04 İyun 2026 15:48
254
CƏMİYYƏT
A- A+
XV Milli Məhkəmə Müsabiqəsinin qalibi məlum olub

XV Milli Məhkəmə Müsabiqəsinin qalibi məlum olub

Azərbaycan Respublikasının Ali Məhkəməsində ELSA Azərbaycan tərəfindən Vəkillər Kollegiyasının maliyyə və təşkilati dəstəyi ilə XV Milli Məhkəmə Müsabiqəsinin final mərhələsi və bağlanış mərasimi keçirilib.

Bu barədə AZƏRTAC-a Vəkillər Kollegiyasının mətbuat xidmətindən məlumat verilib.

Tədbirdə çıxış edən Vəkillər Kollegiyası sədrinin müavini Şahmar Məmmədov Hüquq fakültəsinin tələbələrinin simulyasiya xarakterli məhkəmə proseslərində iştirakının onların nəzəri biliklərinin praktiki bacarıqlarla möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Sədr müavini qeyd edib ki, Vəkillər Kollegiyası hüquq təhsili alan gənclərin peşəkar inkişafına yönəlmiş təşəbbüslərə hər zaman xüsusi önəm verir və bu kimi layihələri daim dəstəkləyir. Şahmar Məmmədov hüquqşünas tələbələrin peşəkar hazırlıq səviyyəsinin yüksəldilməsi, onların vəkillik peşəsinə marağının artırılması və hüquqi biliklərinin təkmilləşdirilməsi istiqamətində Kollegiya tərəfindən müxtəlif layihələrin həyata keçirildiyini diqqətə çatdırıb.

Mərasimdə ELSA Azərbaycanın rəhbəri Tarif Hüseynov, ELSA Azərbaycanın Səhnələşdirilmiş Məhkəmə Müsabiqələri üzrə vitse-prezidenti Səmayə Abbasquliyeva çıxış ediblər.

Daha sonra səhnələşdirilmiş məhkəmə prosesi keçirilib.

Final mərhələsində hakim qismində Vəkillər Kollegiyasının Aparat rəhbərinin müavini Səttar Məmmədov, Kollegiyanın üzvləri - Tahir Əliyev və Tanrıqulu Vəliyev iştirak ediblər.

Səhnələşdirilmiş məhkəmə prosesində Bakı Dövlət Universitetinin II kurs tələbələrindən ibarət “Bona Fides” və Milli Aviasiya Akademiyasının II kurs tələbələrindən ibarət “LawLab” komandaları qarşılaşıb. Gərgin və yüksək səviyyəli debatların fonunda keçirilən finalın nəticəsində “Bona Fides” komandasının üzvləri – Məhəmməd Qasımov və Fatimə Məmmədli birinci yerə layiq görülüb. Eyni zamanda, Fatimə Məmmədli müsabiqənin “Ən yaxşı natiqi” seçilib.

İkinci yerin sahibi isə “LawLab” komandasının üzvləri - Fatimə Qədirova ilə Leyli Məmmədli olublar.

Müsabiqədə iştirak edən hər iki komandaya pul mükafatları, sertifikatlar və kuboklar təqdim edilib.

Tədbir çərçivəsində maliyyə və təşkilati dəstəyə görə Vəkillər Kollegiyasının sədri Anar Bağırov ELSA Azərbaycan tərəfindən “Təşəkkürnamə” ilə təltif edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan XİN başçısı Braziliya səfiri ilə görüşüb  

18:54
04 İyun

Dünyada 47 milyon yeni kibertəhlükəsizlik mütəxəssisinə ehtiyac yaranacaq  

18:29
04 İyun

Rusiya XİN Azərbaycan ilə mədəni əməkdaşlığın yenidən başlanmasının vacibliyini bəyan edib  

18:26
04 İyun

“Kim dedi ki, səadətə inanma” mahnısı və klipi təqdim olunub

18:23
04 İyun

Faiq Qarayev: Avropa Liqasında qrupdan yaxşı nəticə ilə çıxmaq istəyirik  

18:21
04 İyun

Daha 4 məsələ parlamentin plenar iclasına tövsiyə edilib

18:14
04 İyun

Dünyanın qabaqcıl banklarının neftin qiyməti ilə bağlı proqnozları necədir?

18:13
04 İyun

Estoniyalı mütəxəssis: Süni intellekt kibertəhlükəsizlikdə tam avtonom mərhələyə doğru irəliləyir  

18:08
04 İyun

Laçın şəhərinin su təminatı 6 subartezian quyusu vasitəsilə həyata keçirilir

18:01
04 İyun

Estoniya nümayəndəsi: Rəqəmsal transformasiya və kibertəhlükəsizliyi bir-biri ilə toqquşmayan anlayış kimi görürük  

17:58
04 İyun

Küveyt Dövlətinin Baş naziri Şeyx Əhməd Abdullah əl-Əhməd əl-Sabahdan

17:54
04 İyun

Küveyt Dövlətinin Vəliəhdi Şeyx Sabah Xalid əl-Hamad əl-Mübarək əl-Sabahdan

17:47
04 İyun

Bəhreyn Krallığının vəliəhdi və Baş naziri Salman bin Həməd Al Xəlifədən

17:41
04 İyun

Qətər Dövləti Əmirinin müavini Şeyx Abdullah bin Həməd Al Tanidən

17:39
04 İyun

Qətər Dövlətinin Əmiri Şeyx Təmim bin Həməd Al Tanidən

17:31
04 İyun

Ukraynanın sabiq Prezidenti Leonid Kuçmadan

17:28
04 İyun

Azamat Abdullayev: Özbəkistan kibertəhlükəsizlik şəbəkəsini gücləndirib

17:23
04 İyun

Ermənistan və ABŞ "Tramp marşrutu" üzrə saziş imzalayıblar  

17:20
04 İyun

Qazaxıstan rəsmisi: Azərbaycanla süni intellekt və kibertəhlükəsizlik sahəsində əməkdaşlıq edə bilərik  

17:17
04 İyun

Azərbaycandan Ermənistana dizel yanacağı göndərilib 

17:03
04 İyun

ABŞ-nin Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının sədri Betsi Berns Korn və baş icraçı direktoru Uilyam Darofdan

16:59
04 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!