11 Aprel 2026 08:20
464
SİYASƏT
A- A+
Uzanan münaqişələr fonunda Azərbaycan modeli

Uzanan münaqişələr fonunda Azərbaycan modeli


Dünyanın müxtəlif regionlarında davam edən münaqişələr, uzunmüddətli gərginlik ocaqları və qeyri-müəyyən təhlükəsizlik mühiti qlobal sabitliyi ciddi şəkildə sarsıdır. Yaxın Şərqdə davam edən qarşıdurmalar, eləcə də Rusiya-Ukrayna müharibəsi göstərir ki, müasir dövrdə silahlı münaqişələr və tərəflər arasında qəti nəticə əldə etmək asan başa gəlmir.  

Milli Məclisin deputatı Nigar Məmmədova qəzetimizə açıqlamasında bildirib ki, bu gün bir çox münaqişə ya dondurulur, ya da qeyri-müəyyən vaxta qədər uzanır. Tərəflər arasında hərbi əməliyyatlar davam etsə də, nə tam qələbə, nə də dayanıqlı sülh əldə olunur. "Nəticədə regionlar illərlə qeyri-sabitlik, humanitar problemlər və iqtisadi geriləmə ilə üz-üzə qalır. Bu cür vəziyyətlər beynəlxalq hüququn effektivliyi və qlobal təhlükəsizlik mexanizmlərinin yetərli olub-olmaması ilə bağlı sualları da gündəmə gətirir. Belə mürəkkəb geosiyasi vəziyyətdə Azərbaycan nümunəsi uğurlu model kimi ön plana çıxır. 2020-ci ildə baş vermiş İkinci Qarabağ müharibəsi zamanı Azərbaycan 44 gün ərzində hərbi əməliyyatları qəti nəticə ilə başa çatdıraraq 30 ilə yaxın davam edən mürəkkəb münaqişəyə son qoydu. Bu qələbə hərbi uğur olmaqla yanaşı, həm də beynəlxalq hüququn bərpası kimi tarixə düşdü", - deyə o əlavə edib.

Deputat qeyd edib ki, münaqişənin uzanmaması və qeyri-müəyyən mərhələyə keçməməsi əsas üstünlüklərdən biridir. Halbuki 30 il ərzində beynəlxalq vasitəçilər münaqişənin uzanması üçün bütün vasitələrdən istifadə etdilər. Uzun müddət aparılan  danışıqların nəticə verməməsi müharibəni qaçılmaz edirdi. Prezident İlham Əliyev hər zaman bəyan edirdi ki, bu vəziyyət sona qədər davam edə bilməz. Ermənistan isə öz xoşu ilə bizim tarixi torpaqlarımızdan çıxmaq niyyətində deyildi. Qarabağı Azərbaycandan qoparıb Ermənistana birləşdirmək erməni havadarlarının əsas planı idi. Azərbaycan xalqı və dövləti bu işğalla barışa bilməzdi və barışmadı. Prezident İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində Azərbaycan öz torpaqlarını hərbi yolla azad etməyə tam hazır idi. Ali Baş Komandanın da söylədiyi kimi: "Biz güc toplayırdıq və aydan-aya, ildən-ilə gücümüz artırdı. Biz beynəlxalq arenada öz səsimizi ucalda bildik. Bütün aparıcı beynəlxalq təşkilatlarda ölkəmizin münaqişə ilə bağlı mövqeyi üstünlük təşkil edirdi. Bir çox qərar və qətnamələr bizim Zəfərimizin hüquqi və siyasi əsasını təşkil edirdi".

