15 Mart 2025 10:14
337
Elm və texnika
A- A+
“Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırılıb  

“Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin qalibləri mükafatlandırılıb  


Martın 14-də “Sabahın alimləri” XIV Respublika layihə müsabiqəsinin mükafatlandırma mərasimi keçirilib. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlanıb. Sonra müsabiqə çərçivəsində hazırlanan videoçarx nümayiş olunub.

Bu barədə AZƏRTAC-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Tədbirdə çıxış edən elm və təhsil nazirinin müavini Firudin Qurbanov bildirib ki, müasir elmdə uğur qazanmaq üçün təkcə bilik kifayət etmir, eyni zamanda, müxtəlif bacarıqlara və istedada sahib olmaq vacibdir. Şagirdlərin bu istedadlarını vaxtında aşkar edib dəyərləndirmək və inkişaf etdirmək də olduqca önəmlidir. Məhz bu məqsədlə Elm və Təhsil Nazirliyi tərəfindən intellektual oyunlar, fənn olimpiadaları, “Sabahın alimləri” müsabiqəsi və STEAM layihəsi təşkil edilir.

Nazir müavini şagirdlərin müsabiqə çərçivəsində hazırladıqları innovativ layihələrdən söz açaraq qeyd edib ki, bu layihələr bugünkü şagirdlərin gələcəkdə müxtəlif tədqiqat sahələrində fəaliyyət göstərəcək alimlər olacaqlarını deməyə əsas verir. Bu gün dinamizm, sosial və elmi-texniki inkişafın uğuru yalnız yaradıcı şəxslərin yaradıcılıq fəaliyyətinin səmərəliliyindən asılıdır.

Firudin Qurbanov çıxışının sonunda qaliblərin hər birini təbrik edib.

Çıxış edən Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutunun baş direktoru akademik Rasim Əliquliyev son illər ölkəmizdə gənclərin hərtərəfli biliklərə yiyələnməsi, onların elmi potensialının üzə çıxarılması istiqamətində həyata keçirilmiş layihələrdən danışıb.

Tədbirdə 1, 2 və 3-cü yerlərin qaliblərinə diplom və medallar, fərqlənən şagirdlərə xüsusi mükafatlar, iştirakçıların hər birinə isə sertifikatlar təqdim olunub. Qalib layihələrin elmi rəhbərlərinə isə təşəkkürnamələr veriləcək.

Qeyd edək ki, müsabiqə Elm və Təhsil Nazirliyi, Təhsil İnstitutu, Azərbaycan Milli Elmlər Akademiyası, Azərbaycan Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin təşkilatçılığı və tərəfdaşlığı ilə keçirilib.

Müsabiqənin keçirilməsində məqsəd elmi-tədqiqat və yaradıcılıq potensialı olan istedadlı şagirdləri aşkara çıxarmaq, onlarda tənqidi düşünmə, problem həlletmə, vaxtın idarə olunması, natiqlik və ünsiyyət kimi bacarıqları inkişaf etdirmək, ali təhsil müəssisələri və elmi təşkilatlarla ümumi təhsil müəssisələri arasında əlaqələri genişləndirmək, həmçinin şagirdlərin oxşar maraqları olan həmyaşıdları ilə şəbəkələşməsini təmin etməkdir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Azeri Light” markalı neft bahalaşıb

11:15
18 Mart

Daha iki itkin-şəhidin dəfn mərasimi olacaq

11:14
18 Mart

Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb

11:13
18 Mart

Vəkilliyə namizədlərlə görüşdə peşə nüfuzunun yüksəldilməsindən danışılıb

10:31
18 Mart

Zelenski: Ukrayna 3000 km məsafə qət edə bilən dronunu uğurla sınaqdan keçirib

10:00
18 Mart

Fransada irqçilik, ksenofobiya və din əleyhinə cinayətlər artıb

09:59
18 Mart

Azərbaycan 2024-cü ildə terror hadisəsi qeydə alınmayan ölkələr sırasındadır

09:57
18 Mart

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Sərsəng su anbarından Ağdərənin Umudlu kəndinə gedən avtomobil yolunun açılışında iştirak ediblər YENİLƏNƏCƏK  

09:56
18 Mart

Lənkəranda zəlzələ olub

09:55
18 Mart

MN: Azərbaycan Ordusunun mövqeləri fasilələrlə atəşə tutulub  

09:35
18 Mart

Ürək çatışmazlığında innovativ həllər

09:20
18 Mart

Ağ Evdən növbəti qərar

09:15
18 Mart

Sorağı əsrlərə yetəcək soyqırımı

09:10
18 Mart

Çiçək ətirli bahar gəlir

09:05
18 Mart

Tarixi keçmişimizi, adət-ənənələrimizi özündə yaşadan müqəddəs bayram

09:00
18 Mart

Torpaq çərşənbəsi

08:55
18 Mart

Ermənistanda biznesə vergi terroru

08:50
18 Mart

Avropa Parlamentinin ölkəmizə qarşı növbəti qərəzi

08:45
18 Mart

AP-nin qətnaməsi anti-Azərbaycan ritorikasının pik həddidir

08:40
18 Mart

Azərbaycan hava nəqliyyatında da mühüm tranzit ölkəyə çevriləcək

08:35
18 Mart

Hökumət hesabat verdi

08:30
18 Mart

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BEÇAÇəCAŞəBz
     12
3456789
10111213141516
17181920212223
24252627282930
31      

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!