən siyasəti nəticəsində möhkəmləndi, xaos və anarxiyanın qarşısı alındı. Ordu quruculuğu sürətləndirildi, iqtisadi sabitlik bərpa edildi, xarici siyasətdə balanslı mövqe formalaşdırıldı. Ulu Öndərin "Azərbaycanın müstəqilliyi əbədidir, dönməzdir və sarsılmazdır" fikri bu gün də xalqımızın milli ideologiyasının əsas dayağıdır. Heydər Əliyevin rəhbərliyi ilə "Əsrin müqaviləsi" imzalandı,  nəticədə Azərbaycanın enerji resursları dünya bazarlarına çıxarıldı və ölkə beynəlxalq arenada etibarlı tərəfdaşa çevrildi. 

Məhz bu baxımdan dövlətçiliyimizin xilas günü olan 15 İyun Azərbaycan tarixində yeni bir mərhələnin başlanğıcı hesab oluna bilər. Ümummilli Liderin dövlətçilik təcrübəsi sayəsində ölkə tezliklə sabitliyə doğru yönəldi. Anarxiyadan nizama, parçalanmadan birliyə doğru atılan addımlar ölkənin gələcəyinə işıq saçdı. İndi əminliklə deyə bilərik ki, 15 İyun Azərbaycanın yenidən doğulduğu gündür. Böyük qurtuluşun bünövrəsi həmin gün qoyuldu və bu təməl üzərində bugünkü güclü, müstəqil, suveren Azərbaycan dövləti quruldu. 

Qurtuluş Günü təkcə keçmişə baxış deyil, həm də gələcəyə olan inamın, xalqın öz liderinə və dövlətinə bəslədiyi etimadın təcəssümüdür. Bu gün azərbaycanlılar dünyanın dörd bir yanında qürurla "Mən azərbaycanlıyam" deyirlərsə, bu duyğunun kökündə həmin günün təntənəsi və onu tarixə yazan Ulu Öndərin şərəfli ömrü, qürurlu  taleyi dayanır. Düşünmək olar ki, 15 İyun olmasaydı, indi Azərbaycan bu qədər güclü ola bilməzdi. Ölkəmizin  beynəlxalq nüfuzunun artması, dünyada  söz sahibi kimi tanınması da həmin günün təntənəsidir. Azərbaycan həm regionda, həm də dünyada öz strateji maraqlarını nəzərə aldıran, əməkdaşlıq və dialoq platformalarında fəal iştirak edən güclü tərəfdaşdır. Bu gün Azərbaycan dünyanın güc mərkəzlərindən biri kimi tarix səhifələrində yer alır.  Qarabağ zəfərinin təməlində də məhz həmin gün atılan siyasi iradə, dövlətçilik ənənəsinin bərpası dayanır. O illərdə ordu tamamilə nizamsız, zəif və parçalanmış vəziyyətdə idi. Lakin Qurtuluş Günündən sonra milli həmrəyliyin bərpası, güclü dövlətin qurulması və ordu quruculuğuna verilən önəm nəticəsində Azərbaycan getdikcə öz gücünü toplamağa başladı. Bu, təkcə Silahlı Qüvvələrin yenidən təşkilatlanması deyil, həm də xalqın ruhunun dirçəlməsi demək idi.

Heydər Əliyevin siyasi xətti Azərbaycanın dövlət müstəqilliyini qorumaqla yanaşı, onu gücləndirdi, beynəlxalq münasibətlərdə balanslı siyasət yürütmək, iqtisadi sabitliyi təmin etmək və cəmiyyətin rifahını yüksəltmək üçün zəmin yaratdı. Bütün bu addımlar nəticəsində Azərbaycan  zəif, asılı ölkə deyil, öz qərarlarını sərbəst verən, maraqlarını qoruyan bir dövlətə çevrildi. İndi ölkəmiz beynəlxalq arenada  mövqeyini qətiyyətlə müdafiə edir, siyasi iradə sərgiləyir. Bu, Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi gücünün artması, həmçinin milli iradənin möhkəmlənməsi ilə mümkün olmuşdur. 

