23 Sentyabr 2026 15:21
215
CƏMİYYƏT
A- A+
Qazaxda antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalanlar ehtiramla yad edilmişlər

Qazaxda antiterror əməliyyatı zamanı şəhidlik zirvəsinə ucalanlar ehtiramla yad edilmişlər


2023-cü ilin sentyabr ayında Azərbaycan Ordusunun Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirləri zamanı qanları ilə şanlı tarix yazan qəhrəman, igid oğullarımızın sayəsində Xankəndi və Xocalı şəhəri separatçılardan təmizləndi, Azərbaycan dövləti suverenliyini tam bərpa etdi. İndi doğma Qarabağda, Şuşada, Xankəndidə, Xocalıda, işğaldan azad olunmuş digər torpaqlarımızda üçrəngli Azərbaycan Bayrağı dalğalanır. Bu gün qalib Azərbaycan xalqı işğaldan azad olunmuş şəhərlərin azad olunduğu tarixləri xüsusi gün olaraq qürurla qeyd edir. Prezident, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuzun bəxş etdiyi bu möhtəşəm Qələbənin sevincini hər bir azərbaycanlı  böyük qürur hissi ilə yaşayır. Qazandığımız bütün bu tarixi nailiyyətlərə görə Ali Baş Komandana, onun rəhbərliyi altında bizləri Qələbə ilə sevindirən Azərbaycan Ordusunun əsgər və zabitlərinə, hərbçilərimizə, Vətən uğrunda canından keçən qeyrətli, cəsur oğullarımıza, şəhidlərimizə, qazilərimizə minnətdardırlar.

2023-cü ilin 19-20 sentyabr tarixlərində Azərbaycan Respublikasının Silahlı Qüvvələri tərəfindən Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı Qazax rayonunun 5 nəfər igid oğlu da şəhidlik zirvəsinə yüksəlmişdir. Yuxarı Salahlı kəndinin igid oğlu gizir Şəmşiyev İlham Şakir oğlu, Qarapapaq kəndinin igid oğlu Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının giziri Əhmədov Elvin Qələndər oğlu, Qazax şəhərindən (MAHHXHQ) baş çavuş Hüseynov Ramin Rövşən oğlu, (MAHHXHQ) əsgər Nəbiyev Fərid Kamran oğlu, Canalı kəndinin igid oğlu əsgər Nəsibov Akşin Vasif oğlu antiterror tədbirləri  zamanı qəhrəmanlıq göstərərək adlarını xalqımızın, doğma qazaxlıların qəlbinə əbədi həkk etdilər.

Sentyabrın 20-də Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşov icra aparatının məsul şəxsləri, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Şurasının Qazax rayon şöbəsinin əməkdaşları, şəhidlərimizin ailə üzvləri  Qarabağ iqtisadi rayonunda keçirilən lokal xarakterli antiterror tədbirləri zamanı şəhid olmuş qəhrəman oğullarımızın məzarlarını ziyarət etdilər. 

Anım mərasimlərində çıxış edənlər Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında qanları ilə şanlı tarix yazan oğullarımızla, şəhidlərimizlə, qazilərimizlə hər kəsin fəxr etdiklərini bildirdilər. Müstəqil Azərbaycan dövləti və xalqımız var olduqca şəhidlərimizin də qəlblərdə daim əbədi yaşayacağını qeyd etdilər. 

                                                                           

Sabir ƏLİYEV,

“Azərbaycan”


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

 Əfsanəvi cizgi serialı geri dönür

18:04
23 Sentyabr

Lənkəranda şəhid məzarları ziyarət edilib

17:49
23 Sentyabr

Şəhid Əli Tağıyevin xatirəsi anılıb  

17:21
23 Sentyabr

Xocalı və Xocavənddə kənd yolları yenidən qurulur

17:18
23 Sentyabr

Əfv sərəncamının icrası başa çatıb

17:18
23 Sentyabr

Müharibədən sonrakı dövrdə 440 nəfər mina qurbanı olub - RƏSMİ

17:16
23 Sentyabr

Əfv sərəncamı ilə Pakistan vətəndaşı olan qadın azadlığa buraxılıb

17:16
23 Sentyabr

Birləşmiş Ərəb Əmirliklərinin Vitse-prezidenti, Baş naziri və Dubay Hakimi Əlahəzrət Şeyx Məhəmməd bin Rəşid Al Məktuma  

17:15
23 Sentyabr

Bakı Təhlükəsizlik Forumu dünyamızı narahat edən təhdidlərlə mübarizəyə mühüm töhfələr verəcək  

17:13
23 Sentyabr

 Təbii sərvətlərimiz işğaldan azad olunmuş ərazilərimizin dirçəlişinə töhfə verəcək  

17:05
23 Sentyabr

Sülhün və təhlükəsizliyin ünvanı  

17:03
23 Sentyabr

Bağışlamaq qəlbin böyüklüyüdür  

16:42
23 Sentyabr

Dövlət müəssisələrinə nəzarət genişlənir: 22 qurum monitorinqdən keçdi  

16:39
23 Sentyabr

Kanada və Böyük Britaniya müdafiə proqramlarını birləşdirə bilər   

16:38
23 Sentyabr

Masallı rayon rəhbərliyi Bakı şəhərində şəhid məzarlarını ziyarət edib  

16:36
23 Sentyabr

Sumqayıt istehsal edir, Qarabağ yenidən qurulur

16:33
23 Sentyabr

Yeni Dövlət Proqramının icrası nəticəsində bir sıra emal müəssisələrinin yaradılması nəzərdə tutulur  

16:26
23 Sentyabr

“Mərkəzi Nəbatat Bağı” və “Dendrologiya Bağı” birləşdirilir

16:25
23 Sentyabr

Bakı trekində Formula 1 azarkeşləri üçün pit-leyn gəzintisi təşkil olunub  

16:23
23 Sentyabr

Parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin payız sessiyası üçün iş planının layihəsi təsdiqlənib  

16:22
23 Sentyabr

Aleks Albon: “Bakı trası bizim bolidə uyğundur”  

16:18
23 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!