17 Oktyabr 2026 12:33
1329
Mədəniyyət
A- A+
Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb  

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb  


Müasir İncəsənət Muzeyində rəssam Anar Hüseynzadənin “O” adlı fərdi sərgisinin açılış mərasimi olub.

AZƏRTAC xəbər verir ki, tədbirdə Alyona Əliyeva və Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov iştirak ediblər.

Müasir İncəsənət Muzeyinin müdiri Rəna Məmmədova sərginin əhəmiyyətindən danışaraq ekspozisiyada nümayiş olunan əsərlərin rəssamın təbiətə, dünyaya, insanın yaradılışına və varoluşuna dair düşüncələrini əks etdirdiyini qeyd edib. Bildirib ki, əsərlər tamaşaçılara sərbəst düşünmək, fərqli yanaşmalar formalaşdırmaq və öz yozumlarını yaratmaq imkanı verir.

Rəssam Anar Hüseynzadə çıxışında yaradıcılıq prosesinin mahiyyəti və insanın axtarışları barədə düşüncələrini bölüşüb. Bildirib ki, yaradıcı insan daim axtarışdadır. Hər kəsin öz axtarışı var: kimisi Tanrını, kimisi sevgini, kimisi isə əyləncəni axtarır. Rəssamın sözlərinə görə, əsas məsələ axtardığını tapmaq deyil, axtarış prosesinin özüdür. O, təqdim etdiyi əsərlərin də yaradıcılıq axtarışlarının ifadəsi olduğunu vurğulayıb.

Sərginin kuratoru Fəridə Əliyeva sərginin konsepsiyası və “O” anlayışının fəlsəfi mahiyyəti haqqında danışıb. Diqqətə çatdırılıb ki, bu anlayış konkret varlığı deyil, insanın əsrlər boyu axtardığı həqiqət və mənəvi anlamı simvolizə edir. Sərginin hazırlanmasında əsas məqsəd əsərlər arasında məna və fikir bütövlüyü yaratmaqdır.

Sərgidə nümayiş olunan fiqurativ rəngkarlıq nümunələri və portretlər insanın daxili dünyası haqqında düşüncələri əks etdirir. Ekspozisiyanın əsasını təşkil edən “O” anlayışı görünən və görünməyən aləmlər arasındakı əlaqəni simvolizə edir. Ədəbiyyat, tarix, əfsanələr və dini-fəlsəfi ənənələrdən ilhamlanan əsərlər insanın mənəvi axtarışlarına həsr olunub. Rəssam “O” anlayışını insanın yaxınlaşmağa çalışdığı həqiqətin ifadəsi kimi təqdim edir. Sərgi tamaşaçıları bu mövzu ətrafında düşünməyə və əsərləri öz baxışları əsasında dəyərləndirməyə dəvət edir.

Qeyd edək ki, Anar Hüseynzadənin yaradıcılığı müxtəlif mövzu və obrazlar vasitəsilə insan, yaddaş, mənəvi axtarış və varlıq məsələlərinə müraciət edir. Rəssamın əsərləri Azərbaycanla yanaşı, Böyük Britaniya, Fransa, Almaniya, İsveçrə, Avstriya, Lüksemburq, Norveç, Türkiyə, ABŞ, Kanada və Avstraliya da daxil olmaqla müxtəlif ölkələrdə şəxsi və dövlət kolleksiyalarında yer alır

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb VİDEO  

22:23
18 Oktyabr

Azərbaycan Premyer Liqasında VIII tura yekun vurulub  

21:11
18 Oktyabr

Burhanettin Duran: Sarsılmaz qardaşlıq bağlarına sahib olduğumuz Azərbaycana firavanlıq arzulayıram

19:55
18 Oktyabr

Tramp Netanyahuya növbəti seçkilərdə tam dəstəyini elan edib

19:27
18 Oktyabr

Ermənistanın Azərbaycana qarşı mina müharibəsi bu dəfə Romada fotofaktlarla nümayiş etdirilib

19:07
18 Oktyabr

Azərbaycan gimnastı Dünya Kubokunda qızıl medal qazanıb

18:34
18 Oktyabr

Milli Məclisin sədri Qırğız Respublikasına səfər edib

18:03
18 Oktyabr

Türkiyə partiyasının lideri: Azərbaycanin müstəqilliyi bütün Türk dünyasının qürur mənbəyidir

17:46
18 Oktyabr

Türkiyəli rəsmilər Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə təbriklərini çatdırıblar

17:19
18 Oktyabr

İDMAN Azərbaycan sumoçusu Bakıda keçirilən dünya çempionatında qızıl medal qazanıb

17:01
18 Oktyabr

Türkiyə Prezidenti Azərbaycanı Müstəqilliyin Bərpası Günü ilə əlaqədar təbrik edib

16:41
18 Oktyabr

“Şahinlərin Görüşü - 2026” təliminin iştirakçıları Hərbi Qənimətlər Parkında olublar

16:21
18 Oktyabr

Bakıda sumo üzrə dünya çempionatının açılışı olub

15:57
18 Oktyabr

Dolu düşəcək, çaylardan sel keçəcək - XƏBƏRDARLIQ

14:41
18 Oktyabr

Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib

14:38
18 Oktyabr

Sabahın hava proqnozu açıqlanıb

13:21
18 Oktyabr

Türkiyədə Azərbaycanın ünvanına təbriklər göndərilir

13:01
18 Oktyabr

Azərbaycan və Özbəkistan həmkarlar ittifaqları arasında əməkdaşlıq haqqında Memorandum imzalanıb  

12:40
18 Oktyabr

Fransada iğtişaşlar zamanı 855 nəfər saxlanılıb  

11:47
18 Oktyabr

Sankt-Peterburqa dron hücumu nəticəsində bir nəfər ölüb, xəsarət alanlar var 

11:22
18 Oktyabr

Azərbaycan dövlət müstəqilliyinin bərpasının 35-ci ildönümünü qeyd edir  

09:31
18 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!