20 May 2025 08:55
346
İQTİSADİYYAT
A- A+
Təbiət sınağa çəkir

Təbiət sınağa çəkir


Qızmar may günlərini fasiləsiz yaz yağışları əvəz edib


Hazırda dünyanın qlobal problemlərindən biri əhalinin ərzaqla təminatında yaranan çətinliklərdir. Dünyanın mötəbər təşkilatlarının verdiyi  statistik rəqəmlərə görə, bu gün aclıq çəkənlərin və gündəlik qida norması ilə təmin olunmayanların sayı milyonlarladır.

Mütəxəssislərin fikrincə, belə vəziyyətin yaranmasında üç əsas amil - əhalinin sürətlə artması, iqlim dəyişikliyi və insan fəaliyyəti sayəsində əkinəyararlı torpaq sahələrinin əkin dövriyyəsindən çıxması önəmli rol oynayır.  BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) məlumatına görə, dünyada təxminən 1,7 milyard hektar sahə insan fəaliyyəti nəticəsində deqradasiyaya uğrayıb. Həmin torpaqların 60 faizdən çoxu kənd təsərrüfatında istifadə olunan əkin və otlaq sahələridir.

Kənd təsərrüfatı - iqlimlə birbaşa bağlı olduğundan iqlim dəyişikliklərinə ən həssas sahələrdəndir. Son illər bu dəyişikliklərin mənfi təsirləri kənd təsərrüfatında ciddi çətinliklər yaradır. Artan quraqlıqlar, torpağın şoranlaşması və ekstremal hava hadisələri məhsuldarlığı azaldaraq qlobal ərzaq təhlükəsizliyinə ciddi təsir göstərir. FAO-nun məlumatında qeyd olunur ki, artıq dünyada daha intensiv istilik dalğaları, güclü tufanlar və dağıdıcı daşqınlar müşahidə edilir. Əgər 1970-ci illərdə ildə təxminən 100 təbii fəlakət baş verirdisə, bu gün həmin rəqəm 400-ə qədər artıb. Belə hal ərzaq təhlükəsizliyini təhdid edir və kənd təsərrüfatının dayanıqlılığını zəiflədir. Dünya Meteorologiya Təşkilatı və FAO-nun məlumatına görə, son 30 ildə baş verən təbii fəlakətlər kənd təsərrüfatında təxminən 3,8 trilyon, yəni hər il orta hesabla 123 milyard dollar dəyərində və ya illik qlobal kənd təsərrüfatı ÜDM-nin 5 faizi qədər zərərə səbəb olub. Belə vəziyyət indi də davam edir.

Bu baxımdan, Azərbaycan da istisna deyil. Aqrar Sığorta Fondundan verilən məlumata görə, bu ilin aprelin ortalarından başlayan güclü yağışlar və digər təbiət hadisələrindən dəymiş zərərlə bağlı Aqrar Sığorta Fonduna 30-a yaxın rayondan 120-dən artıq müraciət daxil olub və hazırda yağıntılar kimi, müraciətlər də davam edir. Təbiət hadisələrindən zərərçəkmiş təsərrüfatlar arasında taxıl sahələri, pambıq əkinləri, meyvə bağları və digər təsərrüfatlar var. Daxil olmuş müraciətlər əsasında fermerlərə dəyən ziyanı hesablamaq üçün onlarla müstəqil aqrar sığorta eksperti bölgələrə ezam edilib. Onlar təsərrüfatlarda baş verən hadisələri və zərərlərin səbəbini araşdırır, dəymiş zərərin miqyasının ilkin qiymətləndirməsini həyata keçirirlər.

Məlum olub ki, Xaçmazın Cığatay kəndindəki badam, heyva, nektarin və gilas bağlarına güclü yağış və sel-subasma nəticəsində böyük zərər dəyib. Təsərrüfatdakı ağacların çoxu su altında qalıb. Aqrar Sığorta Fondunun rəhbərliyi bağa baxış keçirib, fermer və təsərrüfat rəhbərləri ilə baş vermiş hadisəni müzakirə edib, fondun ekspertləri təsərrüfat nümayəndələrinə hadisənin zərərlərini azaltmaq üçün tövsiyələrini veriblər. Fond nümayəndələri Xaçmazda şaxta nəticəsində ziyan dəymiş digər meyvə bağında da olublar. Bağa baxış zamanı məlumat verilib ki, mart ayının sonunda bölgədə hava şəraitinin kəskin dəyişməsi nəticəsində temperaturun enməsi baş verib, bəzi ağaclar şaxtaya məruz qalıb. Qeyd edək ki, sözügedən təsərrüfatlar aqrar sığorta mexanizmi ilə sığortalandıqlarına görə, onlara dəyən təsdiqlənmiş zərərlər fond tərəfindən qarşılanacaq.

Yeri gəlmişkən, qeyd edək ki, 2024-cü il ərzində müxtəlif hadisələr nəticəsində zərərlə üzləşmiş fermer və təsərrüfatlara Aqrar Sığorta Fondu tərəfindən 6 milyon 423 min manat məbləğində aqrar sığorta ödənişi edilib. Bu, Aqrar Sığorta Fondunun fəaliyyətə başlamasından sonra qeydə alınan ən böyük illik sığorta ödənişi məbləğidir. Əvvəlki illə müqayisədə aqrar sığorta ödənişləri 2 milyon manat və ya 46 faiz artıb. Xatırladaq ki, 2023-cü ildə fermer və təsərrüfatlara ümumilikdə 4 milyon 407 min manat sığorta ödənişi edilmişdi.


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Dünya birjalarında neft bahalaşıb  

10:22
17 Dekabr

Qazaxıstanda neft hasilatı və ixracı artıb  

09:43
17 Dekabr

Əfv və amnistiya institutları humanizm prinsiplərinin hüquqi ifadəsidir

09:42
17 Dekabr

Keçmiş məcburi köçkün: Xatirələrimizə qayıdırıq  

09:40
17 Dekabr

Xocavənd sakini: Uzun illərdən sonra doğma yurda qayıtmaq böyük xoşbəxtlikdir  

09:37
17 Dekabr

Keçmiş məcburi köçkün: Şükür edirəm ki, yenidən doğma yurduma qayıdıram  

09:36
17 Dekabr

Laçın şəhərinə, Xocavənd rayonun Hadrut və Qırmızı Bazar qəsəbələrinə və Ağdamın Xıdırlı kəndinə köç karvanları yola salınıb  

09:35
17 Dekabr

Arktikada temperatur rekord həddə çatıb  

09:34
17 Dekabr

Azərbaycan və Slovakiya arasında aviasiya sahəsində əməkdaşlığın genişləndirilməsi müzakirə olunub

09:23
17 Dekabr

Sənətkar ömrü

09:10
17 Dekabr

Qəlblərdə yaşayan şair

09:05
17 Dekabr

Aprel zəfərinin Mühüd zirvəsi

09:00
17 Dekabr

Ağcabədi bələdiyyəsi nümunə göstərir

08:55
17 Dekabr

Özü cavan, yaşı qoca Lənkəran

08:50
17 Dekabr

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!