20 İyun 2025 09:20
1567
Mədəniyyət
A- A+
Səhnəmizin "Qoçu Əsgər"i

Səhnəmizin "Qoçu Əsgər"i


O, yaratdığı obrazlara əbədiyaşarlıq ömrü verən əsl sənətkar, bənzərsiz səhnə ustası idi. İfa etdiyi bütün rollar qısa müddətdə məşhurlaşaraq tamaşaçıların sevimlisi olurdu. Yaratdığı obrazları ondan sonra ifa etmək mümkün deyil. Hər bir obraza sanki öz möhürünü vurub. 

Görkəmli teatr və kino aktyoru, canlandırdığı obrazlarla mədəniyyət tariximizi zənginləşdirən aktyorlardan biri, səhnəmizin "Qoçu Əsgər"i Möhsün (Sənani)  Sadıq oğlu Cəfərovdan bəhs edirik. O, 1900-cü il iyunun 19-da  Tiflisin "Şeytanbazar" məhəlləsində  anadan olub. Atası Sadıq kişi rozəxanlıq edərmiş. Möhsün Sənani kiçik yaşlarında ata-anasını itirdiyi üçün nənəsinin himayəsində böyüyüb. Nənəsinin arzusu onu gələcəkdə atası kimi mərsiyəxan görmək idi. Elə bu məqsədlə də onu ruhani təhsili almaq üçün 1906-cı ildə mədrəsəyə qoyur. 

Dörd-beş yaşlarında valideynlərinin itirən Möhsün Sənaninin nənəsi də 1908-ci ildə vəfat edir. Həyatın acılarını çiynində daşıyan gələcək aktyoru xalası molla Zinyət öz himayəsinə götürür. Sonralar o, uşaqlıq illərini xatırlayarkən həmişə xalası Molla Zinyətin Möhsünü öz uşaqlarından çox istədiyini deyərdi. Xatırladaq ki, Molla Zinyət Azərbaycanın Xalq artisti Əli Qurbanovun anasıdır. Zinyət xanımın özünün ailə üzvlərinin çox olmasına, maddi vəziyyətinin heç də  yaxşı olmamasına  baxmayaraq, Möhsünə və  bacısına öz  doğma övladı kimi baxırdı. Möhsünün yaşı az olsa da, xalasına yük olduğunu düşünüb bundan xəcalət çəkir, ailəyə kömək etmək üçün çıxış yolu axtarırdı. Odur ki, 1909-cu ildən işləməli olur. Möhsünü bir gürcü dostunun atası tramvay parkında işə düzəldir. O, aldığı maaşla özünü, bacısını təmin etməklə yanaşı, xalasına da kömək edib ailənin vəziyyətini yüngülləşdirir.

Mərhum aktyorun qızı Bakı Dövlət Universitetinin rus dili müəllimi Gülər xanım atasının uşaqlıq illərindən danışarkən demişdir: "O, "Şeytanbazar"da hər cür əzab-əziyyətə və böyük zəhmətə qatlaşıb. Uşaq olanda valideynlərini itirən atamı və bibimi xalası saxlayıb. Atam 15 yaşına qədər Tiflisdə yaşayıb, hamballıq edib, konduktor işləyib, zirvəyə çatana qədər min əzabdan keçib". 

Yeniyetməlik yaşlarından səhnəyə maraq göstərən Möhsün Sənani yerli teatrların və Tiflisə qastrola gələn artistlərin tamaşalarını böyük həvəslə izləyirdi. O zaman  dərvişlər meydanlarda xoş avazla oxuyarmışlar. Bu zaman Möhsün Sənani onları heyranlıqla dinləyər, sonra da  təqlid edərmiş. 

İlk dəfə 1911-ci ildə aktyor böyük izdiham qarşısında çıxış edir. Bənzərsiz istedadı ona ilk çıxışı zamanı dinləyicilərin qəlbinə yol tapmaq imkanı qazandırır. Beləliklə, Möhsün Sənani 1912-ci ildə kiçik həvəskarlar dərnəyinə qoşulur və bu dərnəkdə birpərdəli səhnələrdə müxtəlif rolları canlandırır. Möhsünün ilk rejissoru Tiflis müsəlman artistləri dəstəsinin komik aktyoru Mirzəxan Quliyev olub. Mirzəxan Quliyev və Möhsün Sənaninin canlandırdığı obrazlara tamaşa edən, Tiflis teatrında çalışan Mirzəli Abbasov, Mustafa Mərdanov, İbrahim İsfahanlı kimi görkəmli aktyorlar onun istedadına ümid edirlər. Böyük sənətkarların ona olan inamını hiss edən Möhsün Sənaninin səhnəyə olan marağı daha da artır. Möhsün Sənanini xalqa sevdirən onun bənzərsiz sənətkarlığı, fitri istedadı, qayğıkeş olması idi. M.Sənani aktyora çox vacib olan oxumaq, oynamaq, musiqi alətlərində ifa etmək bacarığına malik sənətkar idi.

