09 Avqust 2025 14:43
506
SİYASƏT
A- A+
Vaşinqtonda Minsk qrupu ilə bağlı verilmiş qərar Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisinin növbəti sübutudur

Vaşinqtonda Minsk qrupu ilə bağlı verilmiş qərar Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisinin növbəti sübutudur


Azərbaycan Prezidenti İlham Əliyev, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Prezidenti Donald Tramp və Ermənistanın Baş naziri Nikol Paşinyanın avqustun 8-də Vaşinqton şəhərində keçirilmiş görüşü tarixi əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu görüş regionun gələcəyi üçün mühüm dönüş nöqtəsi olacaq. Bu görüşdə qəbul edilmiş Birgə Bəyannamə uzun illər davam edən münaqişədən sonra Azərbaycan və Ermənistan arasında real sülhün təmin olunması istiqamətində atılmış ən ciddi addım kimi tarixə düşəcək.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü, deputat Səbinə Salmanova deyib.

Onun sözlərinə görə, Prezident İlham Əliyevin bu prosesdəki liderliyi, strateji baxışı və siyasi uzaqgörənliyi danılmazdır:

“Məhz dövlət başçımızın prinsipial və balanslı siyasəti nəticəsində Azərbaycan 2020-ci ildə 44 günlük Vətən müharibəsində tarixi ədaləti bərpa etdi və ölkəmizin ərazi bütövlüyü tam şəkildə təmin olundu. Ancaq bu qələbə ilə kifayətlənməyərək, Prezident İlham Əliyev regionda uzunmüddətli və dayanıqlı sülhə nail olmaq üçün diplomatik müstəvidə də eyni dərəcədə vacib və qətiyyətli addımlar atmağa davam etdi”.

Deputat Birgə Bəyannamədə bir çox vacib məsələlərin əks olunduğunu bildirib:

“Sənəddə yer alan kommunikasiyaların açılması ilə bağlı müddəalar Azərbaycan və Ermənistan arasında təkcə fiziki deyil, həm də siyasi və iqtisadi körpülərin qurulmasına xidmət edir. Azərbaycan Respublikasının əsas hissəsi və onun Naxçıvan Muxtar Respublikası arasında birbaşa, maneəsiz əlaqənin təmin olunması ölkəmizin milli maraqları baxımından xüsusi əhəmiyyət daşıyır. Paralel olaraq, Ermənistanın da bu prosesdən faydalanması nəzərdə tutulur ki, bu da sülh təşəbbüsünün qarşılıqlı faydaya əsaslandığını göstərir.

Ən önəmlisi isə budur ki, Prezident İlham Əliyevin illər əvvəl Zəngəzur dəhlizi ilə bağlı verdiyi vəd artıq reallaşma mərhələsinə qədəm qoyub. Dövlət başçısı dəfələrlə bildirmişdi ki, Naxçıvana quru yol bağlantısı bərpa ediləcək və bu, regional kommunikasiyaların açılması baxımından strateji əhəmiyyətə malik olacaq. Vaşinqtonda qəbul olunan sənəddə bu öhdəliklərin qarşılıqlı şəkildə tanınması və beynəlxalq nəzarət mexanizmləri ilə həyata keçirilməsi bir daha göstərir ki, Prezident İlham Əliyev verdiyi hər bir sözü əməli ilə təsdiqləyir. Zəngəzurla bağlı deyilənlər artıq kağız üzərində deyil, siyasi və diplomatik reallıqdır.

Xüsusilə, Ermənistan ərazisindən keçməsi nəzərdə tutulan və “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanan beynəlxalq nəqliyyat layihəsi regionun bütün ölkələri üçün iqtisadi perspektivlər açır. Bu layihələr, Prezident İlham Əliyevin təşəbbüsü ilə uzun illərdir davam edən regional nəqliyyat inteqrasiyası planının tərkib hissəsidir və Azərbaycanın tranzit imkanlarını daha da genişləndirəcək”.

S.Salmanova qeyd edib ki, sənəddə xüsusi olaraq vurğulanmalı bir məsələ də ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmi şəkildə son qoyulmasıdır:

“Azərbaycan və Ermənistan xarici işlər nazirləri tərəfindən imzalanmış birgə müraciətlə Minsk qrupunun və ona bağlı bütün strukturların ləğvi təşəbbüsünə rəsmi start verilməsi, uzun illər ərzində heç bir nəticə verməyən, fəaliyyətsiz və artıq real vəziyyətə uyğun gəlməyən bu formatın tarixə qovuşduğunu göstərir.

Prezident İlham Əliyev bu məsələ ilə bağlı illərdir ardıcıl və prinsipial mövqe nümayiş etdirərək bildirmişdi ki, Minsk qrupu artıq öz funksiyasını itirib və onun dirildilməsinə cəhdlər mənasızdır. Dövlətimizin başçısının dəfələrlə vurğuladığı kimi, münaqişə artıq həll olunub, Qarabağ problemi bağlanıb və Azərbaycan öz torpaqlarını özü azad edib. Belə olan halda, heç bir əsas qalmırdı ki, bu struktur formal olaraq belə saxlanılsın.

Vaşinqtonda baş verən bu diplomatik qərar, Prezident İlham Əliyevin siyasi iradəsinin və Azərbaycanın beynəlxalq münasibətlər sistemində artan çəkisinin növbəti sübutudur. Bu, həm də yeni bir dövrün başlanğıcıdır”.

Milli Məclisin deputatı söyləyib ki, Vaşinqtonda keçirilmiş görüşün baş tutmasında və Birgə Bəyannamənin imzalanmasında ABŞ Prezidenti Donald Trampın rolu və siyasi iradəsi də xüsusi qeyd olunmalıdır:

“ABŞ-ın sülh prosesinə verdiyi bu dəstək, beynəlxalq ictimaiyyətin regionun sabitliyinə və inkişafına verdiyi əhəmiyyətin göstəricisidir. Dövlətimizin başçısı da Trampın ölkələr arasında sülhün təmin olunmasında göstərdiyi səyləri yüksək qiymətləndirdi və ona təşəkkürünü bildirdi. Azərbaycan Prezidenti İlham Əliyev hətta çıxışı zamanı Ermənistan Baş naziri Nikol Paşinyanla birgə Nobel komitəsinə ABŞ Prezidenti Donald Trampla bağlı müraciət etməyi təklif etdi. Bu təklif Prezident İlham Əliyevin qlobal düşüncəyə malik, sülh və əməkdaşlıq naminə siyasi jestlərə və diplomatik simvolların gücünə dəyər verən bir lider olduğunun növbəti sübutudur”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!