26 İyun 2024 09:10
1432
SİYASƏT
A- A+
Qürur və güvənc yerimiz

Qürur və güvənc yerimiz

 

Dünya təcrübəsi göstərir ki, dövlətin qüdrətini artıran şərtlər sırasında iqtisadi yüksəliş və güclü ordu daha böyük əhəmiyyətə malikdir. Bu gün hamımız qürur və iftixarla  deyə bilərik ki, ölkəmiz həm iqtisadi sahədə yüksəliş əldə edib, həm də ordu quruculuğu prosesində çox böyük uğurlar qazanıb. 
Zəfərləri ilə daim qürur duyduğumuz Azərbaycan Silahlı Qüvvələrinin yaranmasından 106 il keçir. Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın dövlətçilik tarixində özünəməxsus rolu və miras qoyduğu yeni milli dəyərləri ilə tarixləşdi. 1918-ci il iyunun 26-da Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının qərarı ilə ilk müntəzəm hərbi hissə - Əlahiddə Azərbaycan Korpusu yaradıldı. Hökumət tərəfindən qarşıya 25 min nəfərlik ordu yaratmaq vəzifəsi qoyuldu. Həmin il avqustun 1-də Azərbaycanın Hərb Nazirliyi təsis olundu. İlk nazir Xosrov bəy Sultanov təyin edildi. Sonra - dekabrın 25-də general Səməd bəy Mehmandarov hərb naziri, general-leytenant Əliağa Şıxlinski nazir müavini təyin olundular.
1920-ci ilin aprelində Azərbaycan Xalq Cümhuriyyəti süqut etdikdən sonra bolşevik hökuməti Milli Ordunu ləğv etdi. Onun rəhbərlərinin əksəriyyəti, o cümlədən 15 general Nargin adasında güllələndi, bir çox vətənpərvər hərbçi repressiyaya məruz qaldılar. Azərbaycanın yeni ordusunun yaradılmasına 1991-ci ildə dövlət müstəqilliyinin bərpasından sonra başlandı. Həmin il oktyabrın 9-da Milli Ordunun yaradılması haqqında Azərbaycan Respublikasının Ali Soveti qanun qəbul etdi. 
Lakin müstəqilliyin ilk illərində ölkəmizə rəhbərlik edənlər Ermənistanın torpaqlarımızı işğal etdiyi bir vaxtda ordu quruculuğu kimi vacib və məsuliyyətli vəzifənin öhdəsindən gələ bilmədilər. Bundan istifadə edən düşmənin torpaqlarımıza təcavüzü getdikcə daha geniş miqyas aldı. Azərbaycan müstəqilliyin itirilməsi təhlükəsi ilə üz-üzə qaldı.
Ümummilli Lider Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə gəldikdən sonra həm Prezident, həm də Ali Baş Komandan olaraq, ordunun qüdrətli olmasına böyük diqqət yönəltdi. Ordu dövlətin gündəlik qayğısı ilə əhatə olundu, bu istiqamətdə dövlətin bütün orqanlarının cavabdehliyi artırıldı. Heydər Əliyevin 22 may 1998-ci il tarixli fərmanına əsasən, 1918-ci ildə Əlahiddə Azərbaycan Korpusunun yarandığı gün - 26 İyun Azərbaycan Respublikası Silahlı Qüvvələri Günü elan edildi. 
Müstəqil Azərbaycanda ordu quruculuğu prosesi Prezident İlham Əliyevin hakimiyyəti dövründə keyfiyyətcə yeni mərhələyə qədəm qoydu. Ulu Öndərin ordu quruculuğu siyasətini uğurla davam etdirən və daha da zənginləşdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı sayəsində hərbçilərin peşəkarlığının artırılması, şəxsi heyətin döyüş ruhunun və mənəvi-psixoloji hazırlığının yüksəldilməsi, Silahlı Qüvvələrimizin müasir silah və texnika ilə təchizatı istiqamətində davamlı və uğurlu addımlar atıldı. Bunun sayəsində Azərbaycan Silahlı Qüvvələri qısa müddət ərzində Cənubi Qafqazın ən güclü  ordusuna çevrildi.
Beynəlxalq ictimaiyyət Azərbaycan Ordusunun gücünü, qüdrətini 2016-cı ilin aprelində gördü. Ermənistan ordusunun təxribatlarına cavab verən əsgər və zabitlərimiz sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı. Qazanılan qələbə nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı xeyli ərazisi azad olundu. Azərbaycan Ordusu dördgünlük Aprel döyüşləri ilə xalqımıza ilk qələbə sevincini yaşatdı.
2020-ci il sentyabrın 27-də erməni təxribatı nəticəsində başlayan İkinci Qarabağ müharibəsində Silahlı Qüvvələrimizin qazandığı şanlı Qələbə hərb tariximizə qızıl hərflərlə həkk olundu. Müzəffər Ali Baş Komandan İlham Əliyevin  rəhbərliyi ilə Azərbaycan Ordusu düşmənə sarsıdıcı zərbələr vuraraq 44 gün ərzində 5 şəhər, 4 qəsəbə və 300-dək kəndi erməni qəsbkarlarından azad etdi. Azərbaycanın illərdən bəri pozulan ərazi bütövlüyü bərpa olundu. 
Dövlətimizin başçısı 2021-ci il iyunun 26-da Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə İkinci Qarabağ müharibəsində qazanılan uğurlardan danışarkən demişdir: "Hər il bu bayramı qeyd edərkən biz özümüzə söz verirdik ki, nəyin bahasına olursa-olsun, doğma torpaqlarımızı işğalçılardan azad edəcəyik. Bu gün qürur hissi ilə deyə bilərəm ki, biz Silahlı Qüvvələr Gününü müzəffər Ordu kimi, qalib xalq kimi qeyd edirik. Bu, tarixi nailiyyətdir. Azərbaycan xalqının çoxəsrlik tarixində buna bənzər parlaq Zəfər olmamışdır. Biz bütün gücümüzü səfərbər edərək düşmənə sarsıdıcı zərbələr endirib, düşməni məğlub etdik, tarixi ədaləti və ölkəmizin ərazi bütövlüyünü bərpa etdik".
Təbiidir ki, Azərbaycan xalqının, dövlətinin və ordusunun sarsılmaz birliyi nəticəsində qazanılmış bu şanlı qələbə uzun illər ordu quruculuğu istiqamətində aparılan islahatların nəticəsidir. Azərbaycanın qazandığı bu qələbə nəyi, necə və nə zaman etməyi gözəl bilən Müzəffər Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasətinin, güclü iradəsinin və sarsılmaz qətiyyətinin nəticəsidir. 
Hər bir xalqın xilaskar ordusu, qəhrəman silahlı qüvvələri ilə öyünməyə, qürur duymağa mənəvi haqqı var. Azərbaycan xalqı da doğma ordusu ilə öyünüb fəxr edir. Modernləşdirilən, ən müasir texnika ilə təmin olunan Azərbaycan Ordusunun gücü, qüdrəti bu gün beynəlxalq səviyyədə də etiraf edilir. Silahlı Qüvvələrimiz indi dünyanın  güclü orduları sırasındadır. Bu isə o deməkdir ki, vətənimiz də, dincliyimiz və əmin-amanlığımız da etibarlı qorunur.
.  
Vahid MƏHƏRRƏMOV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

