26 Noyabr 2024 22:18
458
CƏMİYYƏT
A- A+
QMİ sədri: Gələcəyin Vahid Bəşəriyyət planının təqdimatı tarixi hadisədir  

QMİ sədri: Gələcəyin Vahid Bəşəriyyət planının təqdimatı tarixi hadisədir  

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə Portuqaliyanın Kaşkai şəhərində keçirilən BMT-nin Sivilizasiyalar Alyansının “Sülhdə birlik - etimadın bərpası, gələcəyin yenidən formalaşdırılması” mövzusunda 10-cu Yubiley Qlobal Forumunda iştirak edib.

AZƏRTAC xəbər verir ki, bu barədə QMİ-nin mətbuat xidməti məlumat yayıb. Forumda şeyxülislam Allahşükür Paşazadə “Bəşəriyyət naminə iyirmi illik dialoq: keçdiyimiz dərslər üzərində düşünmək və irəliyə doğru yol açmaq” mövzusunda ilk plenar toplantıda çıxış edib.

Şeyxülislam Allahşükür Paşazadə mötəbər forum iştirakçılarına Azərbaycan Prezidenti İlham Əliyevin salamlarını və ən xoş arzularını yetirib. BMT-nin Sivilizasiyalar Alyansının 20 illik fəaliyyəti ilə bəşəriyyətin mənafeyinə xidmət edən, qlobal problemlərin həllində dövlət, beynəlxalq ictimaiyyət və din nümayəndələrinin birgə əməkdaşlığının inkişafına xidmət edən mühüm beynəlxalq platforma olaraq özünü təsdiq etdiyini bildirən şeyxülislam Allahşükür Paşazadə Azərbaycan Prezidenti İlham Əliyevin təbiri ilə, bu növ forumların fərqli etnik, mədəni, dini və dil mənşəyi olan insanları bir araya gətirdiyini, qarşılıqlı anlaşmaya doğru açıq və hörmətcil mübadilə üçün platforma yaratdığını xüsusi qeyd edib. Bildirib ki, Sivilizasiyalar Alyansının sülh və gələcəyə dair qlobal problemlərin həlli yönündə dəyərli səy və nailiyyətləri bizi ruhlandırır və yubiley Qlobal Forumunda gələcəyin Vahid Bəşəriyyət planının təqdimatını tarixi hadisə kimi dəyərləndirmək lazımdır.

Bu gün dünyanı narahat edən ən mühüm məsələlərdən birinin Yaxın Şərqdə və Ukraynada cərəyan edən faciəvi hadisələr olduğunu bildirən şeyxülislam A.Paşazadə günahsız insan qırğınına səbəb olan bu qanlı toqquşmaların dayandırılmasına, silahların susmasına, maddi-mənəvi irsin, dini məkanların məhvinə, saysız-hesabsız miqrant faciələrinə son qoyulmasına çağırış edərək, problemlərin beynəlxalq qanun və BMT qətnamələrinə uyğun həll olunmasının tərəfdarı olduğunu bildirib.

Şeyxülislam A.Paşazadə bildirib ki, bu gün Azərbaycan dövləti işğaldan azad olunmuş ərazilərdə şəhər və kəndləri bərpa edir, vandalizm aktları nəticəsində dağıdılmış, təhqir olunmuş milli, dini-mənəvi irs nümunələri, multikultural ənənələrə sadiq qalaraq bütün dinlərə məxsus abidələri - məscid və məbədləri yenidən bərpa və inşa edir, yandırılmış və minalanmış torpaqları təmizləyərək genişmiqyaslı yenidənqurma işləri aparır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şəhid İlkin Qarayevin xatirəsi yad edilmişdir

09:00
27 Noyabr

İqtisadi problemlər Aİ-ni boğur

08:55
27 Noyabr

Azərbaycandan Avropaya uzanan neft-qaz borularını "yaşıl enerji" xətləri əvəz edəcək

08:50
27 Noyabr

COP29-da strateji qərarlar verildi

08:45
27 Noyabr

COP29 beynəlxalq ictimai rəydə məmnunluq doğurdu

08:40
27 Noyabr

Azərbaycanın özünün "yaşıl enerji"yə keçid strategiyası var

08:35
27 Noyabr

Bakı COP-da tarix yazdı

08:30
27 Noyabr

Bakı müxtəlif beynəlxalq aktorlar arasında körpü rolunu oynadı 

08:25
27 Noyabr

İlham Əliyevin qətiyyətli liderliyinin növbəti qələbəsi

08:20
27 Noyabr

33 ildən sonra dalğalanan bayraq

08:15
27 Noyabr

İnkişaf, rifah, quruculuq büdcəsi

08:10
27 Noyabr

Azərbaycan-ABŞ strateji tərəfdaşlığında yeni səhifə açılır

08:05
27 Noyabr

Mötəbər tədbirin möhtəşəm təşkili

08:00
27 Noyabr

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında

03:00
27 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 210 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatının və avtomobil yollarının səfərbərlik hazırlığı Qaydaları”nda dəyişiklik edilməsi haqqında

02:59
27 Noyabr

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 6 noyabr tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

02:58
27 Noyabr

Bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

02:58
27 Noyabr

"Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli 1178-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

02:57
27 Noyabr

Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

02:56
27 Noyabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

02:56
27 Noyabr

Yaponiya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib  

23:54
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!