07 Dekabr 2024 00:21
598
Nazirlər Kabineti
A- A+
“Strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları”nın təsdiq edilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğv edilməsi haqqında

“Strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları”nın təsdiq edilməsi və bununla əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarının ləğv edilməsi haqqında


№ 516


Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI


Azərbaycan Respublikası Konstitusiyasının 119-cu maddəsinin səkkizinci abzasını rəhbər tutaraq, “Dövlət ehtiyatları haqqında” Azərbaycan Respublikasının 2023-cü il 19 dekabr tarixli 1055-VIQ nömrəli Qanununun tətbiqi barədə” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 2 fevral tarixli 2463 nömrəli Fərmanının 2.1.3-cü yarımbəndinin icrasını təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti qərara alır:

1. “Strateji ehtiyatların və bazar iştirakçıları tərəfindən təmin edilən malların nomenklaturaları” təsdiq edilsin (əlavə olunur).

2. “Dövlət Taxıl Fonduna tədarük edilən taxılın həcminin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2012-ci il 18 sentyabr tarixli 206 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2012, № 9, maddə 932 (Cild I) ləğv edilsin.

3. “Ərzaq mallarının və neft məhsullarının azaldılmaz ehtiyatlarının həcmi, nomenklaturu və istifadə qaydası”nın təsdiq edilməsi və “Dövlət ehtiyatının nomenklaturası və yığım həcmlərinin yuxarı həddi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 9 dekabr tarixli 187-11 nömrəli Qərarının ləğv edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 31 oktyabr tarixli 433 nömrəli Qərarı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2020, № 10, maddə 1321 (Cild I) 5-ci hissəsi istisna olmaqla ləğv edilsin.

4. “Tibbi və dərman vasitələri üzrə dövlət ehtiyatlarının həcmi və nomenklaturu”nun təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 15 dekabr tarixli 497 nömrəli Qərarı ləğv edilsin.

5. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Ehtiyatları Agentliyi bu Qərardan irəli gələn məsələləri həll etsinlər.


Əli Əsədov

Azərbaycan Respublikasının Baş naziri


Bakı şəhəri, “ 6 ” “ dekabr ” 2024-cü il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xalq Məclisinin sədri: Azərbaycanlılar Dağıstanda vahid ailə kimi yaşayırlar

18:47
23 Dekabr

Növbəti sosial islahat paketi ümumən 3 milyon insanı əhatə edəcək

18:46
23 Dekabr

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

18:44
23 Dekabr

Xankəndidə ilk dəfə “Qış nağılı” yarmarkası açılacaq

18:44
23 Dekabr

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayevdən

18:42
23 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən

18:42
23 Dekabr

Saatlıda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:41
23 Dekabr

Yeni dişlərin yetişdirilməsinə kömək edən dərmanın testlərinə başlanılıb

18:22
23 Dekabr

İdmanda 2025-ci il üçün qadağan edilmiş maddələrin siyahısı Azərbaycan dilinə tərcümə olunub

18:20
23 Dekabr

Honda və Nissan birləşmək niyyətindədirlər

18:18
23 Dekabr

Hidrogenlə işləyən yük maşını dünya rekordu qırıb

18:17
23 Dekabr

Serbiyanın Baş nazirinə Azərbaycanın yaşıl enerji istehsalı potensialı barədə məlumat verilib  

18:16
23 Dekabr

Ceyhun Bayramov Serbiya Prezidenti ilə görüşündə regional təhlükəsizlik məsələlərini müzakirə edib

18:15
23 Dekabr

Qazaxıstan Respublikasının Prezidenti Kasım-Jomart Tokayevdən

18:14
23 Dekabr

Vyetnamda ilk dəfə metro fəaliyyətə başlayıb

18:09
23 Dekabr

Bakıda Azərbaycan din xadimlərinin Forumu keçirilib YENİLƏNİB

18:08
23 Dekabr

Dövlət Sərhəd Xidməti ilə Türkiyə Respublikasının Quru Qoşunları arasında əməkdaşlıq genişlənəcək  

18:06
23 Dekabr

Qırğız Respublikasının Prezidenti Sadır Japarovdan

18:05
23 Dekabr

Xorvatiya Respublikasının Prezidenti Zoran Milanoviçdən

18:04
23 Dekabr

Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən

18:02
23 Dekabr

Qazaxıstanın nəqliyyat naziri: 2025-ci ildə Ələt limanında terminal tikintisinə başlanılacaq

18:01
23 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!