IBA Çempionlar Gecəsi: Azərbaycanın daha iki boksçusu qələbə qazanıb  

00:05
29 Sentyabr

Türkiyənin 2100-cü ilə qədər iqlim modeli hazırlanır  

23:15
28 Sentyabr

Şahmat üzrə Vüqar Həşimov Memorialının bağlanış mərasimi keçirilib

21:06
28 Sentyabr

Azərbaycanda daha bir maliyyə piramidası şəbəkəsi ifşa edildi 

20:25
28 Sentyabr

“Eternity-2024” çoxmillətli komanda-qərargah təlimi başa çatıb

20:23
28 Sentyabr

Şuşada keçirilən şahmat üzrə Vüqar Həşimov Memorialının qalibi bəlli olub

19:46
28 Sentyabr

XİN: Peter Stanonun Aİ-nin Ermənistandakı Missiyasının mandatı barədə səsləndirdiyi fikirlər əsassızdır  

19:41
28 Sentyabr

Azərbaycanda torpağın bir kateqoriyadan digərinə keçirilməsi üçün əsaslar müəyyənləşib

19:40
28 Sentyabr

Azərbaycanda torpağın məqsədli təyinatının dəyişdirilməsi üçün əsaslar müəyyənləşib

19:36
28 Sentyabr

Dövlət sərhədini pozmağa cəhd göstərən 22 nəfər saxlanılıb

18:33
28 Sentyabr

Qərbi Azərbaycan İcması Aİ-nin nümayəndəsi Peter Stanonun qeyri-konstruktiv bəyanatını pisləyib

18:30
28 Sentyabr

Dünyanın ən yaxşı 10 qapıçısı - SİYAHI

16:57
28 Sentyabr

"Naxçıvan rəhbərliyindən xahiş edirəm ki, komandanı Naxçıvana qaytarsınlar"

16:52
28 Sentyabr

Çadda saxlanılan rusiyalılar azad ediləcək

16:44
28 Sentyabr

Minifutbol üzrə Azərbaycan çempionatı: Birinci turun oyunları bəlli oldu

16:32
28 Sentyabr

Monteneqroda keçirilən AOK-un 44-cü seminarı öz işini başa vurub

16:06
28 Sentyabr

BRICS onlarla dövləti əhatə edəcək - AÇIQLAMA

15:31
28 Sentyabr

Haiti Fransadan təzminat tələb edir

15:30
28 Sentyabr

Dağıstandakı partlayışda ölü sayı artır   

15:03
28 Sentyabr

Beynəlxalq konfransın iştirakçıları Azərbaycan həmkarlar ittifaqlarının fəaliyyəti barədə məlumatlandırılıb

15:01
28 Sentyabr

Əlahiddə Ümumqoşun Ordunun xüsusi təyinatlı bölmələri ilə təlim keçirilib

14:25
28 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!