24 İyun 2024 15:34
330
CƏMİYYƏT
A- A+
“The Jerusalem Post”: Bakı Kommünikesi COP29 çərçivəsində kiçik ada dövlətləri ilə dialoqa çağırır

“The Jerusalem Post”: Bakı Kommünikesi COP29 çərçivəsində kiçik ada dövlətləri ilə dialoqa çağırır

 

İsraildə ingilis dilində nəşr olunan ən böyük qəzet - nüfuzlu “The Jerusalem Post” nəşrinin 23 iyun tarixli nömrəsində inkişaf etməkdə olan kiçik ada ölkələrinə (Small Island Developing Countries - SIDS) həsr olunmuş məqalə dərc edilib.

AZƏRTAC xəbər verir ki, “Dərhal hərəkətə keçmək lazımdır: İnkişaf etməkdə olan kiçik ada dövlətləri iqlim dəyişikliyi problemi ilə qarşılaşıb” sərlövhəli məqalənin müəllifi Vanuatu Respublikasının ilim dəyişikliyi üzrə xüsusi elçisi Ali Serimdir. O, coğrafi təcrid, təbii fəlakətlər, məhdud resurslar və iqlim dəyişikliyinin təsirləri daxil olmaqla, SIDS-in üzləşdiyi əsas problemləri ətraflı şəkildə araşdırır.

Müəllifin fikrincə, BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyası SIDS tarixində yeni eradan xəbər verir. Məqalədə bu kontekstdə inkişaf etməkdə olan kiçik ada dövlətlərinə hərtərəfli dəstək verən Azərbaycanın COP29 iqlim sammitinin sədri kimi roluna xüsusi diqqət yetirilir. Prezident İlham Əliyevin bəyan etdiyi kimi, iqlim dəyişikliyinin mənfi təsirlərinə ən çox həssas olan inkişaf etməkdə olan kiçik ada dövlətlərinin üzləşdiyi problemlərin həlli Azərbaycanın COP29-da sədrliyinin gündəliyində prioritet məsələlərdən biri olacaq.

Qəzet müəllifin “tarixi sənəd” adlandırdığı Bakı Kommünikesindən də ətraflı bəhs edir. Onun bu ilin may ayında Azərbaycan paytaxtında Tuvalunun general-qubernatoru, Tonqa Krallığının Baş naziri və Baham adaları Birliyinin xarici işlər naziri tərəfindən imzalandığını xatırladan Ali Serim vurğulayır: “Kommünikedə qlobal istiləşmə fonunda artan ekzistensial təhlükələrlə üzləşən kiçik ada dövlətləri ilə COP29 çərçivəsində həyata keçirilən əməkdaşlıq və dialoqun təsdiqi iqlim dəyişikliyinə qarşı daha çox dayanıqlılığa, təcili qlobal fəaliyyətə və daha çox həmrəyliyə çağırır”.

Məqalənin sonunda qeyd edilir ki, SIDS-ə dəstək təkcə bu dövlətlərdə iqlim dəyişikliyinə reaksiya deyil, həm də planetin biomüxtəlifliyinin qorunması səylərinə töhfədir. Müəllifin fikrincə, iqlim dəyişikliyinin nəticələrindən ən çox zərər çəkən ölkələrdə maliyyə problemlərini həll etmək üçün xüsusi fond yaratmaq lazımdır. Nəşr bildirir ki, bu, iqlimin maliyyələşdirilməsinin əsas müzakirə mövzularından biri olacağı COP29 konfransının məqsədlərinə tam uyğundur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib

21:06
28 Sentyabr

Azərbaycanda daha bir maliyyə piramidası şəbəkəsi ifşa edildi 

20:25
28 Sentyabr

“Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb

20:23
28 Sentyabr

Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli olub

19:46
28 Sentyabr

XİN: Peter Stanonun Aİ-nin Ermənistandakı Missiyasının mandatı barədə səsləndirdiyi fikirlər əsassızdır  

19:41
28 Sentyabr

Azərbaycanda torpağın bir kateqoriyadan digərinə keçirilməsi üçün əsaslar müəyyənləşib

19:40
28 Sentyabr

Azərbaycanda torpağın məqsədli təyinatının dəyişdirilməsi üçün əsaslar müəyyənləşib

19:36
28 Sentyabr

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb

18:33
28 Sentyabr

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

18:30
28 Sentyabr

Dünyanın ən yaxşı 10 qapıçısı - SİYAHI

16:57
28 Sentyabr

"Naxçıvan rəhbərliyindən xahiş edirəm ki, komandanı Naxçıvana qaytarsınlar"

16:52
28 Sentyabr

Çadda saxlanılan rusiyalılar azad ediləcək

16:44
28 Sentyabr

Minifutbol üzrə Azərbaycan çempionatı: Birinci turun oyunları bəlli oldu

16:32
28 Sentyabr

Monteneqroda keçirilən AOK-un 44-cü seminarı öz işini başa vurub

16:06
28 Sentyabr

BRICS onlarla dövləti əhatə edəcək - AÇIQLAMA

15:31
28 Sentyabr

Haiti Fransadan təzminat tələb edir

15:30
28 Sentyabr

Dağıstandakı partlayışda ölü sayı artır   

15:03
28 Sentyabr

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti barədə məlumatlandırılıb

15:01
28 Sentyabr

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə təlim keçirilib

14:25
28 Sentyabr

Özbəkistan Prezidenti: Çin-Qırğızıstan-Özbəkistan dəmir yolu regional inkişafa töhfə verəcək  

14:24
28 Sentyabr

Rusiya, İran və Türkiyə xarici işlər nazirlərinin görüşü olub

14:22
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!