29 Oktyabr 2024 22:28
352
CƏMİYYƏT
A- A+
Qlobal iqlim dəyişikliyi və insan sağlamlığı problemlərinə dair konfrans keçirilib 

Qlobal iqlim dəyişikliyi və insan sağlamlığı problemlərinə dair konfrans keçirilib 

Oktyabrın 29-da ADA Universitetində “Qlobal iqlim dəyişikliyi və insan sağlamlığı: təsirlərin azaldılmasında davamlı həllər və innovativ təşəbbüslər” mövzusunda konfrans keçirilib. Tədbir “Regional İnkişaf” İctimai Birliyi, Elm və Təhsil Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi, Azərbaycan Sənaye Korporasiyası, “AzerGold” QSC və ADA Universitetinin birgə təşkilatçılığı, Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi, Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu, Su və Meliorasiya Elmi Tədqiqat İnstitutu, Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzi, ADA Məktəbi və Azərbaycan Mühəndislik Akademiyasının dəstəyi ilə icra olunan “Qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri” layihəsi çərçivəsində təşkil olunub.

AZƏRTAC xəbər verir ki, konfransda çıxış edən “Regional İnkişaf” İctimai Birliyinin nümayəndəsi Aysel Həsənova Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə 2024-cü ilin Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi və noyabr ayında ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar keçirilən çoxsaylı tədbirlərə dəstək məqsədilə icra olunan layihənin əsas hədəflərini diqqətə çatdırıb. Bildirib ki, məktəbliləri dünya ictimaiyyətini narahat edən qlobal problemlərdən biri kimi iqlim dəyişikliyi və onun təsirləri barədə maarifləndirmək, onları bu problemin həllində fəal iştiraka və sağlam gələcək naminə innovativ ideyalar və həllər irəli sürməyə təşviq etmək layihənin əsas hədəfləridir. Onun sözlərinə görə, bugünkü konfransda aparılacaq müzakirələr məktəblilərin bilik və məlumatlılıq səviyyəsinin artırılmasında faydalı olacaq.

Elm və Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya şöbəsinin müdir müavini Ayla Həsənova-Məmmədova bildirib ki, müasir dövrdə ətraf mühitin vəziyyəti, ekoloji problemlərin artması, Yer kürəsinin qlobal ekosisteminə antropogen təsirin güclənməsi ilə əlaqədar olaraq insanlarda təbii ehtiyatların səmərəsiz istifadəsinə və istehlakına yanaşmanı dəyişdirmək, ekoloji etik qaydaların, xüsusilə uşaq və gənclərdə ekoloji mədəniyyətin formalaşması istiqamətində çoxşaxəli tədbirlər həyata keçirilir. Xüsusilə ölkəmiz BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası Kioto Protokoluna 2000-ci ildə qoşulduqdan sonra sahə üzrə çoxsaylı qanun layihələri və əsas icraçısından biri Elm və Təhsil Nazirliyi olan “Əhalinin ekoloji təhsili və maarifləndirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib.

Onun sözlərinə görə, bu qanunda təhsil sistemində ekoloji biliklərin tədrisinin icbariliyi, ekoloji təhsil və maarifləndirmə prosesinin fasiləsizliyi, ümumi ekoloji biliklərə yiyələnməsi üçün hər kəsə bərabər şəraitin yaradılması dövlət siyasətinin əsas istiqamətləri kimi müəyyən edilir.

"Qeyd edilmiş istiqamətlər üzrə Elm və Təhsil Nazirliyi tərəfindən keçirilən fəaliyyət məktəbəqədər təhsil pilləsində “Ətraf mühitlə tanışlıq” məşğələləri ilə başlayaraq, ümumi təhsildə “Həyat Bilgisi” və bildiyimiz təbiət fənləri ilə, eləcə də məktəbdənkənar təhsil proqramları və dərnəkləri ilə, ali təhsil pilləsində isə ixtisaslar, fənlər və akademik proqramlar vasitəsilə davam edir. Bildiyiniz kimi, Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən elmi müəssisələrdə isə bu mövzular tədqiqat sahələri kimi araşdırılır, gənc və qocaman alimlərimiz tərəfindən ölkə və beynəlxalq səviyyəli problemlərin həllinə töhfələr verilir”, - deyə sektor müdiri qeyd edib.

