25 İyun 2024 08:55
357
CƏMİYYƏT
A- A+
Şuşa uğrunda döyüşlər xarici mütəxəssislərin yazılarında

Şuşa uğrunda döyüşlər xarici mütəxəssislərin yazılarında

 

Tarixi hadisələr, tarixi döyüşlər heç vaxt unudulmur. Həmişə yazılır, xatırlanır. Şuşanın azad olunması uğrunda gedən döyüşlər də tarixilik qazanıb.
Belə olmasaydı, Şuşa döyüşləri ölkəmizdən kənarda da peşəkarlar tərəfindən öyrənilməz, geniş şərh olunmazdı. Amerikalı mütəxəssislər Müasir Müharibə İnstitutunun saytında institutun Şəhər Müharibəsi araşdırmalarının rəhbəri, layihənin həmmüəllifi Con Spenser və Seton Hall Universitetinin Diplomatiya və Beynəlxalq Münasibətlər Məktəbində beynəlxalq əlaqələr üzrə bakalavr təhsili alan Harşana Qurhunun müəllifləri olduğu "Şuşa uğrunda döyüş və 2020-ci il Dağlıq Qarabağ Müharibəsinin qaçırılan dərsləri" adlı məqalə yazıblar. Məqalədə Şuşa uğrunda gedən döyüşlər, bu döyüşlərdə böyük hünər göstərmiş zabit və əsgərlərimizin qəhrəmanlığından yazılır. Məqaləni nəzərdən keçirdikcə təhlillərin daha çox Azərbaycan Ordusunun üstünlüyü üzərində qurulduğu aydın hiss edilir. amerikalı şərhçilər yazırlar: "2020-ci il Dağlıq Qarabağ müharibəsi kifayət qədər diqqət mərkəzində olub. 6 həftəlik müharibə haqqında edilən şərh və təhlillər döyüşün gələcəyi üçün bir sıra iddialar ortaya qoydu: hərbi kampaniyalarda müharibənin şəhər xarakteri barədə açıq xatırlatmalar təklif etməsi bu müzakirələrdən tamamilə kənarda qalan bir məqamdır. 1988-1994 və 2016-cı illərdə Azərbaycan və Ermənistan arasında müasir dövrdə bölgədə bir neçə böyük döyüş əməliyyatları baş verib. 2020-ci ilin sentyabrında Azərbaycanın torpaqlarının azad edilməsi üçün həyata keçirdiyi əks-həmlə əməliyyatını isə dünya diqqətlə izlədi".
Məqalədə diqqət daha çox Şuşa uğrunda gedən döyüşlərə yönəldilib: "Müharibənin ən vacib döyüşü Şuşa şəhərində baş verdi. Şuşa azad olunduqdan sonra Ermənistan təslim oldu və işğal etdikləri ərazilərdən çıxaraq, məğlub tərəf kimi müqavilə bağladı. Şuşa şəhəri və ətrafdakı on kənddən ibarət olan böyük Şuşa bölgəsi Dağlıq Qarabağın mərkəzində yerləşir. Tez-tez "Azərbaycanın mədəniyyətinin beşiyi" kimi xarakterizə olunan Şuşada Azərbaycan ziyalıları, şairləri və yazıçıları doğulublar. Şuşada məscid və məqbərələr kimi bir çox mühüm mədəni abidələr yerləşir... Şuşa 1992-ci ildə Ermənistan tərəfindən işğal olundu. O zaman ərazidə 23 mindən çox azərbaycanlı olduğu təxmin edilir. Döyüş zamanı və sonra şəhərin çox hissəsi dağıdıldı və Azərbaycan əhalisinin çoxu öldürüldü, qovuldu və ya didərgin salındı". 
Məqalə müəllifləri uğrunda gərgin döyüşlər getmiş Şuşanın gözəlliyini də təsvir edirlər: "Şuşa bölgədəki digər şəhər və rayonların zirvəsində dayanır. Gözəl görünüşü və dağlıq ərazisi işğal olunmuş bütün rayonun nəzarət altında saxlanılması üçün strateji üstünlük verir. Şəhər, həmçinin nəhəng təbii qaladır. Üç tərəfdən, şəhərin kənarlarından hündür qayalar ucalır və şəhərin qərb kənarı boyu şimaldan cənuba yalnız böyük bir yol keçir. 2020-ci il müharibəsi zamanı həm Azərbaycan, həm də Ermənistan üçün, mübaliğəsiz, mədəni əhəmiyyətini və əsas coğrafi üstünlüyünü nəzərə alaraq, Şuşaya nəzarət etmək hər iki tərəfin ən əsas məqsədi idi".
Məqalədə zabit və əsgərlərimizin qəhrəmanlığı da öz əksini tapıb. "Oktyabrın 28-30-da Şuşanı təcrid etmək və şəhərin müdafiəsini pozmaq üçün mövqe tutan 400 nəfərlik Azərbaycanın xüsusi təyinatlı qüvvələri meşələr və yarğanlar arasında güclü müdafiə olunan Laçın dəhlizindən və ətraf kəndlərdən keçiblər. Məlumata görə, onlar şəhərə bir çox istiqamətdən daxil olublar və fərqli hədəflərə yaxınlaşmaq üçün 100 nəfərlik qruplara bölünüblər. Ermənilər Azərbaycan qüvvələrinin əsas yollardan hücum edəcəklərini gözləyirdilər. Lakin əsgərlərin çoxu atəş dəstəyi olmadan ermənilərin qorumadığı dik qayalıqlara dırmaşdılar. Qaranlıq, davam edən Laçın hücumları və müdafiəçilərin uğursuz xəyalları Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin görünməz meşələr və dağlıq ərazilərlə Şuşa müdafiəsini qırmaq üçün qərarlı hərəkətdə olmalarını təmin etdi.
Noyabrın 4-də Azərbaycanın piyada qoşunlarının Şuşanın cənubundakı Daşaltı kəndi yaxınlığında olan yol uğrunda döyüşdükləri barədə xəbərlər gəldi. Həmin günə qədər Azərbaycan silahlı qüvvələri Şuşanın cənubundakı dağ silsiləsini və Şuşanı Laçın şəhərinə bağlayan Laçın dəhlizinin əsas hissələrini də azad etmişdilər. Noyabrın 5-də axşam saatlarında Azərbaycanın xüsusi təyinatlı qüvvələrinin bir qismi əsas yola çatdı və Şuşanın müdafiəsinə kömək etmək istəyənləri təcrid etdilər. Bu, şəhərin ən azı üç əsas istiqamətdən açıq şəkildə mühasirəyə alındığı üçün Şuşaya az miqdarda yardım gələcəyi demək idi. Noyabrın 6-da Azərbaycan qoşunları şəhərin kənarına çatdı...  Noyabrın 7-də ərazini duman bürüdü. Bu, Azərbaycan qüvvələrinin müharibə boyu onlara bu cür üstünlük qazandıran havadan müşahidə və zərbə qurğularının istifadəsini əhəmiyyətli dərəcədə məhdudlaşdırdı. Əks-hücuma baxmayaraq, Azərbaycan qüvvələri öz mövqelərini qorudular. Şuşa meşələrində müdafiə xətti qurdular və üç erməni əks-hücumunu dəf etdilər. Şuşa İcra Hakimiyyətinin binasını ələ keçirərək, erməni qüvvələrini qovmağa başladılar, şəhərdəki binaları və daha geniş əraziləri təmizlədilər. Şuşa uğrunda döyüş sonda binadan-binaya yaxın döyüşə çevrildi.
Noyabrın 8-də Prezident İlham Əliyev xalqa Azərbaycan Ordusunun Şuşanı işğaldan azad etdiyi müjdəsini verdi. Şuşanın azad edilməsi Azərbaycan üçün böyük bir strateji qələbə idi və nəticədə, müharibənin taleyini həll etdi. Şuşa uğrunda gedən döyüş göstərir ki, qələbə üçün geniş təsəvvür və müharibə oyunlarını da əhatə edən müdafiə planlarına sahib olmaq lazımdır".
Şuşa uğrunda gedən döyüşləri həmişə iftixar hissi ilə xatırlayacağıq. Çünki Şuşanın azadlığı naminə aparılan döyüşlər tarixi döyüşlərdir. Ona görə də unudulmur, öyrənilir və gələcəkdə də öyrəniləcək. 

Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

IBA Çempionlar Gecəsi: Azərbaycanın daha iki boksçusu qələbə qazanıb  

00:05
29 Sentyabr

Türkiyənin 2100-cü ilə qədər iqlim modeli hazırlanır  

23:15
28 Sentyabr

Şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib

21:06
28 Sentyabr

Azərbaycanda daha bir maliyyə piramidası şəbəkəsi ifşa edildi 

20:25
28 Sentyabr

“Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb

20:23
28 Sentyabr

Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli olub

19:46
28 Sentyabr

XİN: Peter Stanonun Aİ-nin Ermənistandakı Missiyasının mandatı barədə səsləndirdiyi fikirlər əsassızdır  

19:41
28 Sentyabr

Azərbaycanda torpağın bir kateqoriyadan digərinə keçirilməsi üçün əsaslar müəyyənləşib

19:40
28 Sentyabr

Azərbaycanda torpağın məqsədli təyinatının dəyişdirilməsi üçün əsaslar müəyyənləşib

19:36
28 Sentyabr

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb

18:33
28 Sentyabr

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

18:30
28 Sentyabr

Dünyanın ən yaxşı 10 qapıçısı - SİYAHI

16:57
28 Sentyabr

"Naxçıvan rəhbərliyindən xahiş edirəm ki, komandanı Naxçıvana qaytarsınlar"

16:52
28 Sentyabr

Çadda saxlanılan rusiyalılar azad ediləcək

16:44
28 Sentyabr

Minifutbol üzrə Azərbaycan çempionatı: Birinci turun oyunları bəlli oldu

16:32
28 Sentyabr

Monteneqroda keçirilən AOK-un 44-cü seminarı öz işini başa vurub

16:06
28 Sentyabr

BRICS onlarla dövləti əhatə edəcək - AÇIQLAMA

15:31
28 Sentyabr

Haiti Fransadan təzminat tələb edir

15:30
28 Sentyabr

Dağıstandakı partlayışda ölü sayı artır   

15:03
28 Sentyabr

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti barədə məlumatlandırılıb

15:01
28 Sentyabr

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə təlim keçirilib

14:25
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!