12 İyul 2020 11:48
1045
İQTİSADİYYAT
A- A+
Vüsal Qasımlı: Azərbaycan elektron hökumətin inkişafına görə dünyada “yüksək liqa”dadır

Vüsal Qasımlı: Azərbaycan elektron hökumətin inkişafına görə dünyada “yüksək liqa”dadır


BMT-nin Elektron Hökumət Sorğusunun 11-ci nəşri işıq üzü görüb.

AZƏRTAC xəbər verir ki, Azərbaycanın hesabatdakı mövqeyini İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı şərh edib. Onun sözlərinə görə, Azərbaycan elektron hökumətin inkişafı indeksinə görə dünyada 193 ölkə arasında 70-ci, okeanlara çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin sırasında ilk üçlükdə qərarlaşıb: "Hesabatda ölkələr elektron hökumətin inkişafı indeksinə görə ən yüksək, yüksək, orta və aşağı qruplarda təsnifləşdiriliblər. Azərbaycan elektron hökumətin inkişafı indeksinə görə yüksək qrupa aid edilib. Hesabatda xüsusi olaraq vurğulanıb ki, ölkəmiz ən yüksək qrupa keçməyə real namizəddir. Azərbaycan bu reytinqdə 2018-ci ilə nisbətən öz indeksini 0,66-dən 0,71-ə qədər yüksəltməyi bacarıb, hansı ki, indeks 0,75 olanda ölkə elektron hökumətin ən yüksək inkişaf səviyyəsinə çatmış sayılır. Müqayisə üçün deyək ki, Azərbaycanda elektron hökumətin inkişafı indeksi 0,71 olmaqla, orta dünya göstəricisi – 0,6-dan 11 bənd yüksəkdir. Elektron hökumətin inkişaf indeksinə görə Azərbaycan yerləşdiyi Asiya bölgəsinin malik olduğu 0,64 həddində olan orta göstəricini də 7 bənd qabaqlayır”.

Vüsal Qasımlı bildirib ki, Azərbaycanda yaradılmış "Elektron Hökumət” informasiya texnologiyalarından istifadə etməklə dövlət qurumları tərəfindən vətəndaşlara, hüquqi və fiziki şəxslərə, xarici vətəndaşlara və vətəndaşlığı olmayan şəxslərə informasiya və e-xidmətlərin göstərilməsinə şərait yaradır. Azərbaycanın Rəqəmsal Ticarət Qovşağı isə qeyri-rezidentlərə dünyada ilk dəfə olaraq mobil və elektron imza verməklə dünyanın istənilən nöqtəsindən dövlət xidmətlərini əlçatan edir. Prezident İlham Əliyevin rəhbərliyi ilə yaradılan ASAN brendinin ardınca, birinci xanım Mehriban Əliyevanın təşəbbüsü olan DOST layihəsi məşğulluq və sosial müdafiə üzrə xidmətlərin keyfiyyətinin yüksəldilməsi, şəffaflığın artırılması, innovativ həllərin tətbiqi və vətəndaş məmnunluğunun təmin edilməsi məqsədini daşıyır. Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan "Doing Business” islahatları, o cümlədən lisenziya və icazələr, biznesə başlama, kommunal xidmətlər, dövlət satınalmaları, vergi, gömrük, xarici ticarət, məhkəmə-hüquq və s. sahələrdə əldə olunan nailiyyətlər elektron hökumətin güclənməsinə zəmin yaradıb. Bu gün Azərbaycanda elektron kənd təsərrüfatı, elektron təhsil, elektron səhiyyə, elektron bankçılıq, elektron sosial xidmətlər, elektron viza və s. təşəbbüslər həyata keçirilir. Nəticədə ölkəmiz BMT-nin hesabatında qiymətləndirilən 20 xidmətin əksəriyyətini onlayn təqdim edə bilir.

İcraçı direktor deyib ki, BMT-nin hesabatında onlayn xidmətlərin inkişafını göstərən indeks (OSİ) üzrə ölkələri qruplaşdırarkən Azərbaycan İsrail, Macarıstan, Almaniya, Çexiya, Belarus kimi ölkələrlə birlikdə "yüksək indeksli” dövlətlərin qrupuna daxil edilib. Azərbaycan elektron-iştirakçılıq indeksinə görə də Belçika, Kosta Rika, Çexiya kimi dövlətlərlə birlikdə "yüksək liqa”ya aid olunub. Azərbaycanda yaradılan "İdeya Bankı” elektron-iştirakçılığı təmin edən mexanizm olaraq qiymətləndirilib. Vətəndaşlar verdikləri ideyalar ilə müsbət dəyişikliklərə yol açmaqla yanaşı, dövlətin qərar qəbul etməsi prosesində bilavasitə iştirak edirlər. Rəqəmsal hökumət vətəndaş-mərkəzlidir, ictimai iştirakçılığa şərait yaradır və data-əsaslı qərar qəbuletməni təmin edir.

