25 Noyabr 2024 12:50
115
İQTİSADİYYAT
A- A+
Qazaxıstan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neftin nəqlini ildə 20 milyon tona çatdıra bilər  

Qazaxıstan Bakı-Tbilisi-Ceyhan boru kəməri ilə neftin nəqlini ildə 20 milyon tona çatdıra bilər  

Qazaxıstanın energetika naziri Almasadam Satkaliyev parlamentin iclasında keçirilən hökumət saatı zamanı Bakı-Tbilisi-Ceyhan (BTC) boru kəməri ilə neft ixracını artırmaq üçün iddialı planları təqdim edib.

AZƏRTAC Qazaxıstan Respublikasının Energetika Nazirliyinə istinadla xəbər verir ki, onun hesabatına görə, neft hasilatının artımını və yeni dəniz layihələrinin tətbiqini nəzərə alaraq, nazirlik ortamüddətli perspektivdə “KazMunayQaz” NK SC və digər maraqlı tərəflərlə Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu da daxil olmaqla əlavə nəqliyyat marşrutlarının inkişafı üzərində işləyir.

BTC marşrutu Qazaxıstan neftinin nəqli üçün ən perspektivli istiqamətlərdən biri hesab olunur.

“Bu istiqamətdə Qazaxıstan neftinin tədarük həcminin inkişaf etdirilməsinə və sistemli şəkildə artırılmasına həm Qazaxıstan, həm də Azərbaycan tərəfindən maraq var.

Bu il üçün BTC vasitəsilə 1,5 milyon ton həcmində Qazaxıstan neftinin tədarükü planlaşdırılır. Bu marşrut üzrə tədarükün ildə 20 milyon tona qədər artırılması perspektivləri öyrənilir”, - deyə Qazaxıstanın energetika nazirinin hesabatında qeyd olunur.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Almaniyada bomba sığınacaqlarının sayı artırılacaq  

16:44
25 Noyabr

Ağcaqanadlardan peyvənd daşıyıcısı kimi istifadə ediləcək  

16:43
25 Noyabr

Dövlət Komitəsi “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına start verir

16:43
25 Noyabr

AMB sədri: Qiymətli kağızlar bazarının ticarət dövriyyəsi 62 faiz artıb  

16:42
25 Noyabr

Orta Dəhlizlə yükdaşımaların artırılması üçün əməkdaşlığın genişləndirilməsi müzakirə olunub  

16:41
25 Noyabr

36 il əvvəl ölən heyvan klonlaşdırılıb  

16:39
25 Noyabr

Qazaxıstan mediası COP29-un yekunlarını geniş işıqlandırıb  

16:38
25 Noyabr

Vüqar Gülməmmədov: Əsas kapitala yönəldilən investisiyaların hesabatlılığının təkmilləşdirilməsinə ehtiyac var  

16:32
25 Noyabr

Mikayıl Cabbarov: Ölkə iqtisadiyyatının neft-qaz sektorundan asılılığının əhəmiyyətli dərəcədə azalması müşahidə olunur

16:21
25 Noyabr

Taleh Kazımov: Əhalinin banklarda olan əmanətlərinin həcmində rekord göstərici qeydə alınıb

16:21
25 Noyabr

İraqda 37 ildən sonra ilk dəfə əhalinin siyahıya alınması keçirilib

16:19
25 Noyabr

COP29-un yekunu dünya mediasının diqqət mərkəzindədir

16:17
25 Noyabr

Azərbaycan Hərbi Hava Qüvvələrinin aviasiya vasitələri təlim-məşq uçuşlarını icra ediblər

16:07
25 Noyabr

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2024-cü ilin dekabr ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

15:53
25 Noyabr

Paşinyanın Qərbi Azərbaycan və "Qərbi Ermənistan" arasında paralel aparmaq cəhdi sülh prosesinə zidd addımdır 

15:48
25 Noyabr

ANAMA: Ötən həftə 1457.4 hektar ərazi mina və partlamamış hərbi sursatdan təmizlənib

14:57
25 Noyabr

Media: Avropa Ukraynaya qoşun göndərmək ideyasına yenidən qayıdıb

14:29
25 Noyabr

Qərbi Azərbaycan İcmasının Türkiyə nümayəndəliyi qardaş ölkədə bir sıra görüşlər keçiriblər  

14:03
25 Noyabr

Bakının və Abşeron yarımadasının bəzi yerlərində arabir leysan xarakterli yağış yağacaq  

13:50
25 Noyabr

Yanvar-oktyabr aylarında şəkər çuğundurunun istehsalında 31,5 faiz artım qeydə alınıb  

13:49
25 Noyabr

Maykl Uolts:” Baydenin və Trampın komandaları birlikdə işləyir”  

13:08
25 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!