27 Noyabr 2024 08:55
199
DÜNYA
A- A+
İqtisadi problemlər Aİ-ni boğur

İqtisadi problemlər Aİ-ni boğur


Avropada əhali qocalır, rəqabət qabiliyyəti aşağı düşür


Avropa əhalisinin sürətlə qocalması Avropa Komissiyasının qarşısında duran növbəti ən böyük problemlərdən biri olacaq. Ekspertlər xəbərdarlıq edirlər ki, yaşlı əhalinin artan nisbəti Avropa İttifaqının (Aİ) rəqabət qabiliyyətini təhdid edəcək, işçi qüvvəsi çatışmazlığını daha da pisləşdirəcək, dövlət xərclərini artıracaq və regional bərabərsizliyi dərinləşdirəcək. 

Bundan  əlavə, Aİ əhalisinin bir neçə il ərzində azalmağa başlayacağı proqnozlaşdırılır.

Ekspertlər qeyd edirlər ki, Avropa qocalır və bu, iqtisadi rifaha təsir edə bilər. Avropa Komissiyası 65 və yuxarı yaşda olan əhalinin nisbətinin hazırda 21 faizdən  2070-ci ildə 30 faizə qədər artacağını proqnozlaşdırır. Eyni müddət ərzində Aİ-də yaşı 80 və yuxarı olan sakinlərin nisbəti 6 faizdən 13 faizə yüksələcək.

Digər tərəfdən, "Stanley Morgan" bankının analitiklərinin hesablamalarına görə, 2040-cı ilə qədər Avropa İttifaqının əmək qabiliyyətli sakinlərinin (15-64 yaş) sayı 6,5 faiz azalacaq ki, bu da avrozonanın ümumi daxili məhsulunu 4 faiz azalda bilər.

Avropa Komissiyasının demoqrafiya məsələləri üzrə vitse-prezidenti Dubravka Suica bildirib ki, Aİ ölkələri əhalinin sürətli qocalması ilə üzləşib: "Niderlandda əsas problem mənzil çatışmazlığı və əhalinin sıxlığıdır, İspaniyanın bəzi bölgələrində isə əhalinin azalmasıdır. İtaliyada əsas problem doğum səviyyəsinin azalması və əhalinin qocalmasıdır. Yunanıstan əhalinin ən sürətlə qocaldığı Aİ ölkəsidir,  Xorvatiya isə  gənclərin mühacirəti ilə mübarizə aparır".

Aİ-də əhalinin artması ilə bağlı ciddi problemlər var. 2022-ci ildə Avropa İttifaqının 27 ölkəsində 3,8 milyon uşaq doğulub. Yeni doğulanların sayı onilliklər ərzində ilk dəfə olaraq 4 milyondan aşağı düşüb.

Bu ilin əvvəlinə Aİ-də 451 milyon insan yaşayırdı. "Eurostat" hesab edir ki,  əhali 2026-cı ildən azalmağa başlayacaq. 2100-cü ildə Aİ-nin əhalisinin 420 milyondan az olacağı proqnozlaşdırılır. İndi bu rəqəm 451 milyon təşkil edir. Bundan əlavə, 80 yaşdan yuxarı insanlar 20 yaşdan kiçik insanlardan daha çox olacaq.

Demoqraf Aviva Vittenberq-Koks hesab edir ki, Qərb ölkələrində müşahidə olunan aşağı doğum nisbətləri və sürətli qocalma qismən qadınların əmək bazarına daxil olması ilə bağlıdır. Ekspert "Əl-Cəzirə" telekanalına müsahibəsində deyib: "Biz ailədə məhsuldarlıq səviyyəsini aşağı saxlayan yeni gender rollarını tam qəbul etməmişik və onlara uyğunlaşmamışıq, çünki bu gün cütlüklərin uşaq sahibi olmaq imkanı olduqca çətindir. Sistemlərimizi, iqtisadi sistemlərimizi, xüsusən də məşğulluq siyasətlərimizi daha çox ailə və valideynlər üçün uyğunlaşdırsaq, düşünürəm ki, bu, şübhəsiz ki, kömək edəcəkdir. Amma bu, kifayət etməyəcək".

