22 Noyabr 2024 08:30
174
İQTİSADİYYAT
A- A+
"SOCAR Green" nümunə göstərir

"SOCAR Green" nümunə göstərir


Şirkət COP29-da bərpaolunan enerji layihələri ilə təmsil edilir


COP29-un "yaşıl zona"sındakı pavilyonların hər biri iqlim konfransının tələblərinə uyğun hazırlanıb. Stendlərdə nümayiş olunan məhsullar təmsilçi şirkətlərin iqlim dəyişmələri ilə mübarizəyə  verdikləri  töhfələrlə xarakterizə olunur. 

29-cu sessiyanın  tərəfdaşlarından olan "SOCAR Green" MMC-nin böyük bir ərazini əhatə edən pavilyonu SOCAR-ın bərpaolunan və təmiz enerjiyə sadiqliyini nümayiş etdirir. "SOCAR Green"in burada tanınmış şirkət və təşkilatlarla həyata keçirdiyi innovativ layihələri, təşəbbüsləri təqdim olunur.

Şirkətin təmsilçisi Elçin Tarıquliyevlə söhbətdən məlum oldu ki, "SOCAR Green" bərpaolunan enerji, "yaşıl hidrogen", geotermal enerji və karbontutma sahələrində əsas layihələri həyata keçirməyi planlaşdırır. Bunların hamısı həm Azərbaycanın, həm də SOCAR-ın 2050-ci ilədək xalis sıfır emissiya hədəflərinə nail olmasına kömək etmək, dayanıqlı inkişafı təşviq etmək məqsədi daşıyır. Şirkət 2030-cu ilə kimi məşəl qazlarını sıfıra salmağı da hədəfə alıb. Sonrakı 5 ildə isə məqsəd şirkətin ümumi emissiyalarını 20 faiz azaltmaqdır.  Ümumilikdə  SOCAR-ın əsas hədəflərindən biri neft-qaz istehsalçısı olmaqdan daha çox "yaşıl enerji" şirkətinə çevrilərək qlobal bazarda öz sözünü deməkdir.

Xatırladaq ki,  "SOCAR Green" SOCAR-ın  dekarbonizasiya sisteminin bir parçası olan  törəmə şirkətidir.  Qurum  Prezident İlham Əliyevin "Yaşıl dünya naminə həmrəylik ili" haqqında verdiyi sərəncamdan irəli gələn tapşırıqlar çərçivəsində cari  ilin mart ayında təsis olunub. Məqsədi Azərbaycanda və kənarda "yaşıl enerji" layihələrinin həyata keçirilməsinə töhfə verməkdir. Həmsöhbətimiz  "SOCAR Green"in beynəlxalq əlaqələri haqqında fikirlərini belə davam etdirdi: "MMC Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti ilə birgə  1000 meqavatlıq "Meqa" layihəsinin ilkin mərhələsində quruda 1 qiqavat gücündə külək və günəş enerjisi, BP şirkəti ilə birgə "Şəfəq" layihəsi çərçivəsində Cəbrayıl rayonunda 240 meqavat gücündə günəş enerjisi layihələrinin icrasına başlayıb. Həmçinin "ACWA Power", "Masdar" və "Energy China" şirkətləri ilə birgə Naxçıvan Muxtar Respublikasında günəş və külək enerjisi layihələrinin icrası nəzərdə tutulur. Qeyd edim ki, bu nüfuzlu şirkətlərlə əməkdaşlıq   "yaşıl enerji", dekarbonizasiya və aşağı karbonlu layihələrin Azərbaycanda və xaricdə həyata keçirilməsində, SOCAR üçün yeni biznes imkanlarının yaradılmasında, bu sahələrdə kadr bazasının formalaşdırılmasında və mövcud potensialın gücləndirilməsində, həmçinin "xalis sıfır" emissiya hədəflərinə çatmasında öz müsbət töhfəsini verəcək". 

Söhbət zamanı o da məlum oldu ki, "SOCAR Green"in COP29-da təqdim etdiyi layihələrdən biri Biləsuvarda 445 və Abşeronda 245 meqavatlıq külək, digəri isə Neftçalada 323 meqavat gücündə günəş enerjisi stansiyalarının tikintisidir. Bu sıraya şirkətin Füzuli rayonunda inşa etməyi planlaşdırdığı günəş- elektrik stansiyasını da əlavə etsək, mənzərə aydın olur. 