Artıq 1915-ci ildə M.Sənani Tiflis truppasına cəlb edilir. Həmin ildə Hüseyn Ərəblinskinin iştirakı ilə hazırlanmış "Kaveyi-Ahəngər" tamaşasında Möhsünə dəmirçi Kavənin oğlunun rolunu tapşırırlar. O, bu rolu çox böyük ustalıqla ifa edir. Vəziyyətinin ağırlığına, maddi ehtiyac içərisində yaşamasına baxmayaraq, bütün işlərdən əl çəkib aktyorluqla məşğul olmağa başlayır. Bu dövrdə Tiflis teatrı truppasında çox məşhur sənətkarlar fəaliyyət göstərirdi. Onların sırasında Mirzəli Abbasov, Mirzəxan Quliyev, Əşrəf Yüzbaşıyev, Mirseyfəddin Kirmanşahlı, İbrahim İsfahanlı, Tərlan xanım, Əli Əskərov, Həsən Səbri, Paşa Mahmudov, Kaftaradze, Panfiliya Tanailidi, Əli Qurbanov və adlarını çəkmədiyimiz digər sənətkarlar var idi. Möhsün Sənani onların arasında ən gənc aktyor idi. İlk rollarından o, elə bir etimad qazanmışdı ki, gənc olmasına baxmayaraq, az bir zamanda Vəli ("Arşın mal alan"), Hambal ("Məşədi İbad"), Rzaqulu ("Nadir Şah"), Kasio ("Otello") kimi məsul rolları yaratmaq ona tapşırılır. Elə bu rollar da ona bacarıqlı, işinin peşəkarı kimi qısa zamanda şöhrət qazandırır. 1915-ci ildən 1920-ci ilə kimi Tiflis teatr truppasında çalışan aktyor 1921-ci ildən Bakının teatr səhnələrində görünməyə başlayır. O, nəinki teatrda, eləcə də kinoda yaddaqalan, təkrarolunmaz obrazlar qalereyası yaradır. "Aktrisanın təbəssümü", "Altıncı hiss", "Bayquş", "Bəxtiyar", "Bir məhəllədən iki nəfər", Bismillah", "Bizim küçə", "Dağlarda döyüş", "Fətəli xan", "İsmət" ,"Kəndlilər", "Kölgələr sürünür", "Koroğlu", "Qara daşlar", "Qız qalası əfsanəsi", "Qüdsi", "Mollanın sərgüzəşti", "Nağılların Dərbəndi", "O olmasın, bu olsun", "Səbuhi", "Səhər" və bir çox film kinosevərlərin yaddaşına Möhsün Sənanin rol aldığı filmlər kimi həkk olunub.

Ömrünün son vaxtlarında aktyorun səhhətində ciddi problemlər yaranır, gözləri zəif görür. Yüksək qan təzyiqindən əziyyət çəkən, illərlə səhnə həyatı yaşadığı iş yoldaşlarından ayrı düşdüyünə görə fikir edən aktyor xəstəxanada ikən iki dəfə infarkt keçirir. Möhsün Sənani 11 fevral 1981-ci ildə vəfat edir.

Görkəmli aktyor çoxillik səhnə faəliyyətinə görə "Qırmızı əmək bayrağı", "Xalqlar dostluğu", "Şərəf nişanı" ordenləri , "Əmək veteranı" və "Əmək igidliyinə görə" medalları ilə təltif edilib.


Elşən QƏNİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şuşa Bəyannaməsi inteqrasiyanı təşviq edən strateji baxış sənədidir  

15:36
13 İyun

Şuşa Bəyannaməsinin strateji əhəmiyyəti hər il daha da artır   

15:22
13 İyun

TDT Ölkələrinin Rəqabət Qurumları Rəhbərlərinin 3-cü İclasında birgə kommünike qəbul olunub

15:21
13 İyun

Bakıda Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri Ünal Üstelin iştirakı ilə mətbuat konfransı təşkil olunub  

15:20
13 İyun

Müstəqil və qüdrətli Azərbaycan Heydər Əliyev siyasətinin ən parlaq təcəssümüdür

14:56
13 İyun

Sahibə Qafarova Kamboca Krallığı Senatının sədr müavini ilə görüşüb

14:36
13 İyun

Vəkillər Kollegiyasının təşkilatçılığı ilə hüquq qurumları arasında ilk dəfə “Hüquq Liqası 2026” şahmat turniri keçirilib  

14:25
13 İyun

Xankəndi, Xocalı və Ağdərə məktəblərində 60 məzun üçün “Son zəng” çalınıb

13:58
13 İyun

Baş nazir Əli Əsədov Şimali Kipr Türk Cümhuriyyətinin Baş naziri ilə görüşüb

13:18
13 İyun

Sabah Bakıda və Abşeron yarımadasında qısamüddətli yağış yağacaq  

12:59
13 İyun

Ağdam şəhərində 33 il sonra “Son zəng” çalınıb

12:49
13 İyun

Birol Küle: Türk dövlətləri son illərdə iqtisadi inkişaf nümayiş etdirirlər

12:23
13 İyun

Türkiyə millisi dünya çempionatında mübarizəyə başlayır

12:10
13 İyun

Böyük Britaniya və Şimali İrlandiyanın Kralı Əlahəzrət III Çarlza

12:08
13 İyun

TDT-yə üzv dövlətlərlə qarşılıqlı investisiyaların həcmi 40 milyard dollara yaxındır

11:58
13 İyun

Füzuli şəhər məktəbində “Son zəng” sevinci

11:53
13 İyun

Şuşada Türk Dövlətləri Rəqabət Forumu: Regional inteqrasiyada yeni mərhələ - YENİLƏNİB  

11:13
13 İyun

TDT-yə üzv ölkələrin rəqabət orqanları arasında qarşılıqlı fəaliyyətin möhkəmləndirilməsi strateji əhəmiyyət kəsb edir  

11:10
13 İyun

Milli Qurtuluşla başlanan şərəfli tarix: güclü və qalib Azərbaycan

11:08
13 İyun

Elnur Bağırov: TDT-yə üzv ölkələrin əməkdaşlıq təşəbbüsləri Qarabağın və Şərqi Zəngəzurun dirçəlişinə töhfə verir  

11:07
13 İyun

AZAL Naxçıvana uçuşları bərpa edib

11:06
13 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!