Demoqrafik dəyişikliklər əmək bazarına mənfi təsir göstərərək, iqtisadi artıma, məhsuldarlığa və innovasiyaya mane ola biləcək geniş işçi çatışmazlığı yaradacaq və beləliklə, Aİ-nin digər əsas iqtisadiyyatlarla müqayisədə rəqabət qabiliyyətinin aşağı düşməsini sürətləndirəcək.

Ən pis ssenarinin qarşısını almaq üçün Avropa Komissiyası üzv dövlətlərə gender maaş fərqinin azaldılması, iş-həyat balansının yaxşılaşdırılması, vergi güzəştləri təklifi, uşağa baxım xərclərinin azaldılması və gənclərin keyfiyyətli işlərə və mənzillərə çıxışının asanlaşdırılması kimi qəti tədbirlər görməyi tövsiyə edir.

Avropa Komissiyası həmçinin yaşlı insanların bacarıqlarını artırmaq və çevik iş saatları təklif etməklə onların əmək bazarında saxlanmasına kömək etməyi zəruri bilir.


Rizvan CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bankların aktivləri 50 milyard manata yaxınlaşır  

11:40
27 Noyabr

Türkiyəli analitik: COP29 Azərbaycan həqiqətlərinin dünyada təbliğinə töhfə oldu  

11:39
27 Noyabr

Hakim “Gürcü Arzusu” partiyası Gürcüstan prezidentliyinə namizədinin adını açıqlayıb  

11:38
27 Noyabr

“Chapter Zero Kazakhstan”ın direktoru: Bakı iqlim gündəliyində tarix yazacaq  

11:37
27 Noyabr

NİİM: Bəzi moped və motosiklet sürücüləri qaydalara əməl etmirlər

11:35
27 Noyabr

On ayda 28 minədək şəxsə proaktiv qaydada yaşa görə əmək pensiyası təyin olunub  

11:34
27 Noyabr

Dövlət Əmək Müfəttişliyi Xidməti beynəlxalq müsabiqədə uğur qazanıb  

11:34
27 Noyabr

Azərbaycan parlamentində dövlət büdcəsinin müzakirələri davam edir  

11:32
27 Noyabr

Azərbaycanın mədəniyyət naziri BMT Sivilizasiyalar Alyansının 20 illiyinə həsr olunmuş forumda çıxış edib  

11:31
27 Noyabr

TƏBİB: COP29-la əlaqədar ümumilikdə 826 nəfərə tibbi xidmət göstərilib  

11:26
27 Noyabr

Bayden ABŞ Konqresindən 24 milyard dollar istəyir

10:59
27 Noyabr

On ayda əlilliyi olan şəxslərə 82,8 min reabilitasiya vasitəsi verilib  

10:43
27 Noyabr

Baş Dövlət Yol Polisi İdarəsi yağmurlu hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib  

10:37
27 Noyabr

Azərbaycan və Çex Respublikası arasında icbari tibbi sığorta sahəsində əməkdaşlığı gücləndirməklə bağlı memorandum imzalanıb  

10:36
27 Noyabr

Azərbaycan neftinin qiyməti 75 dolları ötüb  

10:35
27 Noyabr

Quba və Qusarın dağlıq ərazilərinə qar yağıb  

10:19
27 Noyabr

Müsəlman Ağsaqqallar Şurası COP29 konfransının uğuruna görə Azərbaycanı təbrik edib  

09:41
27 Noyabr

Çempionlar Liqası: “Bavariya” və “Barselona” qələbə qazanıb  

09:40
27 Noyabr

Sankt-Peterburqda MDB ölkələrinin liderlərinin qeyri-rəsmi görüşü keçiriləcək  

09:39
27 Noyabr

Şəhid İlkin Qarayevin xatirəsi yad edilmişdir

09:00
27 Noyabr

İqtisadi problemlər Aİ-ni boğur

08:55
27 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!