Səyahət bələdçiləri 2025-ci ilin ən maraqlı ölkələrini sadalayıblar. Siyahıda birinci yerdə Kamerundur. Turistlər nadir heyvanların yaşadığı və ekzotik bitkilərin olduğu geniş çimərlikləri, balıqçı kəndlərini və tropik meşələri seyr edə bilərlər. Bu ölkədə gəzməli yerlər arasında mütəxəssislər okeana axan mənzərəli şəlaləni xüsusilə vurğulayırlar. Paytaxt Yaundedə siz Afrika modernizmi üslubunda olan memarlıq strukturlarına heyran ola və yerli klublarda istirahət edə bilərsiniz.
İkinci yerdə Baltik sahillərinin qum təpələri və şam meşələri olan Litvadır. Palanqa və “Curonian Spit” çimərlikləri günəşin qürubunu seyr etmək və kəhrəba axtarışında qumda gəzmək üçün əladır. 2025-ci ildə Avropanın Yaşıl Paytaxtı elan edilən Vilnüsdə qədim kilsələri, Trakayda isə orta əsr qalasını görmək xoşunuza gələcək.
Sakit okeanda 332 adadan ibarət arxipelaq olan Fici üçüncü yerdədir. Burada mərcan riflərində dalğıclıq və şnorkellə üzgüçülük etmək, tropik meşələrdə gəzintiyə çıxmaq, yerli zirvələrə qalxmaq, çimərliklərdə dincəlmək və tropik təbiətə heyran olmaq mümkündür.
Laos da 2025-ci il üçün ən maraqlı yerlərin beşliyinə daxil edilib. Vyentyan çoxlu sayda gözəl buddist məbədlərinə ev sahibliyi edir, Khammuan əyaləti dünyanın ən uzun çay mağaralarından birində qayıqla gəzinti yeridir və Pakse qəhvə plantasiyalarına və şəlalələrə heyran olmaq üçün Bolaven yaylasına qalxmaq turistlər üçün əla imkandır.
Qazaxıstan bu qeyri-adi TOP-5-in sonuncu istiqamətidir. Bu ölkə çox xoş səyahət yeri adlanır. Orada dağlarda gəzintiyə çıxa, yarğanların “mahnılarını” dinləyə, Astananın ultra müasir memarlığını seyr edə və unikal yerli mətbəxlə tanış ola bilərsiniz.
Siyahıda, həmçinin ekzotik mənzərələri ilə insanı heyran edən, canlı festivalları və orijinal mətbəxi ilə diqqəti çəkən Paraqvay da var. Ölkənin qonaqları tropik meşələri araşdırır, fışqıran şəlalələrə heyran qalır, tarixi abidələri və paytaxtın müstəmləkə memarlığını öyrənirlər.
Trinidad və Tobaqo ölkəsi Karib dənizindəki iki adadır və möhtəşəm çimərlikləri, geniş çeşidli su idman növləri və ekzotik ada mətbəxi səbəbindən bu məkanı 2025-ci ildə ziyarət etmək tövsiyə olunur. Əsas mədəni hadisə martın əvvəlində keçirilən karnavaldır.
Vanuatu Sakit okeanın ortasında yerləşən kiçik bir ada ölkəsidir. Orada turistlər Yasur vulkanını görmək, “Blue Lagoon” çimərliyində dincəlmək, Mele şəlalələrinin gücünə heyran olmaq, suya dalmaq və üzgüçülüklə məşğul olmaqda maraqlı olacaqlar.
Slovakiya ekskursiya və ekoturizm həvəskarları üçün əla məkandır. Burada dağlarda gəzintiyə çıxa, mağaralara enə, meşələri gəzə, həmçinin rahat şəhərləri və qədim qalaları kəşf edə bilərsiniz. Termal bulaqları ilə məşhur olduğu üçün bu ölkədə sağlamlıq turizmi də mümkündür.
Ülkər XASPOLADOVA,
“Azərbaycan”