23 Dekabr 2024 18:17
100
DÜNYA
A- A+
Hidrogenlə işləyən yük maşını dünya rekordu qırıb

Hidrogenlə işləyən yük maşını dünya rekordu qırıb

Ağır yük daşımaları sektoru avtomobil sənayesinin karbon emissiyalarından azad edilməsində kritik əhəmiyyət kəsb edir. Yollarda gördüyümüz yük maşınları ümumi nəqliyyat vasitələrinin yalnız 2 faizini təşkil etsə də, Avropadakı daşınma emissiyalarının 28 faizinin əsas səbəbi kimi önə çıxır. Bu problemin həlli üçün yaxın gələcəkdə 2 əsas texnologiyanın inkişafı gözlənilir. Bunlar batareya ilə işləyən elektrikli yük maşınları və hidrogen yanacağı ilə işləyən yük maşınlarıdır.

Əvvəllər hidrogenin yaxın gələcək üçün ideal həll olacağı düşünülürdü, lakin son illərdə batareya texnologiyasındakı irəliləyişlər və azalan xərclər bu fikri dəyişdi. Lakin son zamanlarda hidrogenlə işləyən yük maşınlarının sınaqları bu texnologiyanın potensialını yenidən gündəmə gətirib. ABŞ-nin “Accelera by Cummins” şirkətinin hidrogen yanacağı ilə işləyən “H2Rescue” adlı yük maşını diqqət mərkəzinə çevrilməyi bacarıb. ABŞ Energetika Nazirliyi və müxtəlif federal qurumların dəstəyi ilə hazırlanan bu prototip tam dolu bir hidrogen yanacağı ilə 2905 km yol qət edərək Ginnesin Rekordlar Kitabına düşüb.

“H2Rescue” Kaliforniyadakı ictimai yollarda saatda 80-88 km sürətlə hərəkət edib. Test zamanı havanın temperaturunun 15-26 dərəcə arasında dəyişdiyi qeyd olunur. 250 kVt (340 at gücü) mühərrikə malik yük maşınının yanacaq çənində ümumilikdə 175 kiloqram hidrogen mövcud olub. Rekordu qırarkən bu yanacağın 168 kiloqramı istifadə olunub. Test müddətində bütün proses Ginnesin Rekordlar Kitabının hakimi tərəfindən yoxlanılaraq təsdiqlənib. Bütün bunlar atmosferə 1 qram belə karbon dioksid buraxılmadan həyata keçirilib. Əgər eyni məsafə dizel yük maşını ilə qət olunsaydı, atmosferə 301 kiloqram karbon dioksid buraxılacaqdı. Bu tip dizel yük maşınlarının ildə təxminən 6900 litr yanacaq sərf etdiyi və 2.5 metrik ton istixana qazı emissiyasına səbəb olduğu təxmin edilir. Prototip olaraq hazırlanmış “H2Rescue” 15 ton ağırlığa malikdir.


 Ülkər XASPOLADOVA,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvlərindən

20:23
23 Dekabr

İsrail Dövlətinin Prezidenti İsxak Hersoqdan

20:22
23 Dekabr

Azərbaycan və Serbiya arasında strateji tərəfdaşlıq münasibətlərinin perspektivləri müzakirə edilib  

20:19
23 Dekabr

Macarıstanın Baş naziri Viktor Orbandan

20:18
23 Dekabr

Türk Dövlətləri Təşkilatının Baş katibi Kubanıçbek Ömüralıyevdən

20:17
23 Dekabr

Azərbaycan-İtaliya əməkdaşlığının genişləndirilməsi yolları müzakirə edilib  

20:16
23 Dekabr

Avrokomissiya İtaliyaya 8,7 milyard avro yardım paketi ayırıb

20:15
23 Dekabr

Gürcüstan portalında “Gürcüstan və Azərbaycan: möhkəm dostluq və əməkdaşlıq əlaqələri” adlı məqalə dərc olunub  

20:14
23 Dekabr

Türkiyə şirkətləri Qazaxıstanda gəmiqayırma zavodu tikməyi planlaşdırır

20:13
23 Dekabr

Xalq Məclisinin sədri: Azərbaycanlılar Dağıstanda vahid ailə kimi yaşayırlar

18:47
23 Dekabr

Növbəti sosial islahat paketi ümumən 3 milyon insanı əhatə edəcək

18:46
23 Dekabr

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmondan

18:44
23 Dekabr

Xankəndidə ilk dəfə “Qış nağılı” yarmarkası açılacaq

18:44
23 Dekabr

Avrasiya İqtisadi Komissiyası Kollegiyasının sədri Bakıtcan Saqintayevdən

18:42
23 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən

18:42
23 Dekabr

Saatlıda keçmiş məcburi köçkünlərin müraciətləri dinlənilib

18:41
23 Dekabr

Yeni dişlərin yetişdirilməsinə kömək edən dərmanın testlərinə başlanılıb

18:22
23 Dekabr

İdmanda 2025-ci il üçün qadağan edilmiş maddələrin siyahısı Azərbaycan dilinə tərcümə olunub

18:20
23 Dekabr

Honda və Nissan birləşmək niyyətindədirlər

18:18
23 Dekabr

Hidrogenlə işləyən yük maşını dünya rekordu qırıb

18:17
23 Dekabr

Serbiyanın Baş nazirinə Azərbaycanın yaşıl enerji istehsalı potensialı barədə məlumat verilib  

18:16
23 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!