06 Oktyabr 2026 17:07
1234
Səhiyyə
A- A+
Başımızın çəkisi necə artır ?

Başımızın çəkisi necə artır ?


Texnoloji inkişafın sürətlənməsi insanlarda onurğa, boyun və digər dayaq-hərəkət sistemi xəstəliklərinin artmasına gətirib çıxarıb. Buna səbəb kompüter arxasında, telefonda keçirilən zamandır. Bu baxımdan boyun ağrıları da artmaqdadır. 

Britaniyalı neyrocərrah Entoni Qoşun sözlərinə görə, dik vəziyyətdə oturarkən və ya dayanarkən başın boyuna saldığı mexaniki yük təxminən 12 funt (5,4 kq) təşkil edir. Bu, boyun üçün heç bir problem yaratmır. Lakin bütün dünyada milyardlarla insan günün böyük hissəsini bədəni əyilmiş vəziyyətdə keçirir. Kompüterdə işləyərkən və smartfonlara baxarkən boynumuza düşən çəki köklü şəkildə dəyişir.

Həkimin sözlərinə görə, aşağıya doğru baxılan vəziyyətdə başın boyuna saldığı yük təxminən 60 funta (27,2 kq) qədər artır. Beləliklə, boynumuz olduqca böyük bir gərginliyə tab gətirməyə çalışır.“Boyunla bağlı bəzi problemlər yaşlandıqca dayaq-hərəkət sistemimizdə baş verən dəyişikliklərin təbii nəticəsidir. Bu dəyişikliklər boyun nahiyəsindəki dəstəkləyici toxumaların elastikliyinin azalmasına və sərtliyinin artmasına səbəb olur. Buna görə də 40 yaşdan yuxarı şəxslərdə onurğa MRT nəticəsi tam normal olmur. Hər kəsdə fəqərələr arasında yerləşən və amortizasiya rolunu oynayan disklərdə müəyyən dərəcədə aşınma müşahidə olunur. Həmçinin boynun arxa hissəsindəki oynaqlar da bir qədər qalınlaşır və sərtləşir”, - deyə E.Qoş bildirib.

Həkim əlavə edib ki, elektron cihazlardan istifadə edərkən bədənin "əyildiyi" bir duruş formalaşdırırıq. Belin yuxarı hissəsi qabarıq şəkildə əyilir, çənə və baş isə çiyinlərlə düz xətt üzrə durmaq əvəzinə irəliyə doğru uzanır. Bu vəziyyət həm boyun əzələlərində, həm də onurğanın yuxarı hissəsindəki fəqərə oynaqlarında ciddi gərginlik yaradır. İnsanların təxminən 60-80%-i həyatları boyu boyun ağrısından əziyyət çəkir və onların təxminən yarısı bu problemi tez-tez və ya təkrarlanan hal kimi yaşayırlar. Bu problemlər onurğanın yuxarı hissəsində artan sərtlik və hərəkətliliyin məhdudlaşması hissi ilə başlaya, daha sonra isə  güclənən və davamlı narahatlıq hissinə çevrilə bilər.

Tədqiqatlar göstərir ki, boyun və yuxarı bel ilə bağlı problemlər daha erkən yaşlarda ortaya çıxmağa başlayıb. Məsələn, son üç onillikdə uşaqlarda və yeniyetmələrdə skolioz halları artıb.  Bu tibbi vəziyyət onurğada anormal əyriliyin yaranması ilə xarakterizə olunur və başı düz vəziyyətdə saxlamaq məqsədilə boyun əzələlərinin gərginləşməsinə və kompensasiyaedici fəaliyyət göstərməsinə səbəb olur.

Həkim boyun problemlərinin qarşısını almaq üçün daha çox hərəkət etməyi və ekrana fasilərlə baxmağı və gün ərzində müəyyən boyun hərəkətləri etməyi tövsiyə edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!