26 Aprel 2025 08:35
518
SİYASƏT
A- A+
Qərbi Azərbaycan: tarix saxtakarlıq götürmür

Qərbi Azərbaycan: tarix saxtakarlıq götürmür


BMT-nin İnsan Haqları Bəyannaməsi, Mülki və Siyasi Hüquqlar haqqında Beynəlxalq Pakt və Qaçqınların Statusu haqqında 1951-ci il Konvensiyası kimi beynəlxalq sənədlər hər bir insanın doğulduğu ərazidə yaşamaq hüququnu, etnik mənsubiyyətinə görə təqib olunmamaq prinsipini təsbit edir. Azərbaycanlıların zaman-zaman Qərbi Azərbaycandan zorla deportasiyası isə bu hüquqların kobud şəkildə pozulmasıdır. 

1905-1906-cı illərdə başlayan kütləvi qırğınlar, 1918-1920-ci illərdə Azərbaycan əhalisinə qarşı törədilən qətliamlar, 1948-1953-cü illərdə sovet hökumətinin dəstəyi ilə həyata keçirilən deportasiya və nəhayət, 1988-1991-ci illərdə azərbaycanlıların Ermənistandan tamamilə qovulması göstərir ki, bu proses məqsədyönlü şəkildə və sistemli formada icra olunmuşdur. Tarixi cinayətlərin cəzasız qalması isə Ermənistanın bu siyasəti davam etdirməsinə şərait yaratmışdır.

XX əsrin sonlarında baş verən son deportasiya dalğasından sonra da Ermənistanın azərbaycanlılara qarşı təzyiq və düşmənçilik siyasəti səngiməmiş, əksinə, yeni formalar almışdır. Ermənistanın işğalçılıq siyasəti yalnız deportasiya və qətliamlarla məhdudlaşmamış, eyni zamanda Azərbaycan torpaqlarının 30 ilə yaxın müddətdə işğal altında saxlanması ilə davam etmişdir. 1990-cı illərin əvvəllərində Ermənistanın silahlı təcavüzü nəticəsində Qarabağ və Şərqi Zəngəzurdan bir milyondan çox azərbaycanlı məcburi köçkün vəziyyətinə düşmüşdür. Bu, Ermənistanın monoetnik dövlət siyasətinin təkcə Qərbi Azərbaycanla məhdudlaşmadığını, daha geniş miqyasda Azərbaycan torpaqlarına yönəldiyini göstərən faktlardan biridir.

Quba qətliamının məzarlığı, Şamaxı qətliamları, Göyçə və Zəngəzurda baş verən faciələr bu dövrdə azərbaycanlılara qarşı həyata keçirilmiş etnik təmizləmə siyasətinin dəhşətli sübutları kimi bəşəriyyətə qarşı törədilmiş soyqırım kimi öz hüquqi statusunu almalıdır. Dəhşətlisi budur ki, bu proses sovet dönəmində də dayanmamış, 1948-1953-cü illərdə Stalin rejiminin qərarı ilə minlərlə azərbaycanlı zorla öz doğma torpaqlarından köçürülmüşdür. Onlar ağır iqlim şəraitinə və çətin məişət şərtlərinə uyğun olmayan ərazilərə sürgün edildi, nəticədə çox sayda insan həyatını itirmişdir.

1988-1991-ci illərdə isə Ermənistan hakimiyyəti tərəfindən son deportasiya dalğası həyata keçirildi və Ermənistanda yaşayan yüz minlərlə azərbaycanlı öz doğma yurdlarından qovuldu, onların evləri talan edildi, tarixi-mədəni irsi məhv edildi. Bu proses zamanı minlərlə insan qətlə yetirildi, yüzlərlə ailə ağır işgəncələrə və zülmə məruz qaldı.

Bütün bu faktlar onu göstərir ki, azərbaycanlıların Qərbi Azərbaycandan deportasiyası təkcə müəyyən dövrlərdə baş vermiş spontan hadisə deyil, sistematik və məqsədyönlü şəkildə həyata keçirilmiş siyasətin nəticəsidir. Bu gün tarixi ədalətin bərpası və azərbaycanlıların doğma torpaqlarına qayıdışı məsələsi beynəlxalq hüquq müstəvisində ciddi müzakirə olunmalı və dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır.

Ermənilər uydurma "erməni soyqırımını" dünyaya car çəkib bəyan etməklə həyasızcasına özlərini məzlum kimi təqdim etməyə çalışır, beynəlxalq ictimaiyyəti aldadaraq siyasi və maddi dividendlər qazanmağa cəhd edirlər. Lakin azərbaycanlılara qarşı törədilən etnik təmizləmə siyasəti, onların doğma torpaqlarından mərhələli şəkildə deportasiya olunması, kütləvi qətliamlar, mədəni irsin məhv edilməsi və tarixi izlərin silinməsi bu gün də çox vaxt görməməzlikdən gəlinir. 

