31 Oktyabr 2024 09:00
230
CƏMİYYƏT
A- A+
Gənclərin vətənə məhəbbət ruhunda yetişməsi üçün mühüm addımlar atılır

Gənclərin vətənə məhəbbət ruhunda yetişməsi üçün mühüm addımlar atılır


Gənc nəslin hərbi vətənpərvərlik ruhunda tərbiyə olunması dövlət gənclər siyasətinin ən başlıca və əsas istiqamətlərindən birini təşkil edir. Gənclər cəmiyyətimizin aparıcı qüvvəsidir. Onlarla yerlərdə iş, əsasən, Azərbaycan Prezidenti İlham Əliyevin daim gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması ilə bağlı çıxışlarında səsləndirdiyi dəyərli fikirlər, tövsiyə və müvafiq tapşırıqları əsasında aparılır.

Böyüməkdə olan gənc nəslin hərbi vətənpərvərlik tərbiyəsi istiqamətində görülən işlərin davamlılığını və dayanıqlılığını təmin etmək məqsədilə Azərbaycan Gənclər və İdman Nazirliyi tərəfindən bir sıra yeni layihələr həyata keçirilir. Bu layihələrin sırasında çağırış yaşlı gənclər üçün "Poliqon" gənclərin hərbi vətənpərvərlik düşərgəsinin təşkili xüsusi olaraq qeyd edilməlidir. 

Gənclərin hərbi vətənpərvərlik tərbiyəsini daha da gücləndirmək məqsədilə 2022-cü ildən başlayaraq  ölkəmizin müxtəlif bölgələrində fəaliyyət göstərən Olimpiya İdman komplekslərində müvafiq tədbirlər həyata keçirilir. Olimpiya İdman komplekslərində təşkil olunan "Poliqon" düşərgələrində respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrinin tələbələri  də iştirak edirlər.

Gənclər tərəfindən böyük maraqla qarşılanan və uğurla həyata keçirilən düşərgələrdə Ümummilli Lider Heydər Əliyevin bütün zamanlar üçün qiymətli olan siyasi irsi və azərbaycançılıq məfkurəsi, Zəfər tariximiz geniş təbliğ edilir. Düşərgələrdə gənclərin daha çox Vətənə məhəbbət, Azərbaycana ürəkdən bağlılıq, milli maraqlar, mənəvi dəyərləri qorumaq, dövlətçiliyə sədaqət, Azərbaycan xalqının birliyinə hörmət və qayğı ilə yanaşmaq ruhunda tərbiyə edilməsi daim önə çəkilir.  Düşərgələrə Xüsusi Təyinatlı Qüvvələrin 44 günlük Vətən müharibəsinin od-alovundan keçmiş ehtiyatda olan hərbçiləri təlimçi kimi cəlb olunur. Hərbçilərin gənclərə təlim keçməsi onlara müsbət təsir göstərir. 

Ötən il ərzində Qusar, Neftçala, Goranboy, Tərtər, Ağcabədi rayonlarında yerləşən Olimpiya İdman komplekslərində ölkəmizdə fəaliyyət göstərən universitetlərin tələbələrinin iştirakı ilə "Poliqon" hərbi vətənpərvərlik düşərgəsində maraqlı tədbirlər keçirilib. Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dillər Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Milli Aviasiya Akademiyasının tələbələri üçün təşkil olunan düşərgələrdə gənclər üçün hərbi təlimlər, idman və hərbi-idman oyunları, intellektual oyunlar, ocaq ətrafında görüş, həmçinin "Məclisi-üns" bədii gecələri təşkil edilib.

Düşərgələri maraqlı və yaddaqalan edən məqamlardan biri də burada milli-mənəvi dəyərlərimizin, muğamlarımızın və xalq mahnılarımızın gənclərə təbliğ olunmasıdır. Layihə çərçivəsində bu işləri gənc və istedadlı muğam ifaçısı Yusif Cəfərbəyli yüksək peşəkarlıqla yerinə yetirir. Milli alətlərimiz tarda və kamanda Azərbaycan Milli Konservatoriyasının tələbələri Cavanşir və Əli Rüstəmbəyli qardaşlarının müşayiəti ilə Yusif Cəfərbəyli tərəfindən düşərgələrin açılış və bağlanış tədbirlərində və "Məclisi-üns" gecələrində musiqilərimiz səsləndirilib. Onu da qeyd edək ki, gənc müğənni Yusif Cəfərbəyli Azərbaycan Dövlət İqtisad Universitetində dünya iqtisadiyyatı ixtisası üzrə bakalavr, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində menecment (musiqi sahəsi üzrə) ixtisası üzrə magistr təhsili alıb. O, Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə həyata keçirilən 2019-cu ildə "Tələbə Baharı" Tələbələrin XII Ümumrespublika Yaradıcılıq Festivalında "Muğam" musiqi nominasiyasında II yerə, 2020-ci ildə "Tələbə Baharı" Tələbələrin XIII Ümumrespublika Yaradıcılıq Festivalında "Muğam" musiqi nominasiyasında I yerə layiq görülmüşdü. 

2024-cü il ərzində 8 rayonda "Poliqon" təlim düşərgələri təşkil edilib. Sonuncu düşərgə Goranboy rayonunda olub və həm iştirakçılar, həm də tamaşaçılar tərəfindən böyük maraqla qarşılanıb. Növbəti düşərgə isə Neftçala rayonunda təşkil ediləcək. Gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunması istiqamətində bundan sonra da mühüm və zəruri addımlar atılacaq. Görülən bu tədbirlər, keçirilən təlim düşərgələri gənclərimizin Vətənə sevgisini daha da artıracaq. Sabahımızın gəncləri daha vətənpərvər, daha cəsur olacaqlar.   


Vahid MƏHƏRRƏMOV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiyanın Xalq rəssamı Şuşada fərdi sərgi açmaq arzusundadır

16:08
31 Oktyabr

Noyabrın ilk günlərində hava şəraiti sabit, əsasən yağmursuz olacaq – AYLIQ PROQNOZ

15:33
31 Oktyabr

Paşinyan: Ermənistan vətəndaşlarının böyük əksəriyyəti dövlət müstəqilliyinin dəqiq tarixini bilmir  

15:32
31 Oktyabr

Prezident İlham Əliyev Ruandanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

15:23
31 Oktyabr

Prezident İlham Əliyev Banqladeşin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB  

15:15
31 Oktyabr

Çində yanğın nəticəsində 20-dən çox insan xəsarət alıb

15:12
31 Oktyabr

Prezident İlham Əliyev Konqo Demokratik Respublikasının Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB  

14:59
31 Oktyabr

Prezident İlham Əliyev Albaniyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib YENİLƏNİB

14:54
31 Oktyabr

Prezident İlham Əliyev Bakıda komplektləşdirilən yeni nəsil metro qatarları ilə tanış olub YENİLƏNİB  

14:51
31 Oktyabr

Qazaxıstan COP29-da ilk dəfə öz pavilyonunu təqdim edəcək

14:48
31 Oktyabr

Naftalana gələn xarici turistlər arasında Rusiya, Özbəkistan və Qazaxıstan vətəndaşları üstünlük təşkil edir

14:45
31 Oktyabr

COP29 zamanı menyular QR kodla təqdim olunacaq, qidalanmada yeni məhsullara üstünlük veriləcək  

14:36
31 Oktyabr

Azərbaycanın gənc boksçuları dünya birinciliyində yeni rekorda imza atıblar  

14:33
31 Oktyabr

Prezident İlham Əliyev Zığ Elektrik Avtobus Parkının fəaliyyəti ilə tanış olub YENİLƏNİB

14:32
31 Oktyabr

Azərbaycanda sabaha gözlənilən hava şəraiti açıqlanıb

14:27
31 Oktyabr

Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib

14:26
31 Oktyabr

“Qərbin Gürcüstan planı fiaskoya uğradı”

13:56
31 Oktyabr

“Vampir qız”ın üzü rekonstruksiya edilib

13:33
31 Oktyabr

Binaların tikintisində artıq sementə ehtiyac qalmayacaq

13:17
31 Oktyabr

Cəlilabadda mövsümün sonuncu toxum sərgi-satış yarmarkası keçirilib

13:06
31 Oktyabr

Qədim Mayya şəhəri aşkar edilib  

12:57
31 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!