SOCAR prezidenti “China Energy International Group Co. Ltd” şirkətinin prezidenti ilə görüşüb
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəf “China Energy International Group Co. Ltd” şirkətinin prezidenti Qiao Xubin ilə görüşüb.
AZƏRTAC SOCAR-ın yaydığı məlumata istinadən xəbər verir ki, görüşdə Azərbaycanın “yaşıl” enerji potensialının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən layihələr, quruda və dənizdə külək enerjisi ilə bağlı potensial imkanlar, həmçinin SOCAR-ın korporativ strategiyası, bu xüsusda enerji keçidi, rəqəmsallaşma və innovasiya sahələrində görülən işlər barədə məlumat verilib.
Görüş çərçivəsində, həmçinin Çinin aparıcı beynəlxalq şirkətlərindən biri olan “China Energy International Group Co. Ltd" şirkətinin dünyanın müxtəlif ölkələrində “yaşıl” enerji və aşağı karbonlu enerji sahəsində çoxşaxəli fəaliyyət göstərdiyi qeyd olunub.
Tərəflər cari ilin iyun ayında SOCAR ilə “China Energy International Group Co.Ltd” şirkəti arasında imzalanan Əməkdaşlığa dair Sazişin əhəmiyyətindən bəhs edib, görüləcək işlər və gələcək hədəfləri nəzərdən keçirib, yaşıl hidrogen daxil olmaqla bərpa olunan enerji mənbələrinin inkişafı, təcrübə mübadiləsinin təşkili, texniki və maliyyə cəhətdən rentabelli layihələrin reallaşdırılması imkanları, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparıblar.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Yeni buz forması kəşf edilib
27 Iyul
Yeni axtarış sistemi işə salınır
27 Iyul
Parlament seçkilər ilə əlaqədar 6 milyon 516 min 567 seçki bülleteni çap ediləcək
27 Iyul
Azərbaycanın güllə atıcısı Paris olimpiadasında 24-cü olub
27 Iyul
Parlament seçkilərində müşahidəçi qismində iştirak etmək üçün indiyədək 2794 nəfər akkreditasiyadan ...
27 Iyul
Gəncədə sənaye müəssisələrinin rəhbərlərilə görüş keçirilib
27 Iyul
Milli Məclisə növbədənkənar seçkilərdə iştirak üçün 1255 nəfər müraciət edib
27 Iyul
Rövzət Qasımov: Ombudsman Aparatı və MSK parlament seçkiləri ilə əlaqədar birgə maarifləndirmə tədbi...
27 Iyul
Sorğu: Almaniyalıların 73 faizi hökumətin işindən narazıdır
27 Iyul
“Paris-2024”: Azərbaycan avarçəkəni 1/4 finala vəsiqə qazanıb
27 Iyul
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Həqiqətə çağırış25 Iyul 2024
![](/uploads/img/posts/2024/07/25/Clip_23jpg-1721862946.jpg)
Uzaqgörənlik24 Iyul 2024
![](/uploads/img/posts/2024/07/24/1 copyjpg-1721771921.jpg)
Azərbaycan iqlim dəyişikliyi ilə mübarizədə qlobal səviyyədə tanınır23 Iyul 2024
![](/uploads/img/posts/2024/07/23/Clip_2jpg-1721686526.jpg)
Azərbaycan Qlobal Cənubla Qlobal Şimal arasında təmasları gücləndirir YENİLƏNİB - 2 VİDEO...21 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/1721480194305007127_1200x630jpg-1721495783.jpg)
Avropanın Azərbaycana ehtiyacı artır20 Iyul 2024
![](/uploads/img/posts/2024/07/20/Clipjpg-1721423683jpg-1721453251.jpg)
Bütün yollar Qarabağa aparır18 Iyul 2024
![](/uploads/img/posts/2024/07/18/Clip_8jpg-1721248442.jpg)
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!