24 İyun 2025 08:30
600
CƏMİYYƏT
A- A+
Samuxda festival festivala qarışdı

Samuxda festival festivala qarışdı


Samuxda "Regional İnkişaf" İctimai Birliyinin və  rayon icra hakimiyyətinin birgə təşkilatçılığı ilə II Ərik və Aqrar Biznes festivalları  keçirilib.

Festivallarda rayon rəhbərliyi ilə yanaşı, müxtəlif nazirlik və komitələrin məsul şəxsləri,  bir neçə ali təhsil müəssisəsinin və türkdilli dövlətlərin nümayəndələri, yerli və xarici iş adamları, rayon ictimaiyyəti iştirak etmişlər.

İştirakçılar öncə Ümummilli Lider Heydər Əliyevin və Samux Şəhidləri Abidə Kompleksini ziyarət etmiş, Heydər Əliyev Mərkəzində Ulu Öndərin həyat və fəaliyyətinə dair fotostendlərlə tanış olmuşlar. Tədbirlər çərçivəsində qonaqlar rayonda fəaliyyət göstərən "Casa Aqro" MMC-nin təsərrüfat sahəsinə baxış keçirmiş, istehsal olunan məhsullarla tanış olmuşlar.

Festivallarla əlaqədər Samux şəhərinin mərkəzi küçə və prospektlərində, park və xiyabanlarında sakinlərin və qonaqların iştirakı ilə bayram paradı keçirilmişdir. Heydər Əliyev prospektində yeni salınan Samux parkında təşkil olunan festivallarda milli mətbəximizin  təamları, fermerlərin yetişdirdikləri müxtəlif ərik növləri və onlardan hazırlanmış mürəbbələr, eləcə də ərik şirələri təqdim olunmuşdur. Ərik Festivalı çərçivəsində sənətkarların hazırladıqları stendlər, gənc idmançıların nümayiş etdirdikləri müxtəlif yarışlar, uşaqların ifasında milli rəqslər, məktəblilərin əriklə bağlı hazırladıqları əl işləri və çəkdikləri rəsmlər maraqla qarşılanmışdır.

Aqrar Biznes Festivalında isə kənd təsərrüfatı təyinatlı qurğu və avadanlıqlar, yeni texnologiyalar sərgilənmiş, aqrar sahədə fəaliyyət göstərən texnika, gübrə, toxum və dərmanlar nümayiş etdirilmişdir. Diqqətə çatdırılmışdır ki, festivalın keçirilməsində əsas məqsəd fermerlərin yetişdirdikləri məhsulları nümayiş etdirmək, fermer və sahibkarlar arasında işgüzar əlaqələri genişləndirmək, aqroturizm potensialını canlandırmaq, Samux əriyinin brendləşməsinə, rayonun sosial-iqtisadi və mədəni inkişafına təkan verməkdir.

Açılış mərasimində rayon icra hakimiyyətinin başçısı Firdovsi Əliyev çıxış edərək Samuxda kənd təsərrüfatının inkişafı barədə tədbir iştirakçılarına ətraflı məlumat vermişdir. Bildirmişdir ki, Prezident İlham Əliyevin qeyri-neft sektorunun inkişafı istiqamətində gördüyü işlər, o sıradan kənd təsərrüfatına da diqqət və qayğısı nəticəsində rayonlarda bağçılıq ildən-ilə inkişaf edir. Samux rayonunda təkcə ərik bağlarının sahəsi 500 hektardan  çoxdur və həmin bağlarda 16 növ ərik yetişdirilir.

Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin direktoru Anar Cəfərov isə çıxışında son dövrlər ölkəmizdə müxtəlif meyvələrə həsr olunmuş festivalların keçirilməsinin ənənə halını almasından, bu cür kütləvi tədbirlərin kənd təsərrüfatı məhsullarına, xüsusən mövsümi meyvələrə marağı artırmaq baxımından əhəmiyyətindən danışmışdır.

Rəsmi hissədən sonra bayram konserti olmuş, tədbirə möhtəşəm atəşfəşanlıqla yekun vurulmuşdur.

Qeyd edək ki, Ərik Festivalının Samuxda  keçirilməsi təsadüfi deyil.  Azərbaycanda ən çox ərik yetişdirilən bu rayonda son dövrlər intensiv ərik bağları salınmışdır.

        

Sabir ƏLİYEV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Azərbaycan üzərindən daşınan tranzit yüklərin həcmi artır

08:45
17 Dekabr

BP və ADA Universitetinin birgə sosial layihəsi uğurla yekunlaşdı

08:43
17 Dekabr

Ölkəmizin enerji sektorunda daha bir yenilik

08:40
17 Dekabr

Böyük futbol Azərbaycana gəlir

08:35
17 Dekabr

Ermənistanda revanşistlərin siyasi dayaqları yoxdur

08:30
17 Dekabr

Avropa İttifaqı yenidən sülhə qarşı

08:25
17 Dekabr

Misri qılıncdan döyüş PUA-larınacan

08:20
17 Dekabr

Doktorantların və gənc tədqiqatçıların XXVIII Respublika elmi konfransı (NASCO XXVIII) başlayıb

08:15
17 Dekabr

Əmək Məcəlləsi təkmilləşdirilir

08:10
17 Dekabr

YAP Sədrinin müavini Tahir Budaqov Türkiyədə səfərdə olub

08:05
17 Dekabr

"Konstitusiya və Suverenlik İli"nin humanizm səhifəsi

08:00
17 Dekabr

Məcburi audit subyektləri rəhbərlərinin nəzərinə!

01:42
17 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:40
17 Dekabr

Ağacan Abiyevin şərəfinə boks turnirinin açılış mərasimi olub

23:21
16 Dekabr

Qahirədə beynəlxalq konfransda Azərbaycandakı tolerantlıq mühitindən danışılıb

23:14
16 Dekabr

FIFA ilin ən yaxşılarını açıqlayıb

22:28
16 Dekabr

Azərbaycan Pakistanın neft-qaz infrastrukturunun inkişafına mühüm töhfə verə bilər  

21:22
16 Dekabr

Elektron siqaretlərin dövriyyəsinin qadağan edilməsini nəzərdə tutan qanun layihəsi plenar iclasa tövsiyə olunub

20:03
16 Dekabr

Ruben Vardanyanın məhkəmə istintaqı yekunlaşıb

19:50
16 Dekabr

Milli Məclisin növbəti plenar iclası keçirilib, 10 məsələ müzakirə olunub YENİLƏNİB 

19:48
16 Dekabr

Bahar Muradova: Azərbaycanın əhali və ailə siyasəti uzunmüddətli strateji yanaşmaya əsaslanır  

19:38
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!