07 Oktyabr 2026 14:35
978
Səhiyyə
A- A+
Erkən yaşlarda müşahidə olunan xərçəng halları artıb

Erkən yaşlarda müşahidə olunan xərçəng halları artıb


Ümumdünya Xərçəng Araşdırmaları Fondunun İngiltərə, ABŞ və Niderlanddakı xərçəng göstəriciləri üzrə apardığı təhlil nəticəsində erkən yaşlarda müşahidə olunan xərçəng hallarında əhəmiyyətli artım müəyyən edilib. Bu artım İngiltərədə 7, ABŞ-də 5 və Niderlandda 4 xərçəng növü üzrə qeydə alınıb.Bu vəziyyət həyat tərzinin hər il minlərlə insanın həyatı bahasına başa gəldiyinə dair xəbərdarlıqlara səbəb olub. 

Bildirilib ki, İngiltərədə 2001-ci ildən bəri prostat xərçəngi diaqnozu qoyulan 50 yaşdan aşağı insanların sayı dörd dəfə artıb, eyni zamanda, erkən yaşda müşahidə olunan bağırsaq, böyrək və uşaqlıq xərçəngi diaqnozlarının sayı iki dəfədən çox yüksəlib. Belə ki, 50 yaşdan aşağı kişilərdə prostat vəzi xərçənginə yoluxma halları 2001-ci ildə hər 100 000 nəfərə bir hal təşkil etdiyi halda, 2023-cü ildə bu rəqəm 3,6-ya yüksəlib. Eyni dövr ərzində bağırsaq xərçəngi göstəriciləri 2001-ci ildə hər 100 000 nəfərə 3,9 haldan 8,4-ə çatıb, erkən yaşda müşahidə edilən uşaqlıq və böyrək xərçəngi halları isə iki dəfə artıb.Həmçinin 50 yaşdan aşağı şəxslər arasında süd vəzi xərçəngi göstəricisi də hər 100 000 nəfərə düşən 42 haldan 47,5-ə yüksəlib. Erkən yaşda müşahidə edilən mədəaltı vəzi və qaraciyər xərçəngi hallarının sayında da artım qeydə alınıb.

Qeyd edək ki, ABŞ ilə bağlı vəziyyət də ürəkaçan deyil. ABŞ-də 2000-ci ildən bəri mövcud olan rəsmi məlumatların təhlili göstərib ki, 50 yaşdan aşağı şəxslər arasında böyrək xərçəngi halları iki dəfədən çox artıb.  Bununla yanaşı, bağırsaq, uşaqlıq və mədəaltı vəzi xərçəngi hallarının hər biri 50%-dən çox, süd vəzi xərçəngi halları isə təxminən 20% artıb. Artım halları Niderlandda da müşahidə edilib. 

Bu növ xərçəng xəstəlikləri əvəzinə hər üç ölkədə 50 yaşdan aşağı şəxslər arasında ağciyər xərçəngi göstəriciləri azalıb ki, bu da həmin ölkələrdə siqaret çəkmə hallarının davamlı azalması ilə bağlıdır.

Dünya miqyasında xərçəng xəstəliyi bütün yaş qruplarında artsa da, erkən yaşlarda yaranan halların artım tempi digər yaş qruplarındakından daha yüksəkdir. Mütəxəssislər bildirirlər ki, bu rəqəmlər qlobal miqyasda artan piylənmə epidemiyası, qeyri-sağlam qidalanma və fiziki aktivliyin azlığı, eləcə də xərçənglə bağlı məlumatlılığın artması və xəstəliyin daha erkən mərhələdə aşkarlanması ilə əlaqədardır.

Ümumdünya Xərçəng Araşdırmaları Fondunun tədqiqat və siyasət üzrə icraçı direktoru Dr. Giota Mitrou bu tendensiyanı narahatedici olduğunu deyərək əlavə edib: “Hər bir rəqəmin arxasında xərçənglə özlərinin, ailələrinin və çox vaxt həkimlərinin gözlədiyindən daha tez üzləşən bir insan dayanır. Xərçəngə hələ də daha çox yaşlı insanlarda rast gəlinsə də, gənc nəsillər arasında müşahidə olunan bu dəyişik hallar ciddi tədqiqat və xərçəngin qarşısının alınması prioriteti kimi qəbul edilməlidir”.