Həmin siyasi iradənin davamı kimi Prezident İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar, güclü hərbi strategiya və diplomatik uğurlar Qarabağ zəfərinin reallaşmasını mümkün etdi. 2020-ci ildə 44 günlük Vətən müharibəsində əldə olunan qələbə, əslində, 1993-cü ildə atılmış düzgün siyasi kursun, milli birliyin və qətiyyətli dövlətçilik ənənəsinin bəhrəsidir. Bu baxımdan təbii ki, Qarabağın və Şərqi Zəngəzurun azadlığı təsadüf deyil. Həmin azadlıq illərlə aparılan uzaqgörən siyasətin, möhkəm milli iradənin və xalq-lider-ordu birliyinin parlaq nəticəsidir. Əgər Qurtuluş Günü olmasaydı, bəlkə də bu gün zəfərdən yox, ümidlərdən danışacaqdıq. Amma biz güclü, qalib və müstəqil dövlətin vətəndaşlarıyıq. Bu dövlətin təməlində xalqın iradəsi, liderin uzaqgörənliyi və tarixə yazılan qurtuluş qərarı dayanır.

15 İyun - Qurtuluş Günü sadəcə təqvimdəki bir gün deyil. Bu tarix Azərbaycan xalqının  yaddaşına xilas, birliyə çağırış və qürur günü kimi həkk olunub. Hazırda Azərbaycan öz inkişaf yolunda inamla irəliləyir. Siyasi sabitlik, iqtisadi tərəqqi, beynəlxalq aləmdə artan nüfuz və ən əsası Vətən müharibəsində qazanılan Zəfər  Qurtuluş Gününün bəhrəsidir. Bütün dünya görür ki, Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan yeni zirvələrə doğru irəliləyir. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Belarusun Azərbaycandakı səfirliyində media nümayəndələri ilə görüş keçirilib

21:27
17 Dekabr

Nazir: Azərbaycan müdafiə sənayesi sahəsində müasir tələblərə cavab verən strateji sektor formalaşdırmağa nail olub  

20:58
17 Dekabr

İşğaldan azad olunmuş bölgələrə köçürülən sakinlərin məşğulluq məsələləri müzakirə edilib  

20:52
17 Dekabr

Dünya çempionatı üçün rekord mükafat fondu - FIFA açıqladı  

19:34
17 Dekabr

Bakıda 17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası keçirilir  

19:23
17 Dekabr

Azərbaycan Prezidentinun siyasi fəaliyyətinin mərkəzində sosial ədalət və mərhəmət prinsipləri dayanır  

19:01
17 Dekabr

Azərbaycan nümayəndə heyəti Serbiyada Ümummilli Liderin abidəsini ziyarət edib  

18:48
17 Dekabr

Qadınların məşğulluq imkanlarını genişləndirən qanun layihəsi parlamentdə ikinci oxunuşa tövsiyə olunub  

18:47
17 Dekabr

Nazir Sahil Babayev BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi ilə görüşüb  

18:04
17 Dekabr

Azərbaycan ilə BMT arasında səhiyyə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib  

17:41
17 Dekabr

Azərbaycan-Misir parlamentlərarası əlaqələri müzakirə olunub  

16:57
17 Dekabr

Azərbaycanla Avropa İttifaqı arasında münasibətlərə dair fikir mübadiləsi aparılıb  

16:51
17 Dekabr

Britaniyalı yazıçı: Qarabağ həqiqətlərini dünya ictimaiyyətinə çatdırmaq mənim üçün mənəvi borcdur  

16:31
17 Dekabr

Nazir: Ötən il kənd təsərrüfatı məhsulları istehsalı üzrə gəlirlərin yarıdan çoxu heyvandarlığın payına düşüb  

16:14
17 Dekabr

Əhalinin artımını stimullaşdırmaq məqsədilə yeni dəstək mexanizmlərinin yaradılması üçün tədbirlər görüləcək  

16:07
17 Dekabr

Strateji tərəfdaşlıq Azərbaycan və Qazaxıstan arasında iqtisadi əlaqələri genişləndirir

15:58
17 Dekabr

Energetika Nazirliyində növbəti dəfə vətəndaşlarla görüş olub  

15:43
17 Dekabr

İnstaqramdan növbəti yenilik  

15:41
17 Dekabr

MSN: 2025-ci il üçün dövlət sifarişi proqramı yerinə yetirilib  

15:39
17 Dekabr

Şərqşünaslıq İnstitutunda Mərkəzi Asiya ölkələrinə həsr edilən toplu hazırlanıb  

15:37
17 Dekabr

Laçında daha 17 ailəyə evlərinin açarları təqdim olunub - YENİLƏNİB  

15:36
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!