25 Avqust 2023 10:25
11412
Oxucu məktubları
A- A+

Səyyar görüşlərdən razıyıq

 

25 ildən çoxdur Abşeron rayonunda yaşayıram. Əvvəllər bizim Saray qəsəbəsində mütləq nəsə çatışmazdı. Qazımız gələndə işığımız olmazdı, işığımız yananda suyumuz kəsilərdi. 
Son illər isə qəsəbədə sosial sahədə xeyli iş görülüb. Küçələrimiz abadlaşıb, səkilər salınıb. Bəzi küçələrə işıqforlar da quraşdırılıb. 
Qəsəbədə hər ay rayon rəhbərliyi ilə görüş keçirilir. Həmin görüşlərdə qarşılaşdığımız çətinlikləri rəhbərliyə bildiririk. İnsafən, çoxu da həll olunur.
Biz sudan çox əziyyət çəkmişik. Xüsusən də yay aylarında. Odur ki, suyu maşınlarla gətirdirdik. İndi problemimiz  həll edilib. Su doğrudan həyatdır. Bizə bu həyatı qaytaranlara "sağ ol" deyirik. 

Nəcəfqulu MƏMMƏDOV,
Abşeron rayonunun Saray qəsəbə sakini

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video