25 Noyabr 2024 16:41
90
İQTİSADİYYAT
A- A+
Orta Dəhlizlə yükdaşımaların artırılması üçün əməkdaşlığın genişləndirilməsi müzakirə olunub  

Orta Dəhlizlə yükdaşımaların artırılması üçün əməkdaşlığın genişləndirilməsi müzakirə olunub  

“Azərbaycan Dəmir Yolları” QSC-də (ADY) Çinin Sian Beynəlxalq Limanının nümayəndə heyəti ilə görüş keçirib.

ADY-dən AZƏRTAC-a bildirilib ki, görüşdə QSC-nin sədri Rövşən Rüstəmov Azərbaycanla Çin arasında Orta Dəhlizlə yükdaşımalar sahəsində əməkdaşlığın inkişaf etdiyini, bunun bariz nümunəsi kimi ötən gün ilk dəfə olaraq ixrac yüklərinin Bakıdan dəmiryol nəqliyyatı ilə Çinə yola salındığını bildirib.

Qeyd olunub ki, bu tarixi hadisə ilə iki ölkənin iqtisadi və nəqliyyat əlaqələri yeni mərhələyə qədəm qoyub və beləliklə, həm Şərqdən Qərbə, həm də əks istiqamətə yükdaşımaların həyata keçirilməsi Orta Dəhlizin səmərəliliyini daha da artırır. ADY Çinlə əməkdaşlığı “Bir kəmər, bir yol” təşəbbüsü və Avrasiya Nəqliyyat Marşrutu çərçivəsində də intensiv inkişaf etdirməkdə maraqlıdır. Bildirilib ki, ADY Azərbaycanın beynəlxalq nəqliyyat-logistika qovşağına çevrilməsi və ölkə ərazisindən keçən beynəlxalq dəhlizlər üzrə yükdaşımaların artırılması məqsədilə bir sıra önəmli layihələr həyata keçirir. Bakı–Tbilisi–Qars dəmiryol xəttinin genişləndirilməsi və yük ötürücülük qabiliyyətinin ildə 5 milyon tonadək artırılması Şərq-Qərb istiqamətində yük axınının sürətləndirilməsinə imkan verir.

Çinin Sian Beynəlxalq Limanının (“Xi'an International Port”) İdarəetmə Komitəsinin direktoru Sun Yimin və “Xi’an Free Trade Port Construction and Operation Co Ltd”nin baş direktoru Yuan Xiaojun Azərbaycanın nəqliyyat-logistika qurumları, o cümlədən ADY ilə əməkdaşlığın inkişafına xüsusi önəm verdiklərini deyib, Orta Dəhlizin yük həcmlərinin artırılması istiqamətində əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıblar.

Qeyd edək ki, yola salınmış Bakı–Sian ilk ixrac blok-qatarı 62 ədəd 40 futluq konteynerdən ibarətdir. Bu yük Qazaxıstan üzərindən Çinin ən böyük quru limanlarından biri olan Sian Limanına çatdırılacaq. Layihə çərçivəsində ilkin olaraq bu ilin sonunadək ümumilikdə 15 min ton, yəni 600 konteyner ixrac yükünün qeyd olunan marşrutla Çinə göndərilməsi planlaşdırılır.

Xatırladaq ki, 2024-cü ilin əvvəlindən Çin Xalq Respublikasından Azərbaycan istiqamətinə 280 konteyner blok-qatarı yola salınıb. Bu ilin sonuna kimi Çindən müvafiq marşrut üzrə 300-dən çox konteyner blok-qatarının Azərbaycana qəbul edilməsi nəzərdə tutulub. 2025-ci il üçün blok-qatar sayının 3 dəfədən çox artırılaraq 1000-ə çatdırılması planlaşdırılır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“Qarabağ” – “Lion” oyununa 17 mindən artıq bilet satılıb

17:17
25 Noyabr

Palata sədri: İnstitusional boşluqların aradan qaldırılması zəruridir  

17:17
25 Noyabr

Sosial Demokratlar 2025-ci ilin fevralında Şoltsun kanslerliyə namizədliyini irəli sürəcəklər  

17:15
25 Noyabr

Şalva Papuaşvili yenidən Gürcüstan parlamentinin sədri seçilib

17:15
25 Noyabr

BMT-nin baş katibi piyada əleyhinə minaların ləğvinə çağırıb

17:14
25 Noyabr

Misir sahillərində göyərtəsində 45 nəfərin olduğu yaxta batıb  

17:13
25 Noyabr

“Sabah”a Rusiya millisinin sabiq kapitanı başçılıq edəcək

17:12
25 Noyabr

Uruqvayda keçirilən prezident seçkilərində Yamandu Orsi qalib gəlib  

17:11
25 Noyabr

Türkiyədə güclü qar səbəbindən məktəblər bağlanıb  

17:08
25 Noyabr

Rumıniyada prezident seçkilərində müstəqil namizəd Kalin Corcesku liderlik edir

17:03
25 Noyabr

Türkiyə Silahlı Qüvvələri Suriyada 7 terrorçunu zərərsizləşdirib

17:02
25 Noyabr

Qədim insanlara aid istehsalat müəssisəsi tapılıb  

16:59
25 Noyabr

Dünya Qadınlara Qarşı Zorakılıqla Mübarizə Gününü qeyd edir  

16:58
25 Noyabr

ICESCO-nun Baş direktoru: Azərbaycan COP29-da yüksək təşkilatçılıq bacarığını bir daha nümayiş etdirdi  

16:56
25 Noyabr

Rəsədxana: Geomaqnit sahəsinin qeyri-sabit olacağı proqnozlaşdırılır  

16:55
25 Noyabr

Baş Dövlət Yol Polisi İdarəsi avtomobilini azyaşlılara həvalə edən şəxslərə müraciət edib  

16:54
25 Noyabr

Moskvadakı Azərbaycan diasporunun nümayəndələri İkinci Dünya müharibəsi qəhrəmanının xatirəsini anıblar  

16:53
25 Noyabr

Növbəti ildə büdcədənkənar vəsaitlər hesabına əməyin ödənişi xərclərinin 27,5 faiz artacağı gözlənilir  

16:50
25 Noyabr

Almaniyada bomba sığınacaqlarının sayı artırılacaq  

16:44
25 Noyabr

Ağcaqanadlardan peyvənd daşıyıcısı kimi istifadə ediləcək  

16:43
25 Noyabr

Dövlət Komitəsi “Gender əsaslı zorakılığa qarşı 16 günlük fəallıq” kampaniyasına start verir

16:43
25 Noyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!