Tədqiqatın nəticələrini şərh edən Belfastdakı “Queen’s” Universitetinin rəqəmsal səhiyyə üzrə professoru və translyasiyaedici xərçəng genomikası kafedrasının rəhbəri Mark Louler bu problemi "mümkün qədər tez zərərsizləşdirməli olduğumuz saatlı bomba" adlandırıb və əlavə edib ki, əks təqdirdə rəqəmlər artmağa davam edəcək.

Ümumdünya Xərçəng Araşdırmaları Fondu qeyd edir ki, piylənmə səviyyəsinin artması, qeyri-sağlam qidalanma, fiziki fəallığın azlığı, spirtli içki və tütün məhsullarından istifadə, həmçinin ətraf mühit amilləri (çirkləndiricilər, kimyəvi maddələr, plastik materiallar, su və hava çirkliliyi ) bu tendensiyaya təsir göstərə bilər. Xərçəng xəstəliklərinin təxminən 40%-i məhz bu cür qarşısı alına və ya dəyişdirilə bilən risk amilləri ilə əlaqəlidir. Bununla belə, xərçəngin əlamətləri barədə məlumatlılığın artması həm də o deməkdir ki, insanlarda xəstəliyin daha erkən mərhələdə aşkar edilməsi ehtimalı yüksəlir.


Əsmər QARDAŞXANOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident İlham Əliyev Özbəkistan Prezidenti ilə görüşüb YENİLƏNİB

21:58
14 Oktyabr

Qətər Dövlətinin Əmiri Azərbaycana səfərə gəlib

19:37
14 Oktyabr

Prezident İlham Əliyevin İsrail Prezidenti ilə görüşü olub

19:36
14 Oktyabr

Prezident İlham Əliyev Bəhreynin xarici işlər nazirini qəbul edib

19:35
14 Oktyabr

Prezident İlham Əliyev Çin Kommunist Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun üzvünü qəbul edib  

19:34
14 Oktyabr

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb

19:32
14 Oktyabr

Prezident İlham Əliyev Şri-Lankanın xarici işlər, xarici məşğulluq və turizm nazirini qəbul edib  

19:31
14 Oktyabr

Bakı Limanı və Qazaxıstan limanları arasında əməliyyatların koordinasiyası gücləndirilə bilər  

19:30
14 Oktyabr

“Şahinlərin Görüşü-2026” müştərək taktiki-uçuş təlimi davam edir  

18:48
14 Oktyabr

Özbəkistan Prezidenti Azərbaycanda səfərdədir

18:45
14 Oktyabr

Tacikistan Prezidenti Azərbaycana səfərə gəlib

18:44
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib 

17:52
14 Oktyabr

Qırğızıstan Prezidenti AQEM-in Zirvə Toplantısında iştirak etmək üçün Azərbaycana səfərə gəlib  

17:51
14 Oktyabr

Bakıda Azərbaycan və Kamboca Baş nazirlərinin görüşü olub

17:50
14 Oktyabr

AQEM-in 7-ci Zirvə Görüşündə qəbul ediləcək qərar və bəyanat layihələri nəzərdən keçirilib  

17:48
14 Oktyabr

Qırğızıstan XTQ-nin nümayəndə heyəti Azərbaycana səfər edib

17:37
14 Oktyabr

Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb

17:36
14 Oktyabr

Türk general: Türkiyə-Azərbaycan münasibətlərinin gücü fərqli milli təcrübələrə hörmətdə və ortaq maraqların qorunmasındadır 

17:34
14 Oktyabr

Kristof Leribo: Luvr təmir olunmasa, bağlanmalı olacaq

17:33
14 Oktyabr

Azərbaycanın enerjisində “yaşıl dönüş”

17:31
14 Oktyabr

Albaniyada tələbə etirazları iğtişaşlara çevrildi  

17:18
14 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!