02 Oktyabr 2026 18:21
1585
Səhiyyə
A- A+
Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir 

Türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlıq daha da genişləndirilir 

Səhiyyə naziri Teymur Musayev Qırğızıstanın paytaxtı Bişkek şəhərində keçirilən Türk Dövlətləri Təşkilatının səhiyyə nazirlərinin VI iclasında iştirak edib.

Səhiyyə Nazirliyindən AZƏRTAC-a verilən məlumata görə, görüşdə Qırğızıstan, Türkiyə, Qazaxıstan və Özbəkistanın səhiyyə nazirliklərinin rəhbərləri və nümayəndə heyətləri iştirak ediblər.

Tədbirin açılışında çıxış edən Qırğız Respublikasının səhiyyə naziri Damirbek Osmonov Türk Dövlətləri Təşkilatına üzv və müşahidəçi dövlətlər arasında səhiyyə sahəsində əməkdaşlığın daha da inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Tədbirdə çıxış edən səhiyyə naziri Teymur Musayev türk dövlətləri arasında səhiyyə sahəsində əməkdaşlığın daha da genişləndirilməsi, rəqəmsal həllərin tətbiqi və qarşılıqlı məlumat mübadiləsinin inkişaf etdirilməsinin əhəmiyyətini vurğulayıb. Teymur Musayev Azərbaycanın Səhiyyə Nazirliyi tərəfindən Türktransplant Vahid Məlumat Platformasının yaradılması təşəbbüsünün irəli sürüldüyünü bildirib.

Nazir Azərbaycanın səhiyyə sistemində rəqəmsal transformasiya istiqamətində həyata keçirilən tədbirlərdən danışaraq, cari ilin iyun ayında vətəndaşların sağlamlıq məlumatlarının beynəlxalq standartlara uyğun şəkildə toplanılmasını və fasiləsiz mübadiləsini təmin edən “Tibbi Rəqəmsal Əkiz Sistemi”nin təqdim olunduğunu diqqətə çatdırıb.

Səhiyyə naziri türk dövlətləri arasında vahid tibb-elmi məkanın yaradılması, birgə elmi tədqiqatların aparılması, tibb təhsili və elektron səhiyyə standartlarının müəyyənləşdirilməsi, eləcə də davamlı tibbi təhsilin təmin edilməsini əməkdaşlığın əsas istiqamətləri kimi qeyd edib.

İclas çərçivəsində nazirlər “Türk Dünyası Vizyonu – 2040” sənədi və TDT-nin 2022–2026-cı illər üzrə Strategiyası əsasında səhiyyə sahəsində əməkdaşlığın inkişaf etdirilməsinin vacibliyini vurğulayıblar. Tərəflər səhiyyə sistemlərinin dayanıqlığının gücləndirilməsi, əsas səhiyyə xidmətlərinin davamlılığının təmin edilməsi, yoluxucu xəstəliklərə, təbii fəlakətlərə və digər fövqəladə hallara effektiv cavab tədbirlərinin həyata keçirilməsi istiqamətində birgə fəaliyyətin əhəmiyyətini qeyd ediblər

Tədbirdə “TDT Səhiyyə Nazirlərinin 6-cı Toplantısının Birgə Bəyannaməsi” imzalanıb. Bəyannamədə dərman vasitələrinin təhlükəsizliyi və əlçatanlığı, tibbi kadrların peşəkarlıq səviyyəsinin artırılması, səhiyyədə süni intellektdən məsuliyyətli istifadə, əsas qeyri-infeksion xəstəliklərlə mübarizə, səhiyyə infrastrukturu və əczaçılıq sənayesinə investisiyaların təşviqi kimi istiqamətlər üzrə əməkdaşlığın gücləndirilməsi əksini tapıb.

Tərəflər, həmçinin Türktransplant təşəbbüsü çərçivəsində əməkdaşlığın davam etdirilməsi, ümumi tibbi turizm şəbəkəsinin inkişaf etdirilməsi, dərman vasitələri və tibbi avadanlıqların birgə satın alınması mexanizminin hazırlanması, TürkEMT təşəbbüsünün inkişaf etdirilməsi və səhiyyə sahəsində 2030-cu ilədək Dayanıqlı İnkişaf Məqsədlərinə nail olunmasına töhfə verilməsi barədə razılığa gəliblər.

İclas çərçivəsində Türk Dövlətləri Birliyinin Baş katibi Kubanıçbek Ömüralıyev, Qırğızıstanın səhiyyə naziri Damirbek Osmonov və Qazaxıstanın səhiyyə naziri Akmaral Alnazarova ilə ikitərəfli görüşlər keçirilib.

Səhiyyə nazirlərinin VII iclasının Türkiyədə keçirilməsi qərara alınıb.

Tədbir çərçivəsində Bişkekdəki Qırğız-Türk Dostluq Xəstəxanasına səfər təşkil edilib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!