26 Sentyabr 2024 09:15
424
Səhiyyə
A- A+
Telefon asılılığı depressiyaya da səbəb olur

Telefon asılılığı depressiyaya da səbəb olur


Dünyada depressiyadan əziyyət çəkən insanların sayı sürətlə artır. Ürək-damar xəstəliklərindən sonra ikinci yerdə qərarlaşan depressiya statistikaya əsasən, yaxın gələcəkdə birinci yerdə olacaq. 

İngilis alimlərinin 1997-ci ildə apardığı araşdırmaya görə, dünya əhalisinin yalnız 2 faizində depressiya əlamətləri müşahidə edilib. İndi isə hər beş insandan biri depressiya əlamətlərindən şikayətlənir. Bəs son 27 ildə nə baş verib? Cəmiyyət və insanların həyatında nə dəyişib?

Mütəxəssislər bu suallara cavab tapmaq və depressiyanın artmasının qarşısını almaq üçün müxtəlif tədqiqatlar aparırlar. ABŞ, Çin, Böyük Britaniya və Avstraliyadan olan tədqiqatçıların son araşdırmalarına görə, depressiya yeniyetmələrin və böyüklərin beyninə fərqli təsir göstərir. Araşdırmada 440-na depressiv pozğunluq diaqnozu qoyulan 12-25 yaş arası 810 nəfərin beyin məlumatlarından istifadə edilib. Onlar beyin məlumatlarını qalan 370 sağlam insanın beyinləri ilə müqayisə ediblər.

Tədqiqatçılar depressiya diaqnozu qoyulan gənclərin beyin bölgələrinin bir-biri ilə əlaqəsində müəyyən pozğunluqlar yaşadıqlarını aşkar edərək, bu pozulmaların böyüklərdə olduğundan fərqləndiyini qeyd ediblər. Onlar bu fərqlərin böyüklüyü sayəsində insanın depressiya səviyyəsinin proqnozlaşdırıla biləcəyini ifadə ediblər. 

Mütəxəssislər müəyyən ediblər ki, yeniyetmələrin təxminən beşdəbiri "problemli smartfon istifadəsi"ndən əziyyət çəkir. Bu yeniyetmələrin narahatlığı, depressiyaya düşməsi və ya yuxusuzluqdan əziyyət çəkmə halları yaşıdlarından üç dəfə çoxdur. Bir çox valideynlər övladlarının həddindən artıq smartfon istifadəsini gündəlik dildə "asılılıq" kimi səciyyələndirsələr də, mütəxəssislər bu ifadənin klinik termin olduğu üçün ondan istifadə etməməyi tövsiyə edirlər. Bunun əvəzinə "problemli smartfon istifadəsi" (PSU) terminindən istifadə edən mütəxəssislər təxminən 657 gəncin iştirak etdiyi araşdırmada onların 19 faizinin PSU olduğunu müəyyən ediblər. Həkimlər bildiriblər ki, əgər ailələr smartfon istifadəsinə məhdudiyyətlər qoyma mədəniyyətini inkişaf etdirə bilsələr, bu, yeniyetmə uşağa hər kəsdən fərqli bir şey etməsi lazım olduğunu söyləməkdən daha təsirli olacaq.

Depressiyanın müalicəsində uzun illərdir əsasən antidepresan həblərdən istifadə edilir. Hətta satılan dərmanın miqyası o qədər böyükdür ki, bu, qlobal miqyasda əczaçılıq şirkətlərinə hər il 21 milyard manatdan çox gəlir gətirir. Bu rəqəmin 2030-cu ilə qədər 30 milyarda çatacağı proqnozlaşdırılır.

Mütəxəssislər bu qənaətə gəliblər ki, antidepresanların yan təsirləri tədricən fiziki xəstəliklərə gətirib çıxarır. Həkimlər depressiyanın müalicəsində qaçışın antidepresan həblərdən daha yaxşı üsul olduğu qənaətinə gəliblər. Amsterdamlı tədqiqatçılar müəyyən ediblər ki, mütəmadi olaraq qaçmaq depressiya əlamətlərini effektiv şəkildə aradan qaldırır. Depressiyada olan insanlarda bu üsul sayəsində səkkiz həftədən sonra simptomların yüzdə əlli və ya daha çox azalması müşahidə edilib.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp Harrisi yalan danışmaqda itiitham etdi

11:13
27 Sentyabr

Ankarada 44 günlük Vətən müharibəsi qəhrəmanlarının xatirəsi anılacaq

09:51
27 Sentyabr

Azərbaycan və Monteneqro arasında ikitərəfli və regional məsələlərə dair fikir mübadiləsi aparılıb

09:49
27 Sentyabr

Ceyhun Bayramov misirli həmkarını Ermənistanla normallaşma prosesinin gedişatı barədə məlumatlandırıb

09:49
27 Sentyabr

Azərbaycan və Albaniya arasında ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub

09:48
27 Sentyabr

“Qarabağ” məğlubiyyətlə başladı

09:38
27 Sentyabr

Birinci vitse-prezident Mehriban Əliyeva 27 Sentyabr - Anım Günü ilə əlaqədar paylaşım edib

09:25
27 Sentyabr

Yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk iclası keçirilib

09:13
27 Sentyabr

Ermənistanda məyusluq hökm sürür

09:10
27 Sentyabr

Martinikdə Fransa müstəmləkəçiliyi ilə mübarizə güclənir

09:05
27 Sentyabr

Ölkəmizdə dağ turizmi də inkişaf edir

09:00
27 Sentyabr

Cəbrayıl - Qayıdışın yeni ünvanı

08:55
27 Sentyabr

Nazir Vilayət Eyvazov Yevlaxda vətəndaş qəbulu və sıra baxışı keçirib

08:50
27 Sentyabr

Vüsalın şəhadət zirvəsi 

08:45
27 Sentyabr

Ziyanın nuru 

08:40
27 Sentyabr

Əbədi ehtiram ünvanı

08:35
27 Sentyabr

Zəfərlə anırıq... 

08:30
27 Sentyabr

Gəncədə Anım Günü ilə bağlı 44 Eldar şamı əkilmişdir

08:25
27 Sentyabr

Ərazi bütövlüyümüzə gedən yolun başlanğıcı

08:20
27 Sentyabr

İlham Əliyevin yaratdığı şanlı tarix

08:15
27 Sentyabr

Milli həmrəyliyin qələbəsi

08:10
27 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!