04 İyun 2026 15:52
249
CƏMİYYƏT
A- A+
Sahib Məmmədov: Əmək hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir

Sahib Məmmədov: Əmək hüquqlarının qorunması dövlət siyasətinin prioritet istiqamətlərindəndir


İsveçrənin Cenevrə şəhərində Beynəlxalq Əmək Təşkilatına (BƏT) üzv ölkələrin hökumət nümayəndələrinin və sosial tərəfdaşlarının iştirakı ilə keçirilən Beynəlxalq Əmək Konfransının 114-cü sessiyası davam edir.

AHİK-dən bildirilib ki, sessiyada Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) sədri Sahib Məmmədov çıxış edib. O qeyd edib ki, əmək hüquqlarının qorunması, əməyin mühafizəsi və layiqli əmək şəraitinin təmin edilməsi Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən sosial-iqtisadi siyasətin prioritet istiqamətlərindəndir. Bu məqsədlə ölkədə əmək hüquqlarının müdafiəsi sahəsində sistemli tədbirlər görülür, normativ-hüquqi baza təkmilləşdirilir və beynəlxalq əmək standartlarının tətbiqi genişləndirilir.

Konfederasiya sədri bildirib ki, qeyd olunan prioritetlər həmkarlar ittifaqlarının fəaliyyət istiqamətləri ilə tam uzlaşır. O, AHİK-in əmək münasibətlərinin tənzimlənməsi, işçilərin sosial-iqtisadi hüquqlarının müdafiəsi və sosial tərəfdaşlığın inkişafı istiqamətindəki fəaliyyəti barədə məlumat verib.

Bildirilib ki, yeni imzalanmış 2026-2028-ci illər üçün Baş Kollektiv Saziş hökumət, işəgötürənlər və həmkarlar ittifaqları arasında sosial-iqtisadi və əmək münasibətləri sahəsində qarşılıqlı öhdəlikləri, razılaşdırılmış mövqeləri və birgə fəaliyyət istiqamətlərini müəyyən edən mühüm sənəddir.

Sahib Məmmədov qeyd edib ki, AHİK-in Əməyin Mühafizəsi və Hüquqi Yardım Mərkəzi həm üzvlərə, həm də qeyri-üzvlərə ödənişsiz hüquqi məsləhətlər təqdim edir. Konfederasiya, eyni zamanda, BƏT ilə “2025–2029-cu illər üçün Layiqli Əmək üzrə Ölkə Proqramı”nın icrasında iştirak edir.

Konfederasiya sədri bildirib ki, gender bərabərliyi sahəsində qadınların idarəetmə və qərarqəbuletmədə iştirakının artırılması, iş yerlərində bərabər imkanların yaradılması və inklüziv əmək mühitinin təşviqi istiqamətində ardıcıl işlər görülür. Qeyd edib ki, AHİK-də bu sahə üzrə struktur bölmənin yaradılması gender məsələlərinə institusional yanaşmanı gücləndirir və “Azərbaycan Respublikasında gender bərabərliyi üzrə Milli Fəaliyyət Planı”nın icrasına töhfə verir.

Çıxış zamanı sosial dialoqun inkişafı, Milli Üçtərəfli Komissiya çərçivəsində əməkdaşlığın genişləndirilməsi, BƏT-in 187 saylı Konvensiyasının ratifikasiyası və əmək qanunvericiliyinin beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində görülən işlər barədə məlumat verilib. Bildirilib ki, bu tədbirlər əmək münasibətlərinin səmərəli tənzimlənməsinə, işçilərin hüquqlarının müdafiəsinin gücləndirilməsinə və sosial tərəfdaşlığın inkişafına xidmət edir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb  

18:54
04 İyun

Dünyada 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq  

18:29
04 İyun

Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib  

18:26
04 İyun

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub

18:23
04 İyun

Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik  

18:21
04 İyun

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

18:14
04 İyun

Dünyanın qabaqcıl banklarının neftin qiyməti ilə bağlı proqnozları necədir?

18:13
04 İyun

Estoniyalı mütəxəssis: Süni intellekt kibertəhlükəsizlikdə tam avtonom mərhələyə doğru irəliləyir  

18:08
04 İyun

Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir

18:01
04 İyun

Estoniya nümayəndəsi: Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi bir-biri ilə toqquşmayan anlayış kimi görürük  

17:58
04 İyun

Küveyt Dövlətinin Baş naziri Şeyx Əhməd Abdullah əl-Əhməd əl-Sabahdan

17:54
04 İyun

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan

17:47
04 İyun

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifədən

17:41
04 İyun

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən

17:39
04 İyun

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən

17:31
04 İyun

Ukraynanın sabiq Prezidenti Leonid Kuçmadan

17:28
04 İyun

Azamat Abdullayev: Özbəkistan kibertəhlükəsizlik şəbəkəsini gücləndirib

17:23
04 İyun

Ermənistan və ABŞ "Tramp marşrutu" üzrə saziş imzalayıblar  

17:20
04 İyun

Qazaxıstan rəsmisi: Azərbaycanla süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edə bilərik  

17:17
04 İyun

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib 

17:03
04 İyun

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn və baş icraçı direktoru Uilyam Darofdan

16:59
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!