27 Noyabr 2024 08:40
221
SİYASƏT
A- A+
COP29 beynəlxalq ictimai rəydə məmnunluq doğurdu

COP29 beynəlxalq ictimai rəydə məmnunluq doğurdu


Bakının evsahibliyi etdiyi COP29 artıq tarixə çevrilmişdir. Dünyanın diqqət mərkəzində olan bu böyük beynəlxalq tədbir ictimai-siyasi müstəvidə qazandığı uğurlarla yanaşı, yüksək təşkilatçılıq bacarığı ilə də hələ uzun müddət xoş xatirə, habelə nümunə olaraq yaddaşlarda qalacaqdır. 

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasında (COP29) dünyanın 196 ölkəsindən 76000-dən çox insanın, prezident, vitse-prezident, baş nazir, eləcə də digər hökumət və dövlət adamlarının böyük coşqu ilə iştirak etdiyi bu beynəlxalq tədbir həm də müstəqil Azərbaycanın dünyaca böyük nüfuzunun təzahürü idi. 

Təşkilatçılıq baxımından yüksək səviyyədə keçirilən bu mötəbər tədbirin görünən tərəflərindən biri də odur ki, ölkələr və xalqlararası əməkdaşlığın genişləndirilməsində, yeni tərəfdaşlıq əlaqələrinin qurulmasında mühüm rol oynadığı kimi, dünyanın gələcəyinə, siyasi, iqtisadi, ekoloji problemlərin araşdırılması və həlli yollarına da işıq salmış, bir sözlə, bəşəriyyətin sağlam gələcəyini, iqtisadi, sosial-mədəni tərəqqiyə inkişaf istiqamətlərini beynəlxalq aləmə bəyan etmişdir.

Azərbaycanda keçirilən COP29 tədbirinə 200 ölkənin yekdilliklə səs verməsi və bu qlobal tədbirin yüksək səviyyədə keçməsi ilk növbədə Prezident İlham Əliyevin yürütdüyü daxili və xarici siyasətin uğurlu nəticəsidir. Rəsmi Bakının hər zaman götürdüyü öhdəliklərə, müqavilələrə sadiq qalması onun beynəlxalq imicinə müsbət təsir edir və ölkəmiz etibarlı tərəfdaş kimi dünyada tanınır. 

Azərbaycanın COP29 kimi mötəbər tədbirə evsahibliyi etməsi bəzi Qərb dairələrinin və erməni lobbi qruplarının narahatlığına səbəb olmuşdu. Xüsusilə, Fransa və erməni lobbisinin təsirində olan Avropa Parlamenti bütün vasitələrlə çalışırdı ki, bu mötəbər tədbiri məhdudlaşdırsınlar və s. Lakin onların bu cəhdləri fiaskoya uğradı. Tərəqqipərvər dünya ictimaiyyəti onların çağırışlarına məhəl qoymadı. Azərbaycan isə təşkilatçılıq bacarığına olan inamını bir daha təsdiqlədi. Prezident İlham Əliyev bəzi qərəzli dairələrin əsassız iddialarını faktlarla ifşa edərək, onların ucuz kampaniyalarının heç bir nəticə vermədiyini üzə çıxardı.

Gəncə şəhər sakini, təqaüdçü Qasım Əliyev redaksiyamıza ünvanlandığı məktubunda ölkəmizin COP29-a tamamilə fərqli ovqatda evsahibliyi etdiyini diqqətə çatdıraraq, məmnunluq hissi ilə bildirir ki, tarixi Zəfəri, suverenliyini tam bərpa etməsi ilə qürurlanan qalib Azərbaycan COP29-un yüksək səviyyədə keçirilməsi üçün zəruri addımlar atdı: "Dünya siyasətçilərinin diqqətlə izlədiyi bu beynəlxalq tədbirdə başda Prezident İlham Əliyev olmaqla Azərbaycan regionda davamlı sülhün bərqərar olması üçün prinsipial mövqe nümayiş etdirdi. Rəsmi Bakı sülh təşəbbüsü ilə çıxış etdi, bu istiqamətdə konkret tədbirlər irəli sürdü. Azərbaycan həm də dünyaya göstərdi ki, sülh prosesi təkcə regional deyil, həm də qlobal əməkdaşlıqda prioritetdir". 