Azərbaycanda elektron hökumətin inkişafının "ən yüksək liqa”ya keçməsi üçün telekommunikasiya infrastrukturu və insan kapitalının inkişafı istiqamətində fəaliyyətlər daha da sürətləndirilməlidir.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan rəqəmsal transformasiyanın yeni mərhələsinə qədəm qoyur. BMT, Davos İqtisadi Forumunun 4-cü Sənaye İnqilabı Mərkəzi, Microsoft, CISCO, VISA, Mastercard kimi beynəlxalq təşkilatlar və transmilli korporasiyalar bu təşəbbüsün gerçəkləşməsində Azərbaycan dövləti ilə yaxından əməkdaşlıq edirlər. Azərbaycanın "ağıllı dövlət” (smart nation) konsepsiyası səmərəli və hesabatlı rəqəmsal dövlət, vətəndaş-mərkəzli rəqəmsal cəmiyyət və rəqabətqabiliyyətli rəqəmsal iqtisadiyyat quruculuğuna təkan verə bilər. Bütövlükdə, ölkəmizin rəqəmsal transformasiyası həm milli inkişaf strategiyası, həm də qlobal davamlı inkişaf məqsədləri ilə uzlaşdırılmalıdır.

Vüsal Qasımlı qeyd edib ki, son 10 gündə Prezident İlham Əliyevin təşəbbüsü ilə BMT-nin xüsusi sessiyasının keçirilməsi ərəfəsində əvvəlcə BMT-nin davamlı inkişaf məqsədləri indeksi, sonra isə elektron hökumət indeksi üzrə Azərbaycanın öncül mövqelərdə qərarlaşması böyük önəm kəsb edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn və baş icraçı direktoru Uilyam Darofdan  

18:59
04 İyun

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb  

18:54
04 İyun

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

18:14
04 İyun

Azamat Abdullayev: Özbəkistan kibertəhlükəsizlik şəbəkəsini gücləndirib

17:23
04 İyun

Ermənistan və ABŞ "Tramp marşrutu" üzrə saziş imzalayıblar  

17:20
04 İyun

Qazaxıstan rəsmisi: Azərbaycanla süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edə bilərik  

17:17
04 İyun

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib 

17:03
04 İyun

Azərbaycanın BƏT-in daha bir Konvensiyasına qoşulmasına dair bildiriş təşkilatın Baş direktoruna təqdim olunub  

16:41
04 İyun

Niaqara Fols şəhərində Azərbaycanın Dövlət Bayrağı ucaldılıb

16:22
04 İyun

Tokayev Sülh Şurasının baş müşaviri ilə TRIPP təşəbbüsünü və Orta Dəhlizin inkişafını müzakirə edib

16:21
04 İyun

2026 FİFA Dünya Kuboku – ilk dəfə 48 komandanın yarışacağı mundial  

16:20
04 İyun

Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyib, Ağstafada isə gənclərin arasından seçim edib

16:17
04 İyun

Şuşa şəhəri dayanıqlı içməli su ilə təmin edilir

16:13
04 İyun

Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar  

16:12
04 İyun

Xankəndi şəhəri fasiləsiz içməli su ilə təmin edilir

16:09
04 İyun

Sahib Məmmədov: Əmək hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir

15:52
04 İyun

Azərbaycanın ən yaşlı sakini 136 yaşında vəfat edib

15:49
04 İyun

XV Milli Məhkəmə Müsabiqəsinin qalibi məlum olub

15:48
04 İyun

Azərbaycan, Ukrayna və Moldova qurumları kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edəcək 

15:47
04 İyun

“Bitcoin”in qiyməti Yaxın Şərqdəki münaqişədən bəri ən aşağı səviyyəyə enib  

15:45
04 İyun

Zaur Əliyev: İnnovativ həllərin tətbiqi kənd təsərrüfatında məhsuldarlığın artırılması baxımından mühümdür  

15:38
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!