26 Oktyabr 2026 14:59
193
DÜNYA
A- A+
“Sarı jiletlilər” oktyabrın 31-də yenidən küçələrə çıxacaq  

“Sarı jiletlilər” oktyabrın 31-də yenidən küçələrə çıxacaq  


Fransada “Sarı jiletlilər” hərəkatı oktyabrın 31-də ictimai azadlıqların müdafiəsi uğrunda yeni etiraz aksiyası keçirməyə çağırıb.

AZƏRTAC xəbər verir ki, hərəkat hökuməti ölkədə artan narazılığa məhəl qoymamaqda, dialoqdan yayınmaqda və etirazçılara qarşı təzyiq göstərməkdə ittiham edir.

AFP agentliyinin məlumatına görə, Parisdə meriyaların və Milli Assambleyanın qarşısında toplantılar və oturaq etiraz aksiyaları planlaşdırılır. Hərəkatın nümayəndələri ölkədə insanların narazılığının artdığını, lakin səslərinin eşidilmədiyini bildiriblər.

Narazılığın səbəblərindən biri oktyabrın 24-də Parisdə keçirilən nümayişin marşrutunun son anda dəyişdirilməsi olub. Yürüşün əvvəlcə Bastiliya meydanından Nation meydanına qədər keçirilməsi nəzərdə tutulsa da, polis prefekturası marşrutu dəyişərək, İtaliya qapısından Vensen qapısına qədər müəyyən edib.

Daxili İşlər Nazirliyinin məlumatına görə, həmin gün Fransada təxminən 410 min nəfər etiraz aksiyalarında iştirak edib. Ümumi Əmək Konfederasiyası (CGT) isə iştirakçıların sayının 800 minə çatdığını açıqlayıb. Daxili işlər naziri Loran Nünes aksiyaların ümumilikdə sakit keçdiyini bildirsə də, təxminən min nəfərin saxlanıldığını qeyd edib.

Həmkarlar ittifaqları marşrutun son anda dəyişdirilməsini qəbuledilməz adlandıraraq, bunun nümayişçilərin təhlükəsizliyini riskə atdığını vurğulayıblar.

“Sarı jiletlilər” hərəkatının nümayəndələri isə hökumətin etirazçıları parçalamağa çalışdığını bildirərək, buna qarşı birliyin vacibliyini qeyd ediblər. Onların sözlərinə görə, ölkədə artan narazılıq məktəblərdə, universitetlərdə, yaşayış məhəllələrində və iş yerlərində özünü göstərir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Yaxın iki gündə hava necə olacaq? – PROQNOZ

17:33
26 Oktyabr

Hikmət Hacıyev: Dezinformasiya və təşviqat kampaniyalarının qarşısını almaq üçün öz strateji gündəmimizi formalaşdırmışıq 

17:21
26 Oktyabr

Dezinformasiya cəmiyyətlərə təsir edən daha geniş hibrid strategiyanın bir hissəsinə çevrilir 

17:17
26 Oktyabr

Energetika naziri GECF tədbirləri çərçivəsində Əlcəzair və Seneqaldan olan həmkarları ilə görüşüb  

17:09
26 Oktyabr

Fərid Hacıyev: Prezidentin müəyyən etdiyi strateji hədəflər qarşıda mühüm vəzifələr qoyur  

17:01
26 Oktyabr

Azərbaycandan Hindistana xam neft ixracının dəyəri 7 dəfədən çox artıb

16:59
26 Oktyabr

İran ABŞ-ni danışıqlara ciddi yanaşmamaqda ittiham edib  

16:56
26 Oktyabr

Prezidentin köməkçisi: Azərbaycan revanş almaq niyyətində deyil 

16:55
26 Oktyabr

İrəvan sülh gündəliyindən yayınmamalıdır  

16:48
26 Oktyabr

Azərbaycanın xarici siyasəti sabitliyə və əməkdaşlığa xidmət edir  

16:45
26 Oktyabr

Azərbaycan Respublikası Milli Məclisinin deputatlarının 2026-cı ilin noyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

16:43
26 Oktyabr

Azərbaycan Prezidenti İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib 

16:09
26 Oktyabr

Əlaqələrin inkişaf perspektivlərinə xidmət edən səfər  

16:01
26 Oktyabr

Hikmət Hacıyev: Sülh sazişinin bütün fundamental prinsipləri Azərbaycanda hazırlanıb 

15:57
26 Oktyabr

Bakıda sülhün təşviqi və dezinformasiyaya qarşı mübarizə müzakirə olunur 

15:49
26 Oktyabr

Fransada ümummilli tətil və etiraz aksiyalarına çağırış edilib

15:30
26 Oktyabr

Kreml: Üçtərəfli danışıqlar Ukraynada hərbi əməliyyatların dayandırılması anlamına gəlmir  

15:23
26 Oktyabr

Azərbaycanlı həkimlərin Almaniyadan dünyaya uzanan həmrəylik körpüsü

15:17
26 Oktyabr

Çində 5,7 bal gücündə zəlzələ baş verib

15:15
26 Oktyabr

Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün NATO qiymətləndirilməsi təliminin açılış mərasimi keçirilib  

15:13
26 Oktyabr

Modern müdafiə texnologiyaları Afrikada nümayiş etdiriləcək  

15:09
26 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!