03 May 2026 14:18
231
CƏMİYYƏT
A- A+
Türkiyə və Gürcüstandan olan din xadimlərinin Naxçıvana səfəri başlayıb 

Türkiyə və Gürcüstandan olan din xadimlərinin Naxçıvana səfəri başlayıb 


Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Türkiyənin Qars və İğdır vilayətlərindən, Gürcüstanın azərbaycanlıların kompakt yaşadığı müxtəlif bölgələrindən olan, eləcə də ölkəmizdə fəaliyyət göstərən din xadimlərindən ibarət nümayəndə heyəti Naxçıvan Muxtar Respublikasında səfərdədir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, səfər xaricdə yaşayan soydaşlarımızla dini-mənəvi əlaqələrin daha da möhkəmləndirilməsi, ortaq tarixi və mədəni dəyərlər əsasında əməkdaşlığın inkişaf etdirilməsi, dini maarifləndirmə fəaliyyətinin genişləndirilməsi, eləcə də sağlam dini mühitin təşviqi məqsədi daşıyır.

Bu gün nümayəndə heyəti əvvəlcə Kazım Qarabəkir Paşa məscidində olub. Qonaqlara burada yaradılmış şərait, dini ibadətin təşkili, eləcə də dövlət tərəfindən dini abidələrin qorunmasına göstərilən diqqət və qayğı barədə ətraflı məlumat verilib. Nümayəndə heyətinin üzvləri Azərbaycanda ənənə halını almış vəhdət namazı qılıblar.

Din xadimləri səfər proqramına uyğun olaraq gün ərzində Heydər Məscidi kompleksi və Batabat yaylağı ilə tanış olacaqlar.

Qeyd edək ki, mayın 4-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Mənəvi Dəyərlərin Təbliği Fondunun təşkilatçılığı ilə Naxçıvanda “Zəngəzur yolu – tarixin izi ilə” mövzusunda konfrans keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Premyer Liqa: Çempion "Sabah" Şamaxıdan 3 xalla qayıdır

18:27
03 May

Altıncı “Yüksəliş” müsabiqəsinin Ümumi biliklər imtahanı keçirilib

17:41
03 May

Şəhid Anar Məmmədovun xatirəsi anılıb

17:24
03 May

Heydər Əliyev Fondunun təşəbbüsü ilə keçirilən “Bakı Marafonu 2026”da mükafatlandırma mərasimi olub  

17:22
03 May

“Bakı Marafonu 2026” başa çatıb

16:49
03 May

Türkiyə memarı: WUF13 gələcəyin şəhərlərinin kollektiv qavranılmasında mərhələdir

16:38
03 May

Bəyanat: Avropa Parlamentinin qərəzli qətnaməsi Azərbaycanın suverenliyinə və Cənubi Qafqazda sülh prosesinə qarşı siyasi təxribatdır

16:22
03 May

Leyla Əliyeva və Arzu Əliyeva Beynəlxalq Xalça Festivalını ziyarət ediblər

14:46
03 May

“Bakı Marafonu 2026”nın qalibləri müəyyənləşib

14:28
03 May

Türkiyə və Gürcüstandan olan din xadimlərinin Naxçıvana səfəri başlayıb 

14:18
03 May

Bakı ilə İzmirin qardaşlaşmasının 40-cı ildönümü qeyd edilib

14:07
03 May

Ötən ay Ukrayna 116 kvadrat kilometr ərazini azad edib

13:57
03 May

Azərbaycanda sabaha gözlənilən hava proqnozu açıqlanıb  

13:36
03 May

Elektromobillərin qlobal satışları 2026-cı ilin I rübündə azalıb  

13:07
03 May

Polşa Respublikasının Prezidenti Zati-aliləri cənab Karol Navrotskiyə

12:52
03 May

Odessanın mülki və liman infrastrukturuna hava zərbələri endirilib, ölənlər var

12:51
03 May

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana gübrə göndərilib 

12:36
03 May

Ağ Evin 5 min əsgəri Almaniyadan çıxarmaq qərarı ABŞ parlamentində etiraza səbəb olub  

12:17
03 May

Ukrayna Rusiyanın kölgə neft donanmasına məxsus iki gəmini məhv edib

11:22
03 May

“Bakı Marafonu 2026” başlayıb

10:23
03 May

Bu gün Ümumdünya Günəş Günüdür

10:01
03 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!