16 Oktyabr 2026 09:10
559
Mədəniyyət
A- A+
Sənətə sədaqətin əbədi mükafatı

Sənətə sədaqətin əbədi mükafatı


Sənətkarın ən böyük mənəvi qazancı unudulmazlıqdır. Azərbaycan teatr və kino sənətinin görkəmli nümayəndəsi, Xalq artisti Nəcibə Məlikova da səhnə və ekran ömrü verdiyi rolları ilə bu unudulmazlığı qazanan sənətkarlardandır.  

1921-ci il oktyabrın 25-də Bakının Buzovna kəndində dünyaya gələn Nəcibə dörd bacının ən kiçiyi, Haşım bəy Sağiblə Xoşsima xanımın sonbeşiyi olub. Atası Bakının varlı adamlarından biri, xeyriyyəçi idi. Hələ XX əsrin əvvəllərindən Bakıda maarifpərvər ziyalı, şair, jurnalist və publisist kimi tanınan Haşım bəy Sağib "Yeni yol", "Maarif və mədəniyyət" və başqa qəzet və jurnallarda çıxış edib. Şeirləri Bakı şairlərinin əsərləri sırasında almanaxlarda verilib, kitabları çap olunub. Anası Xoşsima xanım da dövrünün maarifpərvər qadınlarından idi. Xoşsima xanımın qardaşı Ruhulla Axundov publisist, alim olub, məsul vəzifələrdə çalışıb.

Nəcibə xanımın atası Haşım bəy 1931-ci ildə qəflətən vəfat edib. Amma onların dərdi bununla bitməyib. Sovet hökumətinin 1930-cu illərdə başladığı repressiya dəhşətli bəlaya çevrilərək çox ailəyə faciələr gətirib. Nəcibə Məlikovanın dayısı Ruhulla Axundov da həbs edilib. 1938-ci ilin aprelində SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyasının hökmü ilə güllələnib. Dayısına qarşı ittihamlar Nəcibə xanımgilin də böyük çətinliklərlə, maneələrlə üzləşməsinə səbəb olub. Ancaq o, həyəcan, təşviş dolu günlərində də təhsil almağa, arzularını həyata keçirməyə səy göstərib.

O illər Nəcibə xanım başqa arzu ilə yaşayırdı. Uşaqlıqdan həkim olmaq istəyirdi. Lakin "xalq düşməni"nin bacısı qızı olması Tibb İnstitutunda oxumaq arzusunun qarşısına sədd çəkib.

Nəcibə Məlikova orta məktəbi başa vurduqdan sonra bir müddət stenoqrafçı işləyib. Məcburiyyət qarşısında qalıb sənədlərini Bakı Teatr Məktəbinə verəndə taleyini ömürlük aktirisalığa bağlayacağını düşünməyib.

O, 1940-1943-cü illərdə Bakı Teatr Məktəbində görkəmli sənətkar, Xalq artisti Fatma Qədrinin sinfində təhsil alır. Aktrisalıq sənətinə də həmin illər könül verir. Bakı Teatr Məktəbini bitirən Nəcibə Gəncə Dövlət Dram Teatrında işləməyə başlayır. Teatr sənətində ilk addımlarını atır, tamaşaçı rəğbəti, alqışları qazanmağın şirinliyini duyur, dəyərini anlayır. Taleyi Nəcibə xanımın qarşısına ilk və son məhəbbətini də Gəncə şəhərində çıxarır.

Teatrda tanıdığı Nəsrəddin Həsənov Gəncənin tanınmış adamlarından idi. O, aktrisanı tamaşaların birində görüb vurulmuşdu. sonra ailə qurublar. Bu evlilikdən  oğulları dünyaya gəlib. Ancaq ailənin xoşbəxt günləri uzun sürməyib. Həyat yoldaşı bir gün ona başqası ilə evləndiyini deyib. Nəcibə Məlikova susub. Oğlunu da götürüb Bakıya dönüb. Çox keçməyib ki, Nəsrəddin Həsənov 30 yaşında faciəli şəkildə dünyasını dəyişib. 29 yaşlı Nəcibə Məlikova isə ailə qurmayıb. Həyatını oğluna və sənətinə həsr edib.