Pavilyonda  nümayiş olunan və hər kəsin diqqətini çəkən avtomobil haqqında sualımızı da cavablandıran Elçin Tarıquliyev dedi: " Gördüyünüz bu avtomobil "Azəriqaz" İstehsalat Birliyinin İtaliyanın "İtalqaz" şirkəti ilə yeni ortaq layihəsidir. Yeraltı boru kəmərində baş verən metan qazının sızması avtomobildə yerləşdirilmiş sensorlar vasitəsilə müəyyən olunur. Avtomobil hərəkətdə olanda sensor havanın tərkibini analiz edir, qaz aşkarlanarsa sürücünün yanındakı ekranda bu barədə məlumat görünür və texniki heyət dərhal müəyyən olunmuş ərazidəki qaz sızmasını  aradan qaldırır. Yeri gəlmişkən, daha bir yeniliyi də deyim. Bu, dron texnologiysı ilə bağlıdır. Qaz sızmalarının müəyyən olunmasında təkcə bu avtomobildən deyil, həm də dronlardan istifadə edilir. Baca qazlarının analizini məhz həmin dron yerinə yetirir. Obyektlərin təhlükəsizliyində də bəzi dronlar böyük rol oynayır. Təhlükə hiss olunan ərazidə dron birbaşa boru kəmərinə, ya da  qaz anbarlarına girib sızmanın hansı nöqtədə baş verdiyini müəyyənləşdirir. Dronlar insan həyatına təhlükə yarada biləcək digər vəziyyətlərdən də xəbər verir".

Həmsöhbətimiz COP29 çərçivəsində "SOCAR Green" və "PowerChina" şirkətləri arasında imzalanan  Anlaşma Memorandumundan da danışdı. Dedi ki, bu sənəd Azərbaycanda bərpaolunan enerji layihələrinin inkişafında birgə imkanların araşdırılması məqsədini daşıyır, günəş və külək elektrik stansiyalarının inşası, inteqrasiya olunmuş "ağıllı enerji" sistemləri, "yaşıl hidrogen" istehsalı ilə bağlı layihələrin qiymətləndirilməsi və sərmayə qoyuluşunda birgə səyləri nəzərdə tutur.


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Günəşin ən detallı görüntüləri təqdim edilib

18:21
22 Noyabr

İsveç uzaqmənzilli raket istehsalı üçün Kiyevə 2,25 milyard dollar ayıracaq  

18:13
22 Noyabr

Fransada nəqliyyat problemləri davam edir  

17:57
22 Noyabr

Prezident İlham Əliyev: Azərbaycan Cənubi Qafqazda dayanıqlı sülh üçün əlverişli şərait yaradıb  

17:49
22 Noyabr

Monqolustanlı bank sədri: Mən buradakı pavilyonların müxtəlifliyinə, bolluğuna və rəngarəngliyinə heyranam  

17:44
22 Noyabr

V. Orban növbəti iki ayı dünya üçün ən təhlükəli dövr adlandırıb  

17:39
22 Noyabr

Pakistanda avtomobil karvanına silahlı hücum nəticəsində ölənlərin sayı 42-yə çatıb  

17:29
22 Noyabr

Türkiyənin Millətlər Liqasındakı rəqibi Macarıstan oldu  

17:21
22 Noyabr

Azərbaycan Prezidenti: Əminəm ki, ICAPP 12-ci Baş Assambleyasında müzakirələr səmərəli əməkdaşlığa yol açacaq  

17:16
22 Noyabr

UEFA Millətlər Liqasında pley-off mərhələsinin püşkü atılıb  

17:10
22 Noyabr

Tələbə tərəfindən hazırlanan raket 20 illik rekordu qırıb

17:03
22 Noyabr

Yaponiya hökuməti 141,7 milyard dollar dəyərində iqtisadi stimullaşdırmanı təsdiqləyib  

17:03
22 Noyabr

Prezident İlham Əliyev: ICAPP özünü nüfuzlu və perspektivli əməkdaşlıq platforması kimi təsdiqləyib  

16:47
22 Noyabr

İşğaldan azad olunmuş ərazilərə avtobus reyslərinə dekabr ayı üçün biletlər satışa çıxarılacaq  

16:44
22 Noyabr

Qazaxın 4 kəndində sərhəd xidmətinin yeni bölmələri yaradılacaq  

16:43
22 Noyabr

Asiya Siyasi Partiyaları Beynəlxalq Konfransı 12-ci Baş Assambleyasının iştirakçılarına  

16:41
22 Noyabr

Xarici təşkilatın təmsilçisi: COP29-da maliyyə razılaşmalarının həll olunmasını gözləyirəm  

16:40
22 Noyabr

YAP Sədrinin müavini ICAPP-ın 12-ci Baş Assambleyasında iştirak edib  

16:39
22 Noyabr

Türkiyədə Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib  

16:05
22 Noyabr

Çinli müşahidəçi: COP29-da bəzi liderlər “ağıllı şəhər” layihələrindən danışdılar, bu, yaxşı fikirdir  

16:00
22 Noyabr

Azərbaycan və Ukrayna ekologiya sahəsində əməkdaşlığı dərinləşdirir

15:59
22 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!