17 Aprel 2026 15:59
221
SİYASƏT
A- A+
Prezidentin köməkçisi: Türkiyə-Azərbaycan əməkdaşlığı regional sülh və təhlükəsizliyin mühüm sütunlarından biridir  

Prezidentin köməkçisi: Türkiyə-Azərbaycan əməkdaşlığı regional sülh və təhlükəsizliyin mühüm sütunlarından biridir  


Regional sahiblənmənin Azərbaycan üçün fundamental prinsipləri və əsas sütunları regional çağırışları, problemləri özümüzün, eyni fikirdə olduğumuz bölgədəki tərəfdaşlarımızla birlikdə həll etmək deməkdir. İlk növbədə, biz regionumuzda başqalarının gəlib missiyalarını yerinə yetirmələrini gözləmək əvəzinə, öz nizamımızı özümüz qurmalıyıq. Bu, fundamental məsələlərdəndir.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi-Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev V Antalya Diplomatiya Forumu çərçivəsində keçirilən "Dəyişən dünyada regional sahibliyin rolu" mövzusunda panel sessiyada səsləndirib.

“Bizim üçün regional sahiblənmə həm də əsas prinsiplərdən ibarətdir. Bunlardan biri regional məsələlərə həqiqi ortaq məsuliyyətdir. Buna regional liderlik də əlavə olunmalıdır. Buraya regional əməkdaşlıq və inteqrasiya da daxildir. Bütün bu komponentlər bir araya gələrək regional sahiblənmə missiyamızı formalaşdırır.

Biz, şübhəsiz ki, diplomatiya və dialoq tətbiq edirik. Bu, ikitərəfli, üçtərəfli, hətta dördtərəfli səviyyədə ola bilər. İkitərəfli səviyyədə mühüm komponentlərdən biri təhlükəsizlikdir, çünki hər bir ölkə üçün və hər bir region üçün təhlükəsizlik çox vacibdir. Biz hazırda qlobal səviyyədə təhlükəsizliyin çatışmadığı dövrdə yaşayırıq”, - deyə o bildirib.

Türkiyə–Azərbaycan ikitərəfli əməkdaşlığının regional sülh və təhlükəsizliyin mühüm sütunlarından biri olduğunu qeyd edən Hikmət Hacıyev deyib: “Türkiyə-Azərbaycan əməkdaşlığı liderlərimiz tərəfindən imzalanan “Şuşa Bəyannaməsi” ilə müttəfiqlik səviyyəsinə yüksəldi. Biz bununla kifayətlənmədik. İkitərəfli əməkdaşlığı üçtərəfli modelə çevirdik və bununla da tam regional sahiblənməni həyata keçirdik. Burada Türkiyə–Azərbaycan–Gürcüstan əməkdaşlığı, Türkiyə–Azərbaycan–İran əməkdaşlığı mövcuddur və biz, həmçinin Mərkəzi Asiyadakı qardaşlarımıza da əl uzatmışıq. Üçtərəfli və ya çoxtərəfli formatlarda praktik əməkdaşlıq mexanizmi qurmuşuq və bu, bütün tərəflərin maraqlarına xidmət edir”.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Azərbaycan Dəmir Yolları" sərnişin xidmətini ölkə üzrə genişləndirir  

18:13
17 Aprel

ABŞ-Vatikan qarşıdurması davam edir: Papa XIV Leo "dünyanı dağıdan tiranları" qınayıb

18:06
17 Aprel

Azərbaycanda birinci rübdə bitki yağı istehsalı artıb, kərə yağı azalıb

17:57
17 Aprel

Rəcəb Tayyib Ərdoğan: Parlament diplomatiyası daha ədalətli dünya üçün əsasdır

17:42
17 Aprel

Prezident Ərdoğan: Ermənistanla normallaşma prosesini Azərbaycanla əlaqəli şəkildə davam etdiririk  

17:41
17 Aprel

Sahibkarlar qablaşdırma sənayesi üzrə mənfəət vergisi yükünün optimallaşdırılmasını istəyirlər  

17:40
17 Aprel

Azərbaycan və Əlcəzair arasında əlaqələrin daha da inkişafı üçün əlverişli imkanlar mövcuddur  

17:39
17 Aprel

Buğda qiymətləri qlobal ərzaq təhlükəsizliyi ilə bağlı təhdidlər fonunda artır

17:39
17 Aprel

Hidayət Heydərov Avropa çempionatında gümüş medal qazanıb

17:38
17 Aprel

Avropada yeraltı qaz anbarlarının doluluq nisbəti 30 faizə yaxınlaşır

17:37
17 Aprel

Antalyada Diplomatiya Forumunun açılış mərasimi keçirilib Prezident İlham Əliyev tədbirdə iştirak edib YENİLƏNİB

17:36
17 Aprel

“Anadolu Ankası – 2026” beynəlxalq təlimi başa çatıb 

17:35
17 Aprel

Hava yağıntılı olacaq, çaylarda sululuq artacaq - XƏBƏRDARLIQ

17:35
17 Aprel

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

17:34
17 Aprel

Ali Məclisin plenar iclasında 3 məsələ müzakirəyə çıxarılıb

17:33
17 Aprel

Prezident İlham Əliyev Antalya Diplomatiya Forumu çərçivəsində Pakistanın Baş naziri ilə görüşüb

17:32
17 Aprel

MDB Xarici İşlər Nazirləri Şurasının növbəti iclası Türkmənistanda keçiriləcək  

17:30
17 Aprel

Xankəndidə əmək yarmarkasında satış məsləhətçisi üzrə vakansiyalar təqdim olunub  

17:29
17 Aprel

İran müharibəsinin əsas qalibləri 

17:27
17 Aprel

Azərbaycan və Ermənistan parlament sədrləri İstanbulda görüşüblər

17:26
17 Aprel

Mədəniyyət naziri Ağdamda vətəndaşların müraciətlərini dinləyib  

17:25
17 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!