27 Noyabr 2024 02:56
395
MSK
A- A+
Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı



Qərar № 48/236


Azərbaycan Respublikasının Mərkəzi Seçki Komissiyası (bundan sonra - Mərkəzi Seçki Komissiyası) Azərbaycan Respublikası Seçki Məcəlləsinin 19.4-cü, 19.14-cü,  28.2-ci və 28.4-cü maddələrinə əsasən qərara alır:

1. Mərkəzi Seçki Komissiyasının 2008-ci il 18 iyul tarixli 7/27 saylı Qərarı (Mərkəzi Seçki Komissiyasının 2013-cü il 18 iyun tarixli 6/55 saylı, 2018-ci il 8 fevral tarixli 2/8 saylı, 2022-ci il 4 avqust tarixli 4/14 saylı, 2024-cü il 27 iyun tarixli 14/50 saylı qərarları) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Prezidentinin seçkilərində media vasitəsi ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat"ın 1.3-cü bəndindən "siyasi reklam" sözləri çıxarılsın.

2. Mərkəzi Seçki Komissiyasının 2009-cu il 8 yanvar tarixli 1/4 saylı Qərarı (Mərkəzi Seçki Komissiyasının 2016-cı il 26 iyul tarixli 10/42 saylı, 2019-cu il 15 mart tarixli 1/2 saylı, 2022-ci il 4 avqust tarixli 4/14 saylı, 2024-cü il 27 iyun tarixli 14/50 saylı qərarları) ilə təsdiq edilmiş "Media vasitəsi ilə referendumqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat"ın 1.2.3-cü yarımbəndindən "siyasi reklam" sözləri çıxarılsın.

3. Mərkəzi Seçki Komissiyasının 2009-cu il 24 avqust tarixli 23 saylı Qərarı (Mərkəzi Seçki Komissiyasının 2011-ci il 23 avqust tarixli 6/15 saylı, 2013-cü il 2 aprel tarixli 2/7 saylı, 2019-cu il 15 mart tarixli 1/2 saylı, 2022-ci il 4 avqust tarixli 4/14 saylı, 2024-cü il 27 iyun tarixli 14/50 saylı qərarları) ilə təsdiq edilmiş "Bələdiyyə seçkilərində media vasitəsi ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat"ın  1.2.3-cü yarımbəndindən "siyasi reklam" sözləri çıxarılsın.

4. Mərkəzi Seçki Komissiyasının 2010-cu il 23 iyul tarixli 15/58 saylı Qərarı (Mərkəzi Seçki Komissiyasının 2019-cu il 15 mart tarixli 1/2 saylı, 2022-ci il 4 avqust tarixli 4/14 saylı, 2024-cü il 27 iyun tarixli 14/50 saylı qərarları) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Milli Məclisinə seçkilərdə media vasitəsi ilə seçkiqabağı təşviqatın aparılması qaydaları haqqında Təlimat"ın 1.2.5-ci yarımbəndindən "siyasi reklam" sözləri çıxarılsın.

5. Mərkəzi Seçki Komissiyası öz səlahiyyətləri daxilində bu Qərarın rəsmi dərc edilməsi və qüvvəyə minməsi ilə bağlı qanunvericilikdə nəzərdə tutulmuş tədbirlərin görülməsini təmin etsin.


Sədr      Məzahir Pənahov

Katib     Arifə Muxtarova

Katib     Mikayıl Rəhimov


26.11.2024

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şəhid İlkin Qarayevin xatirəsi yad edilmişdir

09:00
27 Noyabr

İqtisadi problemlər Aİ-ni boğur

08:55
27 Noyabr

Azərbaycandan Avropaya uzanan neft-qaz borularını "yaşıl enerji" xətləri əvəz edəcək

08:50
27 Noyabr

COP29-da strateji qərarlar verildi

08:45
27 Noyabr

COP29 beynəlxalq ictimai rəydə məmnunluq doğurdu

08:40
27 Noyabr

Azərbaycanın özünün "yaşıl enerji"yə keçid strategiyası var

08:35
27 Noyabr

Bakı COP-da tarix yazdı

08:30
27 Noyabr

Bakı müxtəlif beynəlxalq aktorlar arasında körpü rolunu oynadı 

08:25
27 Noyabr

İlham Əliyevin qətiyyətli liderliyinin növbəti qələbəsi

08:20
27 Noyabr

33 ildən sonra dalğalanan bayraq

08:15
27 Noyabr

İnkişaf, rifah, quruculuq büdcəsi

08:10
27 Noyabr

Azərbaycan-ABŞ strateji tərəfdaşlığında yeni səhifə açılır

08:05
27 Noyabr

Mötəbər tədbirin möhtəşəm təşkili

08:00
27 Noyabr

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Yüksək Texnologiyalar Parkının adının dəyişdirilməsi haqqında

03:00
27 Noyabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 19 iyun tarixli 210 nömrəli Qərarı ilə təsdiq edilmiş “Avtomobil nəqliyyatının və avtomobil yollarının səfərbərlik hazırlığı Qaydaları”nda dəyişiklik edilməsi haqqında

02:59
27 Noyabr

Mərkəzi Seçki Komissiyasının 2024-cü il 6 noyabr tarixli iclas protokolunun təsdiq edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

02:58
27 Noyabr

Bəzi seçki dairələrinin hüdudlarında qismən dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

02:58
27 Noyabr

"Azərbaycan Respublikasının Seçki Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan Respublikasının 2024-cü il 21 iyun tarixli 1178-VIQD nömrəli Qanununun qəbul edilməsi ilə əlaqədar Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

02:57
27 Noyabr

Mərkəzi Seçki Komissiyasının bəzi normativ xarakterli aktlarında dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

02:56
27 Noyabr

Bəzi dairə seçki komissiyalarının tərkibində dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının qərarı

02:56
27 Noyabr

Yaponiya sahillərində 6,1 bal gücündə zəlzələ baş verib  

23:54
26 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!