Ayla Həsənova-Məmmədova əlavə edib ki, Elm və Təhsil Nazirliyi tərəfindən PİSA beynəlxalq qiymətləndirmə tədqiqatına oxu, riyaziyyat, təbiət elmləri sırasına iqlim savadlılığı meyarının da əlavə edilməsi təşəbbüsü irəli sürülüb: “Bu innovativ təşəbbüs iqlim dəyişikliyi üzrə nəinki ölkəmizin, beynəlxalq miqyasda uşaq və gənclərin bilik və bacarıqlarının artırılması üçün dayanıqlı həll yoludur”.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin şöbə müdiri Səyyarə Məmmədova çıxışında deyib ki, Azərbaycanın sosial-iqtisadi islahatlara əsaslanan inkişaf konsepsiyasında davamlı inkişafının əsas komponenti olan yaşıl iqtisadiyyata keçid mühüm yer tutur. Azərbaycanın 5 milli prioritetindən biri "Təmiz ətraf mühit və yaşıl artım ölkəsi" kimi müəyyən edilib. Həmin prioritetə uyğun olaraq ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması və su ehtiyatlarından, dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində işlər aparılır.

Onun sözlərinə görə, ekoloji problemlərdən biri olan qlobal iqlim dəyişmələri dayanıqlı inkişafın nəinki ekoloji, həm də iqtisadi-sosial aspektlərinə ciddi təsir göstərir. Şöbə müdiri bildirib ki, beynəlxalq ictimaiyyətin məsuliyyətli və etibarlı üzvü kimi Azərbaycan iqlim dəyişmələri ilə bağlı qlobal məsələlərin həllinə böyük önəm verir və bu istiqamətdə əməli işlər görür.

Səhiyyə Nazirliyinin nümayəndəsi Aynurə Zeynalova diqqətə çatdırıb ki, iqlim dəyişiklikləri insanların sağlamlığına mənfi təsir göstərir. Burada uşaqlar xüsusilə həssas qrupa aiddir. Bu gün iqlim böhranının uşaqlarımızın, yeniyetmələrimizin, gənclərimizin sağlamlığına mənfi təsirləri çoxdur. Zaman ötdükcə bu özünü daha aşkar büruzə verir.

“Müşahidələr göstərir ki, 2020-ci ildə doğulmuş uşaqlar 1960-cı illərdə anadan olmuş fərdlərdən meşə yanğınlarına 2 dəfə daha çox məruz qalacaq, su qıtlığı, qlobal istiləşmə, ərzaq çatışmazlığı və bir sıra digər problemlərlə üz-üzə qalacaqlar. Bunun qarşısını almaq üçün artıq bu gün aktiv fəaliyyətə başlamalıyıq. Ölkəmizdə keçiriləcək COP29-un bu istiqamətdə atılan mühüm addımlardan olacağına inanırıq. İqlim dəyişikliyi ilə mübarizə hər bir insanın öhdəliyinə düşür. Gənclər ölkəmizin gələcəyidir. Bu istiqamətdə məhz gənclərimizin üzərinə də böyük məsuliyyət düşür. Onlar artıq bu gün məlumatlandırılmalıdırlar ki, gələcəkdə hər cür ekoloji böhrana hazırlıqlı olsunlar”, - deyə Aynurə Zeynalova əlavə edib.

Kənd Təsərrüfatı Nazirliyinin nümayəndəsi Namiq Şalbuzov qeyd edib ki, Azərbaycan su resursları ən az olan ölkələrdəndir. Əsas su mənbələrimiz kənardan gəlir, torpaqların çoxu da suvarılandır. Kənd təsərrüfatı məhsullarının 70-80 faizi məhz suvarılan torpaqlarda yetişdirilir.

