13 May 2025 16:27
591
DÜNYA
A- A+
“Türkiye” qəzeti: Fransa Şərqi Aralıq dənizində Türkiyənin mövcudluğunu təhdid edir

“Türkiye” qəzeti: Fransa Şərqi Aralıq dənizində Türkiyənin mövcudluğunu təhdid edir

Fransa Türkiyənin “Bayraktar TB2” pilotsuz uçuş aparatlarına qarşı istifadə edilməsi planlaşdırılan yaxınmənzilli “Mistral 3” hava hücumundan müdafiə sistemlərinin yunan Kiprinə təhvil veriləcəyini açıqlayıb.

AZƏRTAC xəbər verir ki, bu barədə “Türkiye” qəzeti yazır.

“Türkiye” nəşri Ankaradakı diplomatik mənbələrə istinadla qeyd edir ki, ümumilikdə 40 müasir “Mistral 3” zenit-raket kompleksinin Kiprin cənubuna çatdırılması planlaşdırılır ki, bu da Türkiyəni Parisin qalmaqallı addımlarını tarazlaşdırmaq üçün cavab tədbirləri görməyə məcbur edir.

Qəzet xatırladır ki, Fransa və yunan Kipri arasında bir hissəsi “Mistral 3”ün çatdırılmasını da ehtiva edən müqavilə Afinada keçirilən “DEFEA – 2025” müdafiə sərgisində imzalanıb.

“Bayraktar TB2” PUA-ları Liviya, Suriya və Azərbaycanın Qarabağ bölgəsi də daxil olmaqla yüksək effektivliyi və manevr qabiliyyətini sübut edib. Mütəxəssislər Fransanın “Mistral 3”lərinin Türkiyə pilotsuz təyyarələrinə qarşı effektivliyinə şübhə ilə yanaşırlar”, - deyə nəşr yazır.

Eyni zamanda, Ankaradakı diplomatik mənbələr “Türkiye” qəzetinə bildiriblər ki, Türkiyə Şimali Kipr Türk Cümhuriyyəti (ŞKTC) xalqının təhlükəsizliyinə yönəlmiş heç bir təhdidə imkan verməyəcək.

“Biz bütün tərəfləri, xüsusən də Fransanı regional sabitliyə zərər verə biləcək addımlardan dərhal çəkinməyə çağırırıq”, - deyən Türkiyə paytaxtındakı mənbə Parisin hərəkətlərini Ankaranın milli təhlükəsizlik siyasətinə çağırış kimi qəbul edilən “təxribat” adlandırıb.

“Parisin Şərqi Aralıq dənizində gərginliyin səviyyəsini yüksəldən hərəkətlərinə cavab olaraq, Ankara beynəlxalq platformalar da daxil olmaqla əks tədbirlər görəcək. Fransanın hərəkətləri Türkiyə və ŞKTC üçün birbaşa təhdiddir. Paris bir tərəfdən Ankaranın NATO “müttəfiqidir”, digər tərəfdən isə Türkiyənin Şərqi Aralıq dənizindəki mövcudluğunu təhdid edir”, - deyə diplomatik mənbə vurğulayıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!