N.Məmmədova vurğulayıb ki, Azərbaycan döyüş meydanında qalib gəlməklə bütün dünyada güclü dövlət, müzəffər xalq kimi tanınıb və qəbul edilib: "Təbii ki, Azərbaycanda ictimai-siyasi sabitlik, vətəndaş həmrəyliyi, vətənpərvər gənc nəsil, xalq-iqtidar birliyi də qələbəmizi şərtləndirən əsas amillərdən idi. Beləliklə, həm regionda yeni reallıqlar formalaşdı, həm də postmünaqişə dövrü üçün konkret inkişaf gündəliyi müəyyən edildi. Müharibədən sonra Azərbaycanın əsas prioritetlərindən biri təhlükəsizlik və sabitliyin möhkəmləndirilməsi oldu. Azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işlərinin aparılması, infrastruktur layihələrinin həyata keçirilməsi və bölgənin iqtisadi inteqrasiyası istiqamətində atılan addımlar ölkənin uzunmüddətli inkişaf strategiyasının tərkib hissəsidir. Bu siyasət milli maraqlarla yanaşı, regionda dayanıqlı sülhün təmin olunmasına xidmət edir".

Azərbaycanın regional əməkdaşlıq təşəbbüsləri ilə də diqqət çəkdiyini deyən deputat bildirib ki, nəqliyyat və logistika layihələri, o cümlədən Orta dəhliz kimi təşəbbüslər ölkəni Avrasiya məkanında mühüm tranzit və iqtisadi mərkəzə çevirir. Bu layihələr həm iqtisadi, həm də siyasi sabitlik üçün mühüm platforma rolunu oynayır. Nəticə etibarı ilə, müasir dünyada uzanan münaqişələr fonunda Azərbaycan modeli göstərir ki, qətiyyətli siyasət, aydın strateji məqsədlər və effektiv idarəetmə nəticəsində münaqişələrə qısa müddətdə son qoymaq, postmünaqişə dövründə sabitlik yaratmaq mümkündür. Bu təcrübə beynəlxalq müstəvidə də öyrənilməsi vacib olan nümunələrdən biri kimi qiymətləndirilir.

 

Əsmər QARDAŞXANOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İsrailin hava zərbələri nəticəsində Livanda beş nəfər həlak olub  

10:15
29 Aprel

UEFA Çempionlar Liqası: “PSJ” “Bavariya”nı məğlub edib  

10:14
29 Aprel

“Daily Mail”: Tramp və Kral III Çarlzın uzaq qohum olduqları ehtimal edilir  

10:12
29 Aprel

Azərbaycan neftinin qiyməti 116 dollara yaxınlaşır  

10:08
29 Aprel

“Prezident Kuboku” beynəlxalq reqatasında yarışlara start verilir

09:36
29 Aprel

Keyfiyyətli yuxu sağlamlığın şərtlərindən biridir

09:30
29 Aprel

"Əsərlərimdə insanlara həyata başqa gözlə baxmağın mümkün olduğunu göstərmək istəyirəm"

09:25
29 Aprel

Mütəfəkkir sənətkar, vətənpərvər şair 

09:20
29 Aprel

Yurda dayaq, elə arxa

09:15
29 Aprel

Torpağı qanı bahasına Vətən etdi

09:10
29 Aprel

Tarixin dərsləri

09:05
29 Aprel

Qoşa qanadlı "Günəşli"

09:00
29 Aprel

Ömrünü neft geologiyasına həsr etdi, məşhurluq qazandı

08:55
29 Aprel

Neftçi, alim, pedaqoq

08:50
29 Aprel

İrəvanda bayraq təxribatı: sülh və revanşizm arasında ziddiyyət

08:45
29 Aprel

Ermənistandakı revanşist hərəkətlər sülhü təhdid edir

08:40
29 Aprel

Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans keçirilib

08:35
29 Aprel

Azərbaycan və Çexiya iqtisadi əməkdaşlığında nümunə

08:30
29 Aprel

Bakı və Praqa strateji əməkdaşlığın genişləndirilməsində maraqlıdır

08:25
29 Aprel

Azərbaycan-Çexiya münasibətlərində yeni mərhələ

08:20
29 Aprel

Azərbaycanın yeni inkişaf mərhələsi - rəqəmsal gələcəyin yol xəritəsi

08:15
29 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!