İqlim dəyişikliyi nəticəsində yeni xəstəliklərin və zərərvericilərin yarandığını deyən nazirliyin nümayəndəsi heyvan və bitki sortlarının buna hazırlıqlı olmasının vacibliyini qeyd edib.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin nümayəndəsi Günel Nağdəliyeva qeyd edib ki, Prezident İlham Əliyev tərəfindən ölkəmizdə 2024-cü ilin “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi 2030-cu ilədək qurumlar qarşısında müxtəlif tələblər qoyur. Bununla əlaqədar AQUPDK tərəfindən ölkəmizdə 11 uşaq ailə dəstək mərkəzlərində, təhsil müəssisələrində, paytaxtda və regionlarda məktəblər arasında maarifləndirici tədbirlər təşkil olunur.

“AQUPDK tərəfindən Azərbaycanın bölgələrində şagirdlər üçün yaşıl ekoloji düşərgələr təşkil olunur. Layihə çərçivəsində ağacəkmə aksiyaları, digər təlim və tədbirlər həyata keçirilir. Həmçinin AQUPDK-nın Azərbaycanda 21 rayon üzrə səfir və nümayəndələri fəaliyyət göstərir.

Bildiyiniz kimi, hər 3 ildən bir Azərbaycan Uşaqlarının Ümumrespublika Forumu keçirilir. Bu il dekabrda baş tutacaq Azərbaycan Uşaqlarının VI Ümumrespublika Forumunda uşaqlar ekologiya, ətraf mühitin qorunması mövzusunda çıxış edəcəklər. Foruma hazırlıqlar artıq sürətlə gedir”, - deyə G.Nağdəliyeva bildirib.

Konfransın rəsmi hissəsində çıxış edənlər COP29 kimi mötəbər beynəlxalq tədbirin Azərbaycanda keçirilməsinin ölkəmizə olan yüksək etimadın göstəricisi olduğunu, dünyanı narahat edən iqlim dəyişikliyinin havanın çirklənməsinə, vektor xəstəliklərinə, suyun və qidanın keyfiyyətinə, su və qida təchizatına, ətraf mühitin deqradasiyasına, həddindən artıq istilərə səbəb olduğunu bildiriblər. Həmçinin qeyd olunan amillərin xüsusilə uşaqlarda müxtəlif xəstəliklərə, psixoloji gərginliyə yol açdığını və sağlam inkişafına mənfi təsir etdiyini, uşaqların erkən yaşlardan iqlim dəyişikliyi və onun təsirləri barədə geniş maarifləndirilməsinin zəruriliyini vurğulayıblar.

Ölkə məktəbliləri adından çıxış edən 136 nömrəli tam məktəbin 9-cu sinif şagirdi, layihə müsabiqəsi iştirakçısı Dəniz Əhədova bu cür layihə və tədbirlərin onların ekoloji biliklərinin və praktik bacarıqlarının artırılmasında əhəmiyyətli olduğunu bildirərək, həmyaşıdlarına ətraf mühitin və ekologiyanın qorunmasında həmişə fəal olmağa, ətraf mühiti çirkləndirməməyə, su və enerji resurslarından qənaətlə istifadə etməyə, ətrafda ekosistemə mənfi təsir edən hallara qarşı biganə qalmamağa çağırış edib.

Konfransda qlobal iqlim dəyişikliyinin uşaqların sağlamlığına təsirləri mövzusunda məktəblilər arasında keçirilmiş ümumrespublika müsabiqəsinin qalib komandaları mükafatlandırılıb. Müsabiqəyə təqdim edilmiş 53 layihə arasından Təşkilat Komitəsi tərəfindən seçilmiş, problemin həllində daha yaradıcı və innovativ yanaşmalara üstünlük verən ən uğurlu 5 layihə mükafatlandırılıb.

