03 Sentyabr 2026 15:28
2653
Səhiyyə
A- A+
Tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyə sisteminin gələcəyinə qoyulan mühüm investisiyadır

Tibb işçilərinin əməkhaqlarının artırılması səhiyyə sisteminin gələcəyinə qoyulan mühüm investisiyadır

Azərbaycanın Birinci vitse-prezident Mehriban Əliyeva tibb işçilərinin maddi rifahının yaxşılaşdırılması, onların əməyinin daha yüksək qiymətləndirilməsi və səhiyyə sistemində insan kapitalının gücləndirilməsi məqsədilə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin (TƏBİB) tabeliyində çalışan tibb işçilərinin əməkhaqlarının artırılması təşəbbüsü ilə çıxış edib. Bu təşəbbüs TƏBİB-in tabeliyindəki tibb müəssisələrində çalışan 72 min 212 tibb işçisini əhatə edəcək. İslahat nəticəsində TƏBİB sistemi üzrə illik əməkhaqqı fondu 189 milyon manat artırılıb. Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən irəli sürülən bu təşəbbüs bütün istiqamətlərdə yüksək qiymətləndirilməlidir.

Bu fikirləri AZƏRTAC-a açıqlmasında “İnformasiya və Sosial Təşəbbüslərə Dəstək” İctimai Birliyinin sədri Cəsarət Hüseynzadə deyib.

O qeyd edib ki, əsas məqam tibb işçilərinin sosial müdafiəsinin gücləndirilməsi və onların həyat şəraitinin yaxşılaşdırılması ilə bağlıdır:”Xüsusilə pandemiya və Vətən müharibəsi kimi son dərəcə həssas və məsuliyyətli dövrlərdə tibb işçilərimiz üzərlərinə düşən mühüm missiyanı böyük fədakarlıqla yerinə yetiriblər. Bu baxımdan onların əməyinin maddi baxımdan daha yüksək qiymətləndirilməsi həm sosial ədalət, həm də dövlətin tibb işçilərinə göstərdiyi diqqətin mühüm ifadəsidir. Belə ki, tibb işçilərinin əməkhaqları 700–1550 manat aralığında artırılıb, ayrı-ayrı vəzifələr üzrə isə əməkhaqqı 3000 manata qədər yüksəlib. Bu rəqəmlər aparılan islahatın miqyasını və tibb işçilərinin əməyinin daha yüksək səviyyədə qiymətləndirilməsinə verilən önəmi aydın şəkildə göstərir. Yəni artım yalnız statistik göstəricilərdə deyil, tibb işçilərinin ailə büdcəsində və gündəlik həyatlarında real şəkildə hiss ediləcək səviyyədədir”.

Cəsarət Hüseynzadə vurğulayıb ki, tibb işçilərinin əməyinin layiqincə qiymətləndirilməsi yalnız onların sosial vəziyyətinin yaxşılaşdırılması demək deyil. Bu, eyni zamanda, peşəyə marağın artmasına, ixtisaslı kadrların səhiyyə sistemində saxlanılmasına, onların motivasiyasının yüksəlməsinə və nəticə etibarilə vətəndaşlara göstərilən tibbi xidmətin keyfiyyətinin daha da yaxşılaşmasına xidmət edir. “Bu baxımdan təşəbbüsü yalnız əməkhaqqı artımı kimi deyil, bütövlükdə Azərbaycan səhiyyəsinə, tibb işçilərinə və səhiyyə sisteminin gələcəyinə qoyulan mühüm sosial və institusional investisiya kimi qiymətləndirmək olar. Eyni zamanda, bu addım dövlət və özəl tibb müəssisələri arasında həm xidmət, həm də keyfiyyət baxımından mövcud fərqin azalmasına da müsbət təsir göstərə bilər. Çünki dövlət tibb müəssisələrində çalışan peşəkar kadrların maddi təminatının yaxşılaşdırılması bu sektorda sabitliyi və rəqabət qabiliyyətini artırır”,- deyə o bildirib.

İctimai Birliyin sədri əməkhaqqı artımının mühüm istiqamətlərindən birinin də regionlarla bağlı olduğuna diqqət çəkib: “Son illər regionlarda yeni tibb müəssisələrinin açılması, mövcud xəstəxanaların yenilənməsi və onların müasir avadanlıqlarla təchiz edilməsi istiqamətində mühüm işlər görülüb. İndi isə həyata keçirilən yeni islahat bu prosesin daha vacib mərhələsinə — kadr potensialının gücləndirilməsinə xidmət edir. Belə ki, regionlarda çalışan hədəf ixtisaslı həkimlər üçün əlavə stimullaşdırıcı artımlar tətbiq olunur. Bu mexanizm, xüsusilə regionlarda həkim təminatını gücləndirmək, ixtisaslı kadrları bölgələrə cəlb etmək və onların həmin ərazilərdə fəaliyyətini təşviq etmək məqsədi daşıyır. Başqa sözlə, regionlarda həm müasir tibbi infrastruktur, həm də peşəkar kadr təminatı formalaşdıqca, vətəndaşlar tibbi xidmətləri almaq üçün paytaxta üz tutmaq məcburiyyətində qalmayacaqlar. Beləliklə, bu islahatların əsas məqsədi yalnız tibb işçilərinin əməkhaqqını artırmaq deyil, həm də Azərbaycan vətəndaşının sağlamlığının qorunmasını, sosial rifahının yaxşılaşdırılmasını və yaşadığı bölgədən asılı olmayaraq keyfiyyətli tibbi xidmətlə təmin olunmasını gücləndirməkdir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!