Bakının Nəsimi rayonundan Teymur İsmayılzadə COP29-un yüksək səviyyədə keçirilməsində rayon sakinlərinin də böyük əməyi olduğunu diqqətə çatdıraraq tədbir günlərində şəhərin küçə, prospekt və meydanlarında, istirahət guşələrində səliqə-sahmana xüsusi fikir verildiyini, yeni çəmənliklərin, yaşıllıq zolaqlarının salındığını, restoran və hotellərdə qonaqlara qayğıkeşliklə yanaşıldığını bildirir. T.İsmayılzadə xüsusi olaraq diqqətə çatdırır ki, şəhərimiz səliqə-sahmanına, təmizliyinə görə də dünyada seçildi: "Şəhərdə demək olar ki, tullantılara rast gəlinmədi, bu ənənəni bundan sonra da davam etdirməliyik. Hər yerdə yaşıllıqların salınması sağlam ekoloji mühit yaradıb. Düşünürəm ki, COP29 kimi beynəlxalq tədbirin ölkəmizdə yüksək təşkilatçılıqla keçirilməsi dövlətimizin nüfuzunu daha da artırdı. Azərbaycan sağlam ekoloji mühitə töhfələr verir, salınan yaşıllıqlar, alternativ, bərpaolunan enerji mənbələri ilə təmiz və sağlam gələcək formalaşdırır".

Redaksiyamıza COP29 kimi qlobal tədbirin yüksək təşkilatçılıqla başa çatdığından bəhs edən məktub və teleqramlar, internet vasitəsilə göndərilən mesajlar çoxluq təşkil edir. Görünən odur ki, ICESCO-nun baş direktoru Salim bin Məhəmməd əl-Malik Azərbaycan xalqını qürurlandıran bu məsələyə toxunaraq mətbuata açıqlamasında demişdir: "Azərbaycan dünyanın iqlim və ekoloji dəyişikliklərlə mübarizə sahəsində ən nüfuzlu tədbiri sayılan Tərəflər Konfransına (COP29) evsahibliyi edərək və təşkilatçılığı uğurla həyata keçirərək, böyük nailiyyətə imza atdı. Konfrans günlərində Azərbaycan yüksək təşkilatçılıq bacarığını, insan kapitalını və müasir texnoloji potensialını bir daha nümayiş etdirdi. Qeyd etmək istərdim ki, COP29-da 4500-dən çox gəncin könüllü kimi iştirak etməsi də beynəlxalq tədbirin yüksək səviyyədə keçirilməsinə öz töhfəsini verdi. Azərbaycanın beynəlxalq aləmdəki nüfuzlu mövqeyi onu son illərdə yüksəksəviyyəli konfranslar və beynəlxalq tədbirlər üçün əsas məkanlardan birinə çevirib.

Bakının bu mötəbər tədbirə uğurla evsahibliyi etməsi islam ölkələrinin bilik və təcrübəsinin daha da zənginləşməsinə öz töhfəsini verəcək".


Rəhman SALMANLI, 

"Azərbaycan" 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bankların aktivləri 50 milyard manata yaxınlaşır  

11:40
27 Noyabr

Türkiyəli analitik: COP29 Azərbaycan həqiqətlərinin dünyada təbliğinə töhfə oldu  

11:39
27 Noyabr

Hakim “Gürcü Arzusu” partiyası Gürcüstan prezidentliyinə namizədinin adını açıqlayıb  

11:38
27 Noyabr

“Chapter Zero Kazakhstan”ın direktoru: Bakı iqlim gündəliyində tarix yazacaq  

11:37
27 Noyabr

NİİM: Bəzi moped və motosiklet sürücüləri qaydalara əməl etmirlər

11:35
27 Noyabr

On ayda 28 minədək şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub  

11:34
27 Noyabr

Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə uğur qazanıb  

11:34
27 Noyabr

Azərbaycan parlamentində dövlət büdcəsinin müzakirələri davam edir  

11:32
27 Noyabr

Azərbaycanın mədəniyyət naziri BMT Sivilizasiyalar Alyansının 20 illiyinə həsr olunmuş forumda çıxış edib  

11:31
27 Noyabr

TƏBİB: COP29-la əlaqədar ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib  

11:26
27 Noyabr

Bayden ABŞ Konqresindən 24 milyard dollar istəyir

10:59
27 Noyabr

On ayda əlilliyi olan şəxslərə 82,8 min reabilitasiya vasitəsi verilib  

10:43
27 Noyabr

Baş Dövlət Yol Polisi İdarəsi yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib  

10:37
27 Noyabr

Azərbaycan və Çex Respublikası arasında icbari tibbi sığorta sahəsində əməkdaşlığı gücləndirməklə bağlı memorandum imzalanıb  

10:36
27 Noyabr

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb  

10:35
27 Noyabr

Quba və Qusarın dağlıq ərazilərinə qar yağıb  

10:19
27 Noyabr

Müsəlman Ağsaqqallar Şurası COP29 konfransının uğuruna görə Azərbaycanı təbrik edib  

09:41
27 Noyabr

Çempionlar Liqası: “Bavariya” və “Barselona” qələbə qazanıb  

09:40
27 Noyabr

Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək  

09:39
27 Noyabr

Şəhid İlkin Qarayevin xatirəsi yad edilmişdir

09:00
27 Noyabr

İqtisadi problemlər Aİ-ni boğur

08:55
27 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!