O, Akademik Milli Dram Teatrının tamaşalarında hələ Bakı Teatr Məktəbinin tələbəsi ikən kiçik rollar oynamışdı. Həmin teatrda 1952-ci ildən film çəkilişləri ilə əlaqədar kiçik fasilələrlə çalışmışdır. K.Qoldoninin "Mehmanxana sahibəsi" komediyasında Mirandolina Akademik Milli Dram Teatrında ilk rolu olub. Sonralar aktrisa "Şeyx Sənan"da Xumar, "Səyavuş"da Firəngiz, "Pəri cadu"da Şamama cadu, "Aydın"da Böyükxanım, "1905-ci ildə"də Sona, "Sevil"də Edilya, "Həyat"da Atlas, "Kəndçi qızı"nda Ayxanım, "Büllur sarayda"da Qönçə, "Qəribə oğlan"da Məlahət, "Əks-səda"da Zərifə, "Mirzə Şəfi Vazeh"də Zübeydə, "Vaqif"də Xuraman, "Əliqulu evlənir"də Yasəmən, "Küləklər"də Firuzə, "Əcəb işə düşdük"də Məlahət, "Lənkəran xanının vəziri"ndə Şölə xanım və Ziba xanım, "Müsyö Æordan və dərviş Məstəli şah"da Şəhrəbanu, "Cehizsiz qız"da Oqudalova, "Kimdir müqəssir?"də Korinkina, "Zikovlar"da Sofiya İvanovna, "Türkiyədə"də Nazir qızı, "Məzəli hadisə"də Marianna, "Namus"da Süsənbər, "Orlean qızı"nda Aqnessa, "Sevilya ulduzu"nda Estrelya rollarında səhnəyə çıxıb. Bu teatrın səhnəsində onun yaradıcılıq imkanları üzə çıxıb, aktirisalıq məharəti və obrazların daxili aləmini açmaq bacarığı sənətsevərlərin diqqətini cəlb edib. Aktrisa ona həvalə edilən hər bir rolun xarakterini, düşüncə tərzini, daxili ziddiyyətlərini və mənəvi aləmini incəliklə açmağa çalışıb. Odur ki, tamaşaçılar  Nəcibə Məlikovanın ifa etdiyi qəhrəmanların sevincinə də, kədərinə də biganə qalmırdılar.

Nəcibə Məlikovanı geniş tamaşaçı kütləsinə tanınmasında və daha da şöhrətlənməsində kino sənətindəki fəaliyyətinin müstəsna rolu olub. Onun kino yaradıcılığı milli kinematoqrafiyamızın yaddaqalan səhifələrindəndir. Aktrisanın filmlərdə yaratdığı obrazlar səmimiliyi, inandırıcılığı və insani keyfiyyətləri ilə seçilir. "Ögey ana"da Dilarə, "Aygün"də Aygün, "Arşın mal alan"da Cahan xala, "Əhməd haradadır?"da Nərgiz xala və başqa rolları  aktrisaya tamaşaçıların sevgisini qazandırıb. Ekran ömrü verdiyi hər bir rol Nəcibə Məlikovanın istedadını, aktyorluq imkanlarının müxtəlif cəhətlərini üzə çıxarıb. Onun ayrı-ayrı filmlərdə canlandırdığı obrazlar mənəvi saflıq, həssaslıq, mənəvi gücün tükənməzliyini və insanlara inam aşılayır. Bu qəhrəmanlar bəzən həyatın ağır sınaqları qarşısında qalır, bəzən tərəddüd edir, amma insanlıq duyğularını qoruyub saxlayırlar.

Görkəmli sənətkarın uzun illər Azərbaycan teatr və kino sənətinə göstərdiyi xidmətlər, yaradıcılıq uğurları yüksək qiymətləndirilib. O, 1959-cu ildə Əməkdar artist, 1974-cü ildə isə Xalq artisti fəxri adlarına layiq görülüb.

Uzun illər şəkər xəstəliyindən əziyyət çəkən aktirisa 1992-ci il iyulun 27-də Bakıda vəfat edib.

Bir vaxtlar məcburiyyət qarşısında qalaraq seçdiyi, sonradan ürəkdən bağlandığı və ömrünü həsr etdiyi teatr və kino sənəti Nəcibə Məlikovanın sevgisini, əməyini və sədaqətini cavabsız qoymayıb. Onun adını Azərbaycan incəsənəti tarixinə həkk edib.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO  

22:23
18 Oktyabr

Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub  

21:11
18 Oktyabr

Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram

19:55
18 Oktyabr

Tramp Netanyahuya növbəti seçkilərdə tam dəstəyini elan edib

19:27
18 Oktyabr

Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib

19:07
18 Oktyabr

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

18:34
18 Oktyabr

Milli Məclisin sədri Qırğız Respublikasına səfər edib

18:03
18 Oktyabr

Türkiyə partiyasının lideri: Azərbaycanin müstəqilliyi bütün Türk dünyasının qürur mənbəyidir

17:46
18 Oktyabr

Türkiyəli rəsmilər Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərini çatdırıblar

17:19
18 Oktyabr

İDMAN Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb

17:01
18 Oktyabr

Türkiyə Prezidenti Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib

16:41
18 Oktyabr

“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar

16:21
18 Oktyabr

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub

15:57
18 Oktyabr

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

14:41
18 Oktyabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

14:38
18 Oktyabr

Sabahın hava proqnozu açıqlanıb

13:21
18 Oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

13:01
18 Oktyabr

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb  

12:40
18 Oktyabr

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb  

11:47
18 Oktyabr

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var 

11:22
18 Oktyabr

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir  

09:31
18 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!