04 Dekabr 2025 18:04
330
İQTİSADİYYAT
A- A+
Vergi Məcəlləsinə dəyişikliklər 2026 - əsas müddəaların izahı 

Vergi Məcəlləsinə dəyişikliklər 2026 - əsas müddəaların izahı 

2026-cı ildən Vergi Məcəlləsinə vergi nəzarəti və onun formaları; uçota alınma və uçotdan çıxarılma qaydaları; elektron qaimə-fakturaların təqdim edilməsi; fiziki şəxslərin gəlir vergisi və hüquqi şəxslərin mənfəət vergisi, amortizasiya ayırmaları; əlavə dəyər vergisi, aksizlər, əmlak, torpaq, yol və mədən vergiləri, sadələşdirilmiş vergi, “Fərqlənmə nişanı” almaq üçün tələblər və digər istiqamətlər üzrə mühüm dəyişikliklərin edilməsi planlaşdırılır.

-Dəyişikliklərdə Vergi Məcəlləsinə “üfüqi monitorinq” anlayışının əlavə edilməsi nəzərdə tutulur. Üfüqi monitorinqin məqsədi vergilərin düzgün hesablanması, vaxtında və tam şəkildə ödənilməsinə nəzarətin daha müasir və effektiv formada həyata keçirilməsidir. Üfüqi monitorinqə qəbul edilən vergi ödəyicilərində, monitorinq dövrləri üzrə — kameral və bəzi istisna hallar xaric olmaqla, səyyar vergi yoxlamaları aparılmayacaq. Yeni anlayışla bağlı monitorinqin keçirilmə qaydaları, predmeti, əhatə olunan şəxslər, vergi ödəyicisinin öhdəlikləri, monitorinqdən çıxarılma halları və maliyyə sanksiyaları ayrıca maddələrlə müəyyən ediləcək.

-Elektron qaimə-fakturanın təqdim edilmə müddətlərindəki dəyişikliklərə əsasən isə, digər işlərin görülməsi və xidmətlərin göstərilməsindən fərqli olaraq, beynəlxalq daşıma xidmətlərinin göstərilməsi üzrə elektron qaimə-faktura – daşıma xidmətlərinin başlanıldığı vaxtadək, müntəzəm və daimi əsaslarda göstərilən xidmətlər üzrə isə – hər təqvim ayı üçün xidmətlərin göstərilməsinə başlanıldığı vaxt təqdim edilməlidir. Avans ödənişləri barədə elektron qaimə-faktura–avansın alındığı gün deyil, həmin vaxtadək təqdim edilməlidir. Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən Azərbaycan Respublikasının ərazisində alınmış, istehsal, yaxud kommersiya məqsədləri üçün nəzərdə tutulmayan mallarla yanaşı, tibb müəssisələri və özəl tibbi praktika ilə məşğul olan fiziki şəxslər tərəfindən əcnəbilər və vətəndaşlığı olmayan şəxslərə göstərilən tibbi xidmətlərə görə də ödənilmiş əlavə dəyər vergisinin qaytarılması üçün elektron qaimə-fakturanın vahid forması müvafiq orqan (qurum) tərəfindən təsdiq edilir.

-Fiziki şəxslərin gəlir vergisinə dair planlaşdırılan dəyişikliklərə əsasən, neft-qaz sahəsində fəaliyyəti olmayan və qeyri-dövlət sektoruna aid müəssisələrdə çalışan şəxslərin muzdlu işdən gəlirlərinə 2026-cı il yanvarın 1-dən etibarən gəlir vergisi tətbiq ediləcək və vergi dərəcələri mərhələli şəkildə artırılacaq. Verginin dərəcəsi 2027-ci il yanvarın 1-dək gəlir 2500 manatadək olduqda 3 faiz, 2500 manatdan 8000 manatadək olduqda 75 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi, 8000 manatdan çox olduqda isə 625 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi nəzərdə tutulub. 2027-ci il 1 yanvar tarixindən etibarən vergi dərəcələri müvafiq olaraq, 5 faiz, 125 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və 675 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi müəyyən edilib. 2028-ci il 1 yanvar tarixindən isə qeyd edilən şəxslərin gəlir vergisinin dərəcəsi 7 faiz, 175 manat + 2500 manatdan 8000 manatadək olan məbləğin 10 faizi və 725 manat + 8000 manatdan çox olan məbləğin 14 faizi olması planlaşdırılır.

-Mənfəət vergisinin vergitutma obyekti anlayışına dəyişiklik nəzərdə tutulub. Müvafiq orqanın (qurumun) müəyyən etdiyi meyarlara cavab verən investisiya layihələri üzrə dövlət müəssisələrinə dövlət büdcəsinin dövlət investisiya proqramı çərçivəsində ayrılan və aktivlərə aid edilən vəsait istisna olmaqla, dövlət büdcəsindən ayrılan və aktivlərə aid edilən digər vəsait hesabına alınan və ya quraşdırılan əsas vəsaitlərə və qeyri-maddi aktivlərə görə bu Məcəllənin 114-cü maddəsinə uyğun olaraq hesablanmış amortizasiyanın məbləği (vergi ödəyicisinin öz vəsaiti hesabına apardığı və əsas vəsaitlərin dəyərinə aid edilmiş təmir xərcləri üzrə hesablanmış amortizasiya məbləği istisna olmaqla) qədər həmin vəsaitin məbləği vergitutma obyekti müəyyən edilib.

-Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri tərəfindən amortizasiya ayırmalarının hesablanması və gəlirdən çıxılması qaydaları nəzərdə tutulub. Üfüqi monitorinqə qəbul edilən vergi ödəyiciləri tərəfindən amortizasiya ayırmaları düz xətt və ya azalan qalıq dəyəri metodu ilə, digər vergi ödəyiciləri tərəfindən isə yalnız azalan qalıq dəyəri metodu ilə (qeyri-maddi aktivlər üzrə amortizasiya ayırmaları istisna olmaqla) hesablanır. İllik amortizasiya normalarının hesablanmasında azalan qalıq dəyəri və düz xətt metodundan istifadə edilməli olan aktivlərin siyahısı müəyyən edilmiş və bəzi əlavə və dəyişikliklər edilib.

-Xarici mənşəli balıq məhsulları 2022-ci il yanvarın 1-dən 5 il müddətində ƏDV-nin vergitutma obyektinin topdan və pərakəndə satışı zamanı tətbiq edilən ticarət əlavəsi olaraq müəyyən edilən kənd təsərrüfatı məhsullardan istisna ediləcək.

-Sadələşdirilmiş verginin dərəcəsində dəyişiklik edilərək, əhaliyə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan vergitutma obyekti üzrə isə 2026-cı il yanvarın 1-dən 3 il müddətinə 6 faiz dərəcə müəyyən edilib. Nağdsız ödəmələr nəzarət-kassa aparatına vahid əməliyyat sistemində inteqrasiya edilmiş POS-terminal vasitəsilə aparılmalıdır.

-Sadələşdirilmiş vergi və ƏDV məqsədləri üçün vergi tutulan əməliyyatların həcmi müəyyən edilərkən vergi ödəyicisinin pərakəndə ticarət və vergi orqanında uçotda olmayan şəxslərə göstərilən xidmətlər üzrə nağdsız qaydada POS-terminal vasitəsilə aparılan ödəmələr əsasında formalaşan dövriyyəsi 0,5 əmsal tətbiq edilməklə nəzərə alınır.

Planlaşdırılan dəyişikliklərin ətraflı xülasəsi və izahı “Caspian Legal Center”in rəsmi saytında təqdim edilib.

Dəyişikliklərlə tanış olmaq üçün keçid edin: Vergi Məcəlləsi 2026| Vergi Məcəlləsinə Dəyişikliklər 2026

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

Timişoarada Azərbaycan Rumıniya münasibətləri barədə müzakirə aparılıb  

20:20
06 Dekabr

Almaniya Kansleri İordaniya və İsrailə səfər edib  

19:51
06 Dekabr

Misli Premyer Liqasında XIV tura start verilib  

19:21
06 Dekabr

Cənubi Afrikada bir otelə basqın nəticəsində 11 nəfər qətlə yetirilib  

17:53
06 Dekabr

Prezident İlham Əliyev Birləşmiş Ərəb Əmirliklərinin bir sıra şirkətlərinin rəhbərlərini qəbul edib YENİLƏNİB  

17:48
06 Dekabr

 Xalq artisti Qədir Rüstəmovun anadan olmasının 90 illiyi qeyd edilib

17:41
06 Dekabr

Qadınlar və kişilər arasında cüdo üzrə Azərbaycan çempionatının açılış mərasimi olub

16:59
06 Dekabr

Kişineuda xeyriyyə yarmarkasında Azərbaycan öz stendi ilə təmsil olunub  

16:21
06 Dekabr

ABŞ Prezidenti Donald Tramp Prezident İlham Əliyevə təşəkkür edib

16:07
06 Dekabr

Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampdan

16:00
06 Dekabr

D-8 ölkələrinin Gənclər Dialoqunun açılış mərasimi keçirilib YENİLƏNİB 

15:53
06 Dekabr

Ombudsman Aparatının nümayəndələri Cenevrədə səfərdədirlər  

15:51
06 Dekabr

“Türkiye” qəzeti: Türkiyənin sərhəd əyalətlərində Zəngəzur Dəhlizinin açılışına hazırdırlar  

15:40
06 Dekabr

Sudanın Cənubi Kordofan vilayətində 79 mülki şəxs qətlə yetirilib  

15:37
06 Dekabr

Azərbaycan ilə Gürcüstan arasında təhsil və elm sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub  

15:37
06 Dekabr

Yalçın Rəfiyev: Bakıda yeni D-8 mərkəzləri açmaq niyyətindəyik  

15:35
06 Dekabr

Azərbaycan gənclərinin COP29 təcrübəsini D-8-ə üzv ölkələrin gəncləri ilə bölüşmələrini istəyirik 

15:32
06 Dekabr

Azərbaycan TDT-yə üzv və müşahidəçi ölkələrlə uğurlu təcrübələrin mübadiləsinə hazırdır  

15:31
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!