27 Iyul 2024 01:13
293
SİYASƏT
A- A+

Sülh sazişini imzalamağın vaxtı çatıb

 

Azərbaycan və Ermənistan arasında sülh sazişi imzalamağın vaxtı çatıb. Trend Ermənistan KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ-nin Ermənistandakı səfirliyinin yaydığı məlumatda deyilir.

Məlumatda qeyd olunub ki, Ermənistanda səfərdə olan ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono və ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvin Ermənistan rəsmiləri ilə görüşlər keçirdikdən sonra bu cür qənaətə gəlinib.

Görüşlərdə İrəvan və Bakı arasında möhkəm və layiqli sülhün bərqərar olması üzrə fəaliyyət müzakirə olunub. Qeyd edək ki, ABŞ Dövlət Departamentinin Qafqaz danışıqları üzrə baş müşaviri Lui Bono iyulun 25-də yenidən Ermənistana səfər edib.

Məlumata görə, Bono artrıq İrəvanda Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryanla görüşüb. Görüşdə Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması prosesi, eləcə də regiondakı vəziyyət müzakirə olunub.

Xatırladaq ki, Lui Bono sonuncu dəfə iyun ayında regiona səfər edib. 3 iyun 2024-cü ildə Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Lui Bononu qəbul edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video