Konfrans öz işini “Dayanıqlı kənd təsərrüfatı və qida təhlükəsizliyinin qorunmasında innovativ həllər”, “Biomüxtəlifliyin və ekosistemin dayanıqlılığının təmin edilməsində yeni çağırışlar” mövzularında panel müzakirələri ilə davam etdirib. İclaslarda dəyişən iqlim şəraitində kənd təsərrüfatında innovativ idarəetmə sistemlərinə keçid, qida təhlükəsizliyi, insan kapitalının inkişafı, iqlim dəyişikliyinin insan sağlamlığına təsirləri, karbon və istixana qazlarının emissiyasının azaldılmasında yaşıl texnologiyaların tətbiqi və digər mövzularda müzakirələr aparılıb, mütəxəssislər tərəfindən məktəblilərin sualları cavablandırılıb.

Qeyd edək ki, layihə çərçivəsində, həmçinin ekspertlərin və seçilmiş “uşaq iqlim səfirləri”nin iştirakı ilə paytaxt və regionlarda orta məktəblərdə su və enerji resurslarından qənaətlə və səmərəli istifadə, tullantıların düzgün idarə olunması, iqlim dəyişikliyinin ətraf mühitə təsiri, sağlam qidalanma, təbii fəlakətlərin idarə olunmasında erkən xəbərdarlıq sistemləri, bioloji müxtəlifliyin və ekosistemin qorunmasında məktəblilərin rolu və digər mövzularda maarifləndirici sessiyalar və təlimlər təşkil olunacaq, məktəblilərin iştirakı ilə müxtəlif ekoloji aksiyalar keçiriləcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qərbin Gürcüstan planı fiaskoya uğradı”

13:56
31 Oktyabr

“Vampir qız”ın üzü rekonstruksiya edilib

13:33
31 Oktyabr

Binaların tikintisində artıq sementə ehtiyac qalmayacaq

13:17
31 Oktyabr

Cəlilabadda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

13:06
31 Oktyabr

Qədim Mayya şəhəri aşkar edilib  

12:57
31 Oktyabr

TƏBİB-də İtaliya-Azərbaycan Ticarət Palatası ilə yeni əməkdaşlıq istiqamətləri müzakirə olunub  

12:54
31 Oktyabr

Media: Seçkilər ABŞ-ın Avropaya azalan marağını dəyişməyəcək

12:37
31 Oktyabr

Tayvanda qasırğa səbəbindən 500-dən çox aviareys ləğv olunub  

12:25
31 Oktyabr

“Böyük çay yolu” marşrutu UNESCO-nun İrs Siyahısına daxil ediləcək  

12:04
31 Oktyabr

Avropa Kubokunun qalibi olmuş “Azərreyl”in voleybolçuları ilə görüş keçirilib  

11:56
31 Oktyabr

Prezident İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub YENİLƏNİB  

11:52
31 Oktyabr

Çin gələn il bərpaolunan enerji istehsalını 1,1 milyard ton kömür ekvivalentinə çatdıracaq  

11:48
31 Oktyabr

Prezident İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:43
31 Oktyabr

Prezident İlham Əliyev Banqladeşin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:38
31 Oktyabr

Sadiq Qurbanov: Ötən il su ehtiyatlarından istifadə 9,2 milyard kubmetr olub  

11:34
31 Oktyabr

Prezident İlham Əliyev Konqo Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:29
31 Oktyabr

Prezident İlham Əliyev Albaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNƏCƏK  

11:24
31 Oktyabr

Ekspertlər süni intellektin iş yerlərinə təsirini araşdırıblar  

11:19
31 Oktyabr

“Nəsildən-nəslə teatr” layihəsi davam edir  

11:14
31 Oktyabr

ICESCO Ümumdünya Şəhərlər Günü münasibətilə üzv ölkələrə müraciət edib  

11:09
31 Oktyabr

Kolumbiya mətbuatında Azərbaycanın COP29-a ev sahibliyindən bəhs edilib  

11:04
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!