Ciddi narahatlıq doğuran digər bir məsələ də mədəni irsimizə qarşı yönələn vandalizm aktlarıdır. Etnik təmizlənmə siyasəti ilə yanaşı, erməni şovinistləri Azərbaycan-türk izlərinin Qərbi Azərbaycan torpaqlarından silinməsi üçün görünməmiş vandalizm aktlarına əl atmışlar. Tarixi abidələr, qədim məscidlər, qəbiristanlıqlar və mədəni irs nümunələri ya tamamilə dağıdılmış, ya da erməniləşdirilmişdir. Məqsəd Qərbi Azərbaycanın əsl sakinlərinin tarixi varlığını inkar etmək və bu əraziləri guya "tarixən ermənilərə məxsus" ərazi kimi qələmə vermək olmuşdur. Bu gün Ağrı dağını "Ararat", Qarabağı "Artsax" adlandırmaqla qədim türk toponimlərini təhrif edən erməni ideoloqları, tarixi saxtalaşdırmaq və ermənilərin bu ərazilərə aid olduğu barədə saxta rəy formalaşdırmaq siyasətini yürüdürlər. 

Təəssüf ki, bu proses erməni ideoloqları və Ermənistan rəhbərliyi tərəfindən sistemli şəkildə, dövlət səviyyəsində aparılmış, beynəlxalq ictimaiyyətin diqqətindən yayındırılmağa çalışılmışdır. Bu məqsədlə erməni tərəfi uzun illər ərzində tarixi saxtakarlıq, siyasi manipulyasiya və dezinformasiya üsullarından istifadə edərək öz fəaliyyətini ört-basdır etməyə cəhd göstərmişdir. Ermənistanın rəsmi dairələri və diaspor təşkilatları dünya ictimaiyyətini çaşdırmaq üçün müxtəlif platformalarda saxta narrativlər uydurmuş, beynəlxalq təşkilatlarda yalançı erməni tarixi ilə bağlı lobbiçilik fəaliyyəti aparmış, eyni zamanda azərbaycanlıların tarixi torpaqlarından zorla qovulması, onların mədəni və dini irsinin məhv edilməsi kimi faktlar məqsədyönlü şəkildə ört-basdır edilmiş, Qərbdə və digər ölkələrdə yayılan erməni təbliğatı bu həqiqətləri kölgədə qoymağa çalışmışdır.

Bu gün erməni məktəblərində tədris olunan tarix dərsliklərinə nəzər salsaq, orada heç bir tarixi və elmi əsası olmayan, Azərbaycana və Türkiyəyə qarşı nifrət və düşmənçilik aşılayan saxta məlumatların sistemli şəkildə yer aldığını görərik. Bu dərsliklərdə ermənilər özlərini "əzabkeş xalq" kimi təqdim edir, Azərbaycan və Türkiyəni isə daim "düşmən" obrazında göstərirlər. Ümumilikdə türk dünyasına qarşı əsassız iddialar irəli sürülür. Uydurma "erməni soyqırımı" məsələsi gənc nəsillərə həqiqət kimi sırınır, Azərbaycan torpaqlarının guya "tarixi erməni yurdu" olduğu iddia edilir. Bundan başqa, 1905-1906-cı illərdə və 1918-ci ildə ermənilər tərəfindən azərbaycanlılara qarşı törədilmiş qırğınlar tamamilə gizlədilir, XX əsrin sonunda Ermənistanın monoetnik dövlətə çevrilməsi üçün həyata keçirilən deportasiya və etnik təmizləmə siyasətindən isə, ümumiyyətlə, bəhs edilmir. Bu cür saxtalaşdırılmış tədris materialları gənc erməni nəsillərinin zehniyyətində radikal millətçiliyi və azərbaycanofobiya ideyalarını gücləndirir, gələcəkdə bölgədə sülh və qarşılıqlı anlaşma imkanlarını daha da çətinləşdirir. Azərbaycan və beynəlxalq təşkilatlar bu cür nifrət ideologiyasının qarşısını almaq üçün tədbirlər görməli, təhsilin siyasət alətinə çevrilməsinə qarşı çıxmalıdırlar.

Tarixi həqiqətlərin saxtalaşdırılması, uydurma "erməni soyqırımı" iddialarının gənc nəsillərə sırınması və Azərbaycan torpaqlarının guya "tarixi erməni yurdu" kimi təqdim edilməsi regionda sülh və sabitliyə ciddi təhdid yaradır. Azərbaycan dövləti bu kimi təxribat xarakterli ideologiyaların ifşası üçün diplomatik, hüquqi və informasiya müstəvisində ardıcıl addımlar atır. Bununla yanaşı, beynəlxalq təşkilatlar da Cənubi Qafqazda real sülhün təmin edilməsi üçün Ermənistanın tarix və təhsil siyasətində köklü dəyişikliklər etməsini tələb etməli, nifrət ideologiyasının tədris proqramlarından çıxarılmasına nəzarət etməlidirlər. Yalnız bu halda bölgədə uzunmüddətli sabitlik və qonşu xalqlar arasında etimadın bərpası mümkün ola bilər.

Bu gün Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması, tarixi ədalətin bərpası və azərbaycanlıların öz dədə-baba yurdlarına qayıdış hüququnun tanınması beynəlxalq hüquq və ədalət prinsipləri çərçivəsində ciddi müzakirə mövzusu olmalıdır. Bu məsələ, sadəcə regional əhəmiyyət daşımayıb, qlobal miqyasda insan hüquqları və beynəlxalq hüququn təməl prinsiplərinin təminatı baxımından əhəmiyyətli presedent təşkil edir. Məsələnin əhəmiyyətini nəzərə alaraq, BMT Təhlükəsizlik Şurasının məcburi köçkünlərin öz evlərinə qayıtmaq hüququnu təsbit edən qətnamələrinin praktiki implementasiyası üçün konkret addımların atılması zəruridir. Beynəlxalq ictimaiyyət və təşkilatlar tərəfindən məsələyə ikili standartlar kontekstindən yanaşılması qəbuledilməzdir və qlobal ədalət prinsiplərinə ziddir. 

Tarixi-hüquqi araşdırmalar və arxiv materialları əsasında aparılan fundamental tədqiqatlar Azərbaycan torpaqlarının aborigen əhalisinin məhz azərbaycanlılar olduğunu sübut edir. Azərbaycan həqiqətlərinin obyektiv şəkildə dünyaya çatdırılması və tarixi ədalətin bərpası prosesi həm hüquqi, həm də əxlaqi imperativ kimi diqqət mərkəzində saxlanılmalıdır. Bu, yalnız Azərbaycan üçün deyil, bütövlükdə beynəlxalq hüquqi sistemin dayanıqlılığının və etibarlılığının təmin edilməsi baxımından böyük əhəmiyyət kəsb edir.


Nüşabə SEYİD,

pedaqogika üzrə fəlsəfə doktoru

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Baş katib: D-8-in beynəlxalq ictimaiyyət arasında tanınmasında Azərbaycanın rolu xüsusilə təqdirəlayiqdir  

22:41
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatı başa çatıb  

20:29
07 Dekabr

Azərbaycanın elm və təhsil naziri Gürcüstan Texniki Universitetinin Fəxri doktoru adına layiq görülüb

20:23
07 Dekabr

Azərbaycan Ankarada keçirilən xeyriyyə yarmarkasında təmsil olunub  

19:51
07 Dekabr

Qətər Avropa İttifaqının davamlılıqla bağlı qərarlarına yenidən baxacağına ümid edir  

19:28
07 Dekabr

İran XİN rəsmisi: Azərbaycanla əlaqələrin inkişafına böyük önəm veririk  

18:21
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə uşaq evini ziyarət ediblər  

17:15
07 Dekabr

XIII Qlobal Bakı Forumuna hazırlıq məqsədilə Çində toplantı keçirilib  

17:12
07 Dekabr

Premyer Liqa: “Şamaxı” səfərdə qalib gəlib  

16:26
07 Dekabr

AFFA rəhbərliyi cənub bölgəsində futbol infrastrukturunun vəziyyəti ilə tanış olub  

16:10
07 Dekabr

HƏMAS tərksilah olmaq üçün şərtini açıqlayıb  

15:48
07 Dekabr

Türkiyəli professor: Ermənistan Konstitusiyasının dəyişdirilməsi sülhün davamlı olması üçün zəruri şərtdir  

14:08
07 Dekabr

Sabah Azərbaycanın rayonlarında havanın arabir yağıntılı olacağı gözlənilir  

14:05
07 Dekabr

Prezident İlham Əliyev Qırğızıstan nümayəndə heyətini qəbul edib 

13:50
07 Dekabr

Leyla Əliyeva və Arzu Əliyeva Dəkkədə Banqladeşin müvəqqəti hökumətinin Baş müşaviri ilə görüşüblər  

13:16
07 Dekabr

Ukrayna ordusu Dnepropetrovsk vilayətinin kəndini azad edib  

11:47
07 Dekabr

Qırğızıstan nümayəndə heyəti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib  

11:33
07 Dekabr

Steve Nouri: ASAN Süni İntellekt Platforması ilə əməkdaşlıq süni intellektin inklüziv inkişafına yol açır  

10:49
07 Dekabr

Cüdo üzrə Azərbaycan çempionatında fərdi mübarizəyə yekun vurulub 

23:11
06 Dekabr

Zelenski: Amerika ilə növbəti addımlar və müzakirə formatları barədə razılığa gəlmişik  

22:41
06 Dekabr

Qərbi Azərbaycan İcmasının təşkilatçılığı ilə keçirilən beynəlxalq konfrans çərçivəsində ikitərəfli görüşlər davam edir